Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi möhkəmləndirir .....                     Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər .....                     Çərəz, quru meyvə, şokolad satılan mağazalar şəbəkəsi niyə kafe kimi QEYDİYATDADIR? .....                     “Polşa Putinin təyyarəsini tuta bilər” .....                     “Atəşgah Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib .....                     Adı Ramiz Mehdiyevlə qoşa çəkilən deputatdan .....                     Əliyevin ASTANA SƏFƏRİ... .....                     "AS Group" gecə Bakıda tikinti aparır: "Sakinlər yata bilmir" .....                     İntim videoları yayanlar bu cəzanı alacaq .....                     Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü .....                     Firdovsi Əliyev hər il eyni şirkətə yol təmir etdirir .....                     Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu .....                     Nazir müavininin "sürücüsünə" hökm oxundu .....                     “Qadın müğənnilərin arasında Şövkət xanım qədər seviləni yoxdur” .....                     Alqış Musayevdən Mehdiyevə görə YAP-çı deputata SƏRT İTTİHAM: “Bu, siyasi itaətsizlikdir” .....                     Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır .....                     Şərurlu İsfəndiyar: “Allah hökumətin canını sağ eləsin, pensiya ilə dolanıram” .....                     Mehdiyevlə bağlı yeni FAKT: ona yaxın 22 tanınmışın siyahısı .....                     Qareginin sirrini açan keşiş erməni kilsəsindən qovuldu .....                     Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, .....                     Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək .....                     Ramiz Mehdiyev işində adı keçən “Şərq-Qərb” Nəşriyyatı kimindir: Elm və Təhsil Nazirliyi niyə ancaq onunla işləyir? .....                     Qohum evliliyini işıqlandırdığına görə .....                     Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq .....                     Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? .....                     "Ziraat Bank" (Azərbaycan)da əmanətləriniz TƏHLÜKƏDƏ .....                     Bəzi yerlərdə yağış yağacağı ehtimalı var .....                     Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar məlum oldu .....                     Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib .....                     "Hətta İrəvanın mərkəzindəki Göy məscid də farslaşdırılıb" .....                     Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib .....                     Ruslar bizə İKİNCİ TƏYYARƏ MESAJI YOLLAYIR... .....                     Elxan Elatlıya ağır itki üz verib .....                     Neft qiymətləri büdcə qiymətindən aşağıda: Azərbaycanda devalvasiya təhlükəsi .....                     Ramiz Mehdiyevin evində AXTARIŞ APARILIB? .....                     “Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi: QIYMƏTLƏR BAHALAŞDI .....                     Sinif yoldaşının ölümündə təqsirləndirilən məktəbliyə hökm oxunub .....                     Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir .....                     BU NƏDİ BELƏ: İmşili sakinini özünün xəbəri olmadan arvadından boşayıblar... .....                 

Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Tarix: 12-02-2025, 15:11 | Çap et
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki...
"DİA-AZ" Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-şair İlqar Fəhminin APA-ya müsahibəsini təqdim edir

– İlqar müəllim, sizi hər kəs klassik ədəbiyyatın mövzuları ilə qaynayıb-qarışmış biri kimi tanıyır. Odur ki, soruşmaq istəyirəm: Heç nəfs barədə şeir yazmısınız?

– Ümumiyyətlə, bəzi alimlərin sözlərinə görə, sənəti yaradan elə nəfsdir. Yəni nəfsin bəzi tələbləri var ki, insan onları real həyatda üzə çıxara bilmir, yaradıcılıq yolu ilə gerçəkləşdirir. Bir dəfə Çingiz Abdullayevdən bu barədə soruşdum, o da maraqlı cavab verdi: “Yəqin, həyatımda polis, detektiv, hakim də olmaq istəmişəm, amma qismət elə gətirdi, mən həmən peşələrin hamısını ədəbiyyatda canlandırdım”. İnsan nəfsinin istəklərinin çoxunu həyatda reallaşırsa, onun yaradıcılığa gətirməyə ehtiyac qalmaz. Ona görə deyirlər ki, xoşbəxtlik üzərində qurulmuş ədəbi əsərlər barmaqla sayılacaq qədərdir, əsasən ədəbi əsərlərin qəhrəmanları həyatda uğur qazana bilməyənlərdir. Yəni müəyyən mənada ədəbiyyat nəfsin reallaşmayan istəklərinin sənət müstəvisində əksidir.

– Bəs sizin nəfsinizin istədiyi nəsə varmı ki, reallaşdıra bilməmisiniz?

– Əslində şeirdə istədiklərimin təxminən əlli faizini həyata keçirmişəm. O mənada ki, ürəyimcə olan estetik dəyərləri real həyatda görə bilməmişəm, şeirdə yaratmağa çalışmışam. Elə indi də, estetik şeir yaratmaq baxımından daha da irəli getməyə çalışıram. Təzə-təzə əruzda yazmağa başlayanda birinci bəhri qırmamağa çalışırsan, sonra-sonra deyirsən, elə bir qəzəl yazım ki, fərqli yanaşması olsun, daha sonra yeni rədif, qafiyə sistemi qurmağa çalışırsan. Bir sözlə, bu vaxta kimi nələrisə eləmişəm, amma hələ də qəzəldə yeniliklər etməyi istəyirəm. Arzular bitdisə, sənətdə inkişaf da bitdi.

– Müasir dövrdə yazıçı yalnız yazmaqla məşğul olmalıdır, yoxsa kitablarını satmaq üçün müəyyən marketinq biliklərinə də sahib olmaq gərəkdir?

– Mən zəmanəyə açıq adamam. Özüm nələrisə bilməyəndə demirəm ki, pisdir. Bizim dövrdə yaradıcılıqla marketinq ayrı-ayrı sahələr idi. Ətrafımıza baxırdıq və görürdük ki, ustad bildiklərimizin maddi vəziyyəti o qədər qənaətbəxş deyil. Yəni deməyim odur ki, artıq sənətə gələndə yəqin edirdin ki, elə bir yolla gedirsən ki, o yolda maddi xeyir olmayacaq. Hazırda isə istehlak cəmiyyəti dövründə yaşayırıq və mən baxıram indiki gənclərdə belə bir baxış var: Əgər bu işdə maddi marağım yoxdursa, niyə məşğul olum? Mən əvvəllər o qədər ssenari yazırdım ki, çoxu çəkilmirdi. Elə olub ki, yazdığım ssenari üç-beş ildən sonra çəkilib. Bu vaxta qədər reallaşan ssenarilərim qədər reallaşmamış ssenarilərim var. Amma indiki dövrdə mən gənclərdən bunu tələb eldə bilmirəm. Eybi yox, ssenarin çəkilməsin, sən sadəcə yaz və prosesdən həzz al. Artıq maddi mənfəəti təmin etmək üçün yaradıcı adam işin marketinq tərəfini də özü həyata keçirməlidir. Şeirdə bəzi gənclərə baxıram, özləri şeirlərini səsləndirib videoya çəkirlər, fonda musiqi yerləşdirirlər. Onlar artıq şeiri yazmaqla yanaşı, həm də onun marketinq tərəfi ilə məşğul olurlar. Bizim nəsil onu etmirdi, deyirdi ki, ayıbdır, mən şeiri yazmışam bəsdir.

90-cı illərdə beyinlər çox düşünürdü, çünki təqdim olunan materiallar düşündürücü idi

– İlqar bəy, əsərləriniz həm də səhnəyə qoyulur, pyes də yazırsınız. Bir dramaturq kimi nə düşünürsünüz? Elə bil teatrlarımız da yavaş-yavaş seriallarımızın gününə düşür. Yaxşı əsər yoxdur, yaxşı rejissor yoxdur, yoxsa pul yoxdur?

– Tamaşaçının səviyyəsi çox dəyişib. 2015-ci ilə qədər bizim tamaşaçı əsasən, Azərbaycan televiziyalarına baxırdı. İndi isə internet televiziyaları, sosial şəbəkələr axın halında toplumun üstünə gəlir. Sosial şəbəkələrdə olan əksər materiallar kütləvidir. Kütlə üçün olan material həmişə səthi olur. 90-cı illərin auditoriyası kütləvi materiallarla yanaşı, çoxlu sayda dərin materiallarla da üz-üzə qalırdı. Beyin işlətmək də bədən işlətmək kimi bir şeydir, işləndikcə genişlənəcək, güclənəcək. 90-cı illərdə beyinlər çox düşünürdü, çünki təqdim olunan materiallar düşündürücü idi. Kütləvi sənət axını ölkəyə ayaq açandan sonra bizim insanlar da zahiri zövq alacaqları materiallara baxmağa başladılar. Beyin işlətməyə ehtiyac qalmadı

– Düşünməyə imkan verməyən nədir?

