ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasına ölkədə yaşayan yüz minlərlə Venesuela, Kuba, Haiti və nikaraqualı miqrantların müvəqqəti hüquqi statusunu ləğv etməyə icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Boston Məhkəməsinin dairə hakimi İndira Talvani qərar verib ki, Co Baydenin prezidentliyi dövründə 532,000 miqranta verilmiş müvəqqəti immiqrasiya icazəsini ləğv etməyə çalışan Tramp administrasiyasının bu planı dayandırılsın.