Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev yıxılaraq zədələnmiş və xəstəxanaya yerləşdirilmişdi.
Axşam.az xəbər verir ki, evə buraxılan sənətçi "Elgizlə izlə" proqramına qatılıb. İfaçı yıxılmasından danışıb:
"10 kiloqram çəki atdım. Sürü itidir, evdə saxlayıram. Amma evə uyğunlaşmır. Boğazından zənciri çıxartdı, qaçmadı. Təzədən boğazına bağladım qayıtdım evə. Gördüm yenə zəncirdən qopub. Bağlamaq istəyəndə fırlandı başıma, zəncir də uzun idi. Ayağıma dolandı və yanıüstə yıxıldım".
Ə.Mirəliyev Əməkdar artist Ruhəngiz Musəvi ilə qalmaqalından danışıb:
"48 illik dostuna belə söz deyə bilərsən? Aramızda heç bir inciklik olmayıb. Sənə nə etmişəm ki, mənimlə müharibəyə başladın? Camaata söz atmıram, oxuya bilməyənə söz deyirəm. Bilirsən ki, kaprizliyəm. Heç vaxt qoymamışam yanımda ara oxuyanlar olsun".
Qeyd edək ki, Ə.Mirəliyevlə R.Musəvi arasında efirdə qalmaqal yaşanıb.