"Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                 

Pakistan və Türkiyə liderlərinin Laçındakı çıxışı dünyaya mesajdır - Professor
Tarix: 30-05-2025, 17:21 | Çap et

“Azərbaycanın dövlət müstəqilliyi günündə Pakistan və Türkiyə liderlərinə məxsus təyyarələrin işğaldan azad edilən və yeni qurulan Laçın hava limanına enişi ölkəmiz üçün çox böyük və əlamətdar hadisədir. Bu hadisə bir neçə kontekstdə mühüm əhəmiyyətə malikdir.

Birincisi, Azərbaycan işğaldan azad edilən Laçında hava limanını qurdu və ona beynəlxalq status verdi.

İkincisi, beynəlxalq status alan hava limanına dərhal iki dövlət başçısının təyyarəsi endi.

Nəzərə almaq lazımdır ki, bu dövlətlərdən biri dünyada getdikcə nüfuzu artan, qlobal gücə çevrilən qardaş Türkiyə, digəri nüvə silahına malik Pakistandır”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, həm Pakistan baş nazirinin, həm də Türkiyə prezidentinin təyyarəsinin təhlükəsiz hala gələn Laçına enməsi o deməkdir ki, İlham Əliyevin liderliyi altında qurulan və bərpa olunan Laçın artıq təhlükəsizdir. Bu hadisə prezident İlham Əliyevin apardığı siyasətin nə dərəcədə doğru olduğunu və müasir dünya çağırışlarına cavab verdiyini göstərir.

Professor qeyd edib ki, hazırda Azərbaycan lideri çox uğurlu və yumşaq xarici siyasət həyata keçirir: “İlham Əliyevin apardığı xarici siyasət müasir çağırışlara tam cavab versə də, 10 milyonluq Azərbaycanın bu siyasətinə xarici dəstək də vacibdir. 90 milyonluq qardaş Türkiyə ilə 220 milyonluq qardaş Pakistan bu dəstəyi dünyanın gözü önündə ifadə edirlər”.

Digər tərəfdən, C. Nuriyev əlavə edib ki, Laçın işğaldan azad edildikdən sonra ilk bərpa olunan ərazidir, Azərbaycanın istinadgahıdır: “İşğalçı ermənilər uzun illər məhz Laçın üzərindən Qarabağa daxil olublar. İndi bura yenidən qurulub, böyük layihələr həyata keçirilir. Bölgə turizm üçün yenidir və gələcəkdə bura böyük xarici investisiyalar cəlb olunacaq. Açığı, biz hamımız bilirik ki, işğaldan azad edilən hər yerdə aparılan bərpa və quruculuq layihələrinin başında şəxsən prezident Əliyev dayanır, daima bu ərazilərə səfərlər edir, aparılan işlərlə tanış olur, prosesi nəzarətdə saxlayır. Pakistan və Türkiyə liderlərinin bu səfəri həm də prezident Əliyevin həyata keçirdiyi bu layihələrə dəstəkdir”.

C. Nuriyev deyib ki, indiyə qədər nəinki müharibədən çıxan, hətta müharibə aparmayan ölkə belə, qısa müddətdə üç hava limanı qura bilməyib: “Amma Azərbaycan belə bir işi bacarıb və hazırda Ağdamda da böyük işlər görürlər”.

Professorun fikrincə, Ərdoğan və Şərifin Laçına gəlmələri həm də yerli əhaliyə dəstəkdir, onların təhlükəsiz və sabitlik içərisində yaşayacağına mesajdır, onlarda inam təlqin edir: “İndiyə qədər heç ağlımıza gəlməzdi ki, Laçın işğaldan azad edildikdən sonra iki nəhəng dövlət başçısı bura gəlib yerli əhali ilə söhbət edə, konsertə baxa, şəhəri gəzə bilərlər. Amma bu baş verdi, çünki ölkədə uğulu siyasət aparılır”.

C. Nuriyev qeyd edib ki, Pakistan və Türkiyə liderlərinin Laçında çıxış etməsi dünyaya, eləcə də Ermənistana və onun arxasında duran qüvvələrə mesajdır.

Müsahibimizin sözlərinə görə, belə böyük hadisələrin baş verməsində liderlərin şəxsi münasibətləri, bir-birinə yaxın olmaları xüsusi əhəmiyyət kəsb edir: “Bu kontekstdə Əliyev həm Ərdoğan, həm də Şərfilə qardaşlıq münasibətləri qurub. Bu yüksək səviyyəli şəxsi əlaqələr ölkələrin milli münasibətlərinə də pozitiv təsir göstərir. Üstəlik, Əliyevin apardığı xarici siyasət çoxşaxəlidir, dövlətimizə sanballı və güclü dostlar qazandırır. İsrail də Azərbaycanın dostudur. Eləcə də Orta Asiya respublikaları, Macarıstan, müsəlman Misir və s. Azərbaycan-Çin münasibətlərinin də yüksək səviyyədə olduğunu hər kəs görür. Azərbaycan prezidenti İlham Əliyev artıq çoxdan regional, Türk Dövlətlər Birliyi və İslam ölkələri birliyi nəzdində aparıcı siyasətçidən qlobal xarakterli siyasət xadiminə çevrilib, onunla danışırlar, məsləhətlərinə qulaq asırlar, fikirlərinə dəyər verirlər. Bu bizim üçün də çox müsbət və fəxirediləsi nümunədir”.

Reyting.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Dünən, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Dünən, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Dünən, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Dünən, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Dünən, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Dünən, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Dünən, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Dünən, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Dünən, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Dünən, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Dünən, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Dünən, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Dünən, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Dünən, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Dünən, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Dünən, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Dünən, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Dünən, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Dünən, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru