"Bizim bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq, əvvəllər olduğu kimi, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq, bununla barışın".
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 29-da özünün telegram-kanalında yazıb.
“Başa düşürəm ki, azərbaycanlılar ermənilərin nə vaxtsa Bakıya qayıdıb yaşamaq məcburiyyətində qalması ilə bağlı sözlərimi ağır qəbul ediblər. Amma qəribədir ki, bunu Qarabağdan qaçan bəzi keçmiş məmurlar, avtobus tərəfdarları ilə zibilxana pişikləri, məşhur "Facebook" fahişələri və Köçəryan-Sərkisyam zooparkında qalan heyvanların səs-küyü edir.
Nə üçün Qarabağ erməniləri öz evlərinə qayıtmaq istəyə bilər, amma Bakıda və ya Sumqayıtdakı hadisələr nəticəsində evlərini itirmiş ermənilərin buna haqqı yoxdur?
Sülh bağlanandan sonra nə Türkiyə ilə, nə də Azərbaycanla ticarət etməməliyik? Bəlkə biz də öz tərəfimizdən sərhədləri bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və bunu indi də edir", -deyə Simonyan bildirib.