Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                     Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi .....                 

"Vopşe", "tak çto", "znaçit" deyək, yoxsa? - HƏQİQƏTƏN DƏ...
Tarix: 30-05-2025, 17:13 | Çap et

Müasir dövrdə dillər yalnız qorunmaqla kifayətlənməməli, həm də daim zənginləşdirilməlidir.

Bu zənginləşmənin yolları isə bəzən mübahisələrə səbəb olur.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək:

“Çünki bu sözlər artıq bizim leksikonumuzda var". Akademikin bu sözləri birmənalı qarşılanmayıb. Ümumiyyətlə, bu proses necə baş tutmalıdır? Biz dilimizi necə zənginləşdirməliyik?

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasının üzvü, AMEA Orfoqrafiya Komissiyasının üzvü, Levnis adına Avropa Elmlər Akademiyasının həqiqi üzvü, Atatürk adına Türkoloji Araşdırmalar Akademiyasının üzvü, Beynəlxalq Atatürk mükafatı laureatı Adil Babayev bildirib ki, alınma sözlər bütün dillərdə var.

O qeyd edib ki, “takçto” və “znaçit” kimi sözləri dilimizə gətirmək əvəzinə, ümumiyyətlə, dilimizdəki əcnəbi sözləri türk sözləri ilə əvəz etsək, dilimizi milliləşdirərik:

“Bu məsələdən xəbərim var.

Onsuz da o cür sözləri orfoqrafiya lüğətinə daxil etməsək də, danışıqda istifadə edirik. Amma biri var ümumxalq sözləri ədəbi dilə gətirəsən, biri də “çörək” əvəzinə “xleb” deyəsən. Doğrudur, dilimizdə “vopşe”, “takçto”, “znaçit” kimi sözlər tez-tez işlədilir. “Ümumiyyətlə” sözünü demək bəzən çətin gələ bilər, çünki insanlar “vopşe” sözünə öyrəşib. Üstəlik, bu ifadələrin geniş yayılmasında Sovet dövrünün də təsiri az deyil. Dilimizdə “deməli” sözü varsa, “znaçit”i niyə işlədək?”

Professorun fikrincə, elə sözlər var ki, onları tərcümə etdikdə mənası itir və düzgün anlaşılmır:

“Adətən başqa dildən alınmış sözlərin nitqdə istifadəsinin iki səbəbi olur. Birincisi, “fors” etmək, yəni lovğalanmaq məqsədilə, ikincisi isə bu sözlər artıq xalq danışığında yayılması il əlaqədardır. Məsələn, Azərbaycanı kim məcbur etdi ki, hamı valideyninə “mama”, “papa” desin? Amma indi hamı anasına “mama” deyir. Halbuki ədəbi dildə “ana” sözünü istifadə edirik.

Azərbaycan dilində işlənən 15%-ə qədər ərəb adları yəhudi mənşəlidir. Məsələn, Yəhya, Yaqub, Yusif, Züleyxa, Davud, Musa və s. adlar da geniş yayılıb. Daha sonra ərəblərdən götürdüyümüz “Şiraz” adının tərcüməsi “qılınc” deməkdir. Bu adı tərcümə edib bir uşağa “Qılınc” adı qoysan, hamı gülər. Məsələn, “Şirazəddin” adı var, “dinin qılıncı” deməkdir. Təsəvvür edin, bu adları tərcümə edib uşağa ad verirlər. Bu, əlbəttə ki, gülünc səslənə bilər. Yüzlərlə belə misallar var. “Əkbər” sözünün tərcüməsi “böyük”, “Kəbir” deməkdir.

“Əliəddin”, yəni “dinin işığı”, “Vəliəddin” “dinin dostu, valisi” mənasını verir. Bütün bu adları götürüb tərcümə etsək, hamı gülər. Rus dilindən də dilimizə keçmiş sözlər var. Bu sözlərin danışıq dilində istifadəsi başqa, ədəbi dilə gətirilməsi isə tamamilə başqa məsələdir. Ədəbi dil milli dildir, yəni hamının ortaq və qəbul olunmuş dil formasıdır.

Ədəbi dilimizə onları gətirmək olmaz. Sabah ümumtürk dili yaranarsa, bu zaman əksinə, dilimizi daha da saflaşdırmalı və bu cür sözlərdən uzaq durmalıyıq. Düzdür, tatarlarda, daha sonra kiçik türk muxtar respublikalarında “vopşe” sözü hətta qrammatikaya düşüb.