– Düşünməyə şərait yaradan əsərlər elə bil kənara çəkildi, düşündürməyən əsərlərin axını başladı. Düşüncə korşalıb.

Sən meyxanaçıdan qəzəl yazan adam qədər dərinlik tələb edə bilməzsən, çünki onun fiziki olaraq oturub əruzun incəliklərini öyrənməyə, nələrisə fikirləşməyə vaxtı yoxdur. Beş saniyə vaxtı var, nə dedi-dedi. Teleserial da onun kimdir, ssenarist kimi sənin bir həftə vaxtın var. İlhamın gəldi-gəlmədi, həftənin axırı seriyanın ssenarisini təhvil verməlisən. Ona görə də kəmiyyət qalxır, keyfiyyət düşür. Teatr rejissoruna gəldikdə isə o da baxır ki, dərin tamaşalar qoyanda gələn olmur, bir başqası ailə-məişət dramı qoyur, camaat ağlayıb özündən gedir. Sən də avtomatik fikirləşirsən ki, əgər camaat bunu istəyirsə, mən də onun kimi edim. Çünki teatr canlı sənətdir, auditoriya nə istəyirsə, onu verməlidir.

Seriala maarifləndirici səhnə əlavə edəndə reytinq vermir

– Ssenarisini yazdığınız serialların mövzularını özünüz seçirsiniz, yoxsa rejissor, yaxud prodüser diktə edir?

– Mən nadir hallarda serial ssenarisi yazmışam. Mən həmişə süjet qurmağa kömək etmişəm, içini isə ssenari qruplarındakı ssenaristlər yazıb. Öz yazdıqlarım daha çox azseriyalı kinoseriallardır. Ümumilikdə isə əlbəttə, razı deyiləm. Çünki bunlar sırf bazar üçün yazılan əsərlərdir. Serialların gündəlik reytinq cədvəllərinə baxırıq. Bəzən mən seriala maarifləndirici səhnə əlavə edəndə görürdüm ki, reytinq vermir. Bu həm də onunla bağlıdır ki, hazırda televiziya tamaşaçılarının çoxu evdar qadınlardır, ona görə də seriallarda həmən evdar qadınların zövqünə uyğun materiallar təqdim olunur.

– ...bir az da şeirdən danışaq. Əruzun dili müasirləşəndə bir qisim etiraz etdi ki, qəzəlin öz dili, ifadə tərzi var, dəyişmək olmaz. Digər qrup isə əruzun lazımsız olduğunu bildirdi. Bəs sizcə problem nədədir?

– Əruz ritmli şeirdir. Ritmli şeirə münasibət əvvəl belə idi ki, bir qisim deyirdi lazım deyil, çünki ritm sözü çərçivəyə salır. Bir qisim əruzçular da deyirdi ki, ümumiyyətlə çərçivədən kənar şeir, şeir deyil. Mən bunların ikisinin ortasında yol tutdum və cəhdlərim ondan ibarət idi ki, sərbəst hiss və duyğuları əruzda ifadə edim. Çox qəribədir, yaşlı nəsil bunu çox yaxşı qarşıladı. Mənim belə axtarışlarda ən böyük dəstəkçim Ələmdar Mahir idi. Ələmdar çox radikal adam idi, amma ən birinci o dəstək olurdu mənə. Kimlərsə, nəyisə, dəyişdirmək istəyəndə icazə vermirdi. Mənim üçün ən maraqlı olan bu oldu ki, əruz sevməyən, əruzdan kənar olan adamlar da mənim şeirlərimi sevdilər. Əruz əruzsevərlər çərçivəsindən çıxdı.

– Ələmdar Mahirin adını çəkdiniz, yadıma şeir məclisləri düşdü. Qabaqkı şeir məclisləri yenə olurmu? Ümumiyyətlə texnologiya çağında belə məclislərə ehtiyac varmı?

– Mən olmağını istəyərdim, amma tələbat görmürəm. Niyə görmürəm? Çünki o məclislər ona görə yaranırdı ki, şairlər arasında rabitə zəif idi. Məclis