“Biz boşanandan sonra nə o, evləndi, nə də mən ikinci dəfə ailə qurdum”.
Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Renka “Bir gün” verilişində deyib.
Sənətçi keçmiş həyat yoldaşı barədə danışıb. Onun övladları ilə indi gözəl münasibət saxladığını deyib. Renka nə vaxtsa onunla yenidən barışıb, bir ailə olacağını da istisna etməyib:
“Uşaqlarıma gözəl ata olub. Onunla ailə qurmağıma peşman deyiləm, belə gözəl övladlarım var. Ayrılmağımızda mənim də səhvlərim olub. İndi yox, amma gələcəkdə bəlkə də bir araya gəldik. Hələ ki, buna hazır deyiləm. Çünkü uzun müddətdir ki, tək yaşamışam, müstəqil olmuşam, buna hələ hazır deyiləm”.