Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı kəskin alçaldıcı ifadələrlə çıxış ediblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
N.Paşinyan beş post paylaşaraq, din xadimlərini, senzurasız ifadə istifadə edərək, "onu rahat buraxmağa" çağırıb, həmçinin Ermənistanda neçə yepiskopun nigaha girməmək andına sadiq olduğunu soruşub.
Baş naziri həyat yoldaşı da dəstəkləyib, o da öz səhifəsindəki yazılarda din xadimlərini müxtəlif günahlarda ittiham edib.