Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yumurta istehsal müəssisəsi satışa çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, fabrik hazır biznes şəklində alıcılara təklif olunur.
Belə ki, 6,5 hektar torpaq sahəsinə malik olan müəssisənin 70 000 cücə yetişdirmə emalatxanası, 4 ədəd (260 000-lik) müasir standartlara uyğun avtomatlaşdırılmış yumurta sexi, 1 saatda 15 ton yem üyüdən müasir avtomatlaşdırılmış dəyirmanı mövcuddur.
30-dan çox işçi qüvvəsinə malik və bütün zəruri avadanlıqlarla təchiz olunan fabrikdə hazırda gündəlik 210 000 ədəd yumurta istehsal olunur.
6000 m² tikili sahəsinə malik olan müəssisə 5,5 milyon manata satışa çıxarılıb.