Lakin biz daha da dilimizi təmizləməliyik. Məsələn, biz "qalstuk" deyirik. Alman dilində bu sözün mənası "boğaz" (hals) və "dəsmal" (tuch) sözlərinin birləşməsindən yaranıb. Amma "boğaz dəsmalı" demək düzgün səslənmir. Yaxud "çamadan" sözü farscadan alınıb və “paltar qabı” mənasını verir. Alınma bu sözlər yalnız bizim dildə deyil.

Məsələn, bizim dildə 3000 fars mənşəli, amma fars dilində 4500 türk mənşəli söz var. Öz fellərimizdən sözlər yaradıb onları işlətmək daha yaxşıdır. Ona qalsa, dilimizdə ərəb və fars mənşəli çox sayda söz var. Vasim Məmmədəliyevin bu mövzu ilə bağlı bir məqaləsi də var. “Qurani-Kərim”də 8 türk mənşəli söz aşkar etdiyini qeyd edib”.

Adil Babayev vurğulayib ki, türk dünyasında ən gözəl dil Azərbaycan türkcəsidir:

“Milli dilin xalq danışıq dilindən fərqi ondadır ki, milli dildə standart bir formaya, yəni ədəbi norma və danışıq mədəniyyətinə riayət olunur. Ona görə də “vopşe” əvəzinə “ümumiyyətlə” demək, bu kimi ifadələri ədəbi dildən kənar saxlamaq daha doğrudur. Düzdür, xalq dilində bunlar işlənir, amma milli və ədəbi dil səviyyəsində qəbuledilməzdir.

Xalq danışıq dili səviyyəsində ilk olaraq qəbilə dili meydana gəlir, sonra tayfa dili, daha sonra isə xalq dili formalaşır. Məsələn, xalq dili səviyyəsində qəzet və jurnal kimi kütləvi informasiya vasitələri olmur. Elə buna görə də buradakı azərbaycanlı bilmir ki, Təbrizdəki azərbaycanlı nə deyir. Amma ortaq milli dil olanda onlar bizim dilimizə tamamilə uyğunlaşacaqlar, fərqlər aradan qalxacaq və bir-birlərini daha yaxşı başa düşəcəklər.

Gələcəkdə ümumtürk dili formalaşarsa, hansı söz və formalar daha uyğundursa, onu seçəcəyik. Məsələn, “öyrətmən”, yoxsa “müəllim”,“öyrənci”, yoxsa “şagird” daha yaxşıdır? Ümumiyyətlə, türk dünyasında ən gözəl dil Azərbaycan türkcəsidir. İstər səslənmə, istər lüğət tərkibi, istərsə də qrammatik quruluş baxımından daha gözəldir. Çünki türk dilində bəzi qrammatik quruluşlar hələ də tam formalaşmayıb.

Məsələn, onlarda şərt forması arzu forması kimi deyilir. “Kaş səni görə bilsəm” cümləsini nümunə çəkə bilərəm. Necə yəni, kaş səni görə bilsəm? Əslində cümlə “Kaş səni görə biləm” şəklində olmalıdır. Tanınmış türkoloq Murat Acı də qeyd edib ki, gələcəkdə bir ümumi türk dili yaradılarsa, bu dilin 90 %-i Azərbaycan türkcəsinə əsaslanmalıdır. Məsələn, biz “körpü” sözünü işlədirik, türkiyəlilər isə “köprü” deyirlər. "Köprü" forması daha düzgündür. Biz “kirpik” deyirik, onlar “kiprik” deyirlər, bu da daha uyğun formadır”.

Adil Babayev dilimizi əcnəbi sözlərdən təmizləyərək öz fellərimizdən yeni sözlər yaratmağı təklif edib:

“1930-cu illərdə Atatürkün təşəbbüsü ilə Türkiyədə dil islahatı həyata keçirildi. O dövrdə İstanbul ləhcəsi danışıq dili deyildi və insanlar bir-birlərini başa düşməkdə çətinlik çəkirdilər. Buna görə də danışıq dili əsasında yeni bir ədəbi dil formalaşdırdılar.

Məsələn, “məktəb” ərəb mənşəli söz olduğuna görə onu dəyişdirib “okul” etdilər, hansı ki “okul” bizim öz dilimizdədir. Bu cür dəyişikliklərlə sözləri özününküləşdirdilər. “Okul” sözünü bütün türk dünyasında qəbul etsək, bir-birimizi daha yaxşı anlayarıq. Bundan əlavə, türkcədə nəqli keçmiş zaman yoxdur, yəni “gəlmişəm” yoxdur, sadəcə “gəldim” var. Bizdə də “gəldim” deyirlər. “Gəldim” şühudi keçmiş zaman formasıdır, “gəlmişəm” isə nəqli keçmiş zaman. Bu nümunələr göstərir ki, gələcəkdə ortaq türk dili yaranarsa, Azərbaycan dilindən belə formalar götürüləcək.

Tarixən biz “müəllim” sözünü işlətməyə başladıqda, bu anlayış ərəb dilində dərs verən şəxsə aid idi. Məsələn, Füzuli “müəllim” sözünü işlədib, lakin “öyrətmən” sözünə rast gəlinmir. Çünki o dövrdə ərəb dilinin təsiri güclü idi və “öyrətmək” felləri olsa da, bu formalar geniş istifadə olunmurdu. İndi bu anlayışları müasir dilimizə gətirsək, ümumtürk dili yaranmış olar.

Mənim təklifim budur ki, dilimizi əcnəbi sözlərdən təmizləyək və öz fellərimizdən sözlər yaradaraq istifadə edək. Beləliklə, həm dilimizi milliləşdirərik, həm də türk dünyasında bir-birimizi daha asanlıqla başa düşərik. Bütün bunlar da ortaq “Turan dili”nin yaranmasına böyük töhfə verər”.

O vurğulayıb ki, dilimizi milli sözlərlə zənginləşdirmək üçün bütün dilçi alimlər müzakirə aparmalıdırlar:

“Buna görə də dil alimlərinin hamısı görüşməlidir. Yenidən ikinci bir qurultayın keçirilməsi vacibdir. Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevralından 5 mart tarixinə qədər türk dünyasında ilk dəfə baş tutub. Türk dünyası ilk dəfə Bakıda bir araya gəlib və türk dillərinin birlik səsi ilk dəfə məhz Bakıda yüksəlib. Bu barədə ilk araşdırmanı mən aparmışam.

Qurultayı və onun nəticələrini yox etmək, unutdurmaq istəyirdilər. Qurultayda iştirak edənlərin hamısı sonradan güllələnib. Onlardan yalnız ikisi öz əcəli ilə dünyasını dəyişib. Bütün bunlar ona görə baş verib ki, onlar ortaq türk əlifbası yaratmaq istəyirdilər. Həmin dövrdə Sovet hökumətinin nümayəndəsi Levin İsayeviç Mirzoyan idi. O, Anastas İvanoviç Mikoyana məktub yazaraq, "Gəl görək nə edirik, bu türklər bir yerə yığışıblar, ortaq əlifba yaratmaq istəyirlər ki, bir-birlərinin qəzetlərini oxuya bilsinlər", - deyib.

Mikoyan isə cavabında yazıb ki, mən gəlsəm, olmaz, bu barədə birbaşa Stalinə yaz. Mirzoyan da Stalinə yazır. Stalin isə cavabında bildirir ki, heç bir ortaq əlifba barədə söhbət gedə bilməz, yalnız gələcəkdə yeni əlifbaya keçidin mümkünlüyü haqqında xəbərdarlıq edilə bilər. Lakin nəticədə əksinə olur və 56 nəfərlik xüsusi bir fraksiya yaradılır ki, bu təşəbbüsə mane olsun.

Amma türk xalqları bir-birini o qədər sevdi, o qədər səmimi və dostcasına münasibət göstərdi ki, qurultay çox yüksək səviyyədə keçdi. Hətta qurultayın son günü uzaq Xakasiyadan, Şərqi Sibirdən Katanov adlı alim gəlir.

Qurultay artıq başa çatmışdı. Katanovun gəldiyini eşidənlər deyirlər ki, qoy çıxsın danışsın, türk qardaşımızın dilini eşidək. O, çıxıb danışıb və hamı onu alqışlayıb. Birinci Türkoloji Qurultay bütün türk xalqlarının ortaq əlifbaya keçməsi üçün səmimi şəkildə yığışaraq fəaliyyət göstərdikləri mühüm bir tarix idi”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Dünən, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Dünən, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Dünən, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Dünən, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Dünən, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Dünən, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Dünən, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Dünən, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Dünən, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Dünən, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Dünən, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Dünən, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Dünən, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Dünən, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Dünən, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Dünən, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Dünən, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Dünən, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Dünən, 10:29
Rəvan Qarayev qəzaya düşdü
Dünən, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru