Naxçıvan Təhsil Nazirliyi korrupsiya və digər əməllərə görə iki il öncə işdən qovulan Sünduz Cəfərovanı yenidən direktor təyin edir. Şərur rayon Muğancıq kənd orta məktəbinin müəllimləri isə, nazirliyin bu qərarına kütləvi şəkildə etiraz edirlər. Onlar köhnə direktorlarının yenidən vəzifə başına keçməsinə imkan verməyəcəklərini deyirlər.
Sünduz Cəfərovanın adı müəllimlərin adına maaş yazıb mənimsəməkdə, müəllim və şagirlərə qarşı psixoloji təzyiqdə, rüşvət və digər əməllərdə hallanır.
"Gündəlik Naxçıvan"
Daha ətraflı AŞAĞIDAKI VİDEODA: