Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender yekunlaşıb.
FED.az xəbər verir ki, sözügedən tender “Zəngilan Ağalı kəndinə 103, Cahangirbəyli kəndinə 242, Məmmədbəyli kəndinə 188 məcburi köçkün ailələrinin köçürülməsi” işləri üçün elan edilmişdi.
483.800 AZN dəyərində olan tenderin qalibi “Azcargo Logistics and Management Services” MMC şirkəti seçilib.
Layihə çərçivəsində məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi işləri yaxın vaxtlarda başlayacaq.