Gədəbəy rayonu, Söyüdlü kənd sakini Xudaverdiyev Şakir Fikrət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.Xudaverdiyev işsizlikdən şikayətçidir:
“Mən, Xudaverdiyev Şakir Fikrət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Qeyd edim ki, işsizlik səbəbindən dolana bilmirəm, vəziyyətim acınacaqlıdır.
2017-ci ildə Gədəbəy rayonunda yerləşən Qızıl-Mis zavoduna sənəd verib, iş istəmişəm. Dəfələrlə çağırırlar, amma işlə təmin etmirlər.
Mənimlə birgə işə çağırılanların 80 faizi işlə təmin olunub. Şirkət kimin pulu var, onu işlə təmin edir. Bir də Bələdiyyə sədri kimi tapşırır, onu işə götürürlər.
Kəndimizdə, mənim evimin yaxınlığında tunel qazırlar. Evdə tozdan və səs-küydən oturmaq olmur. Heç olmasa işlə təmin etmirlər. Xahiş edirəm, məni işlə təmin etsinlər, ailəmə çörək pulu apara bilim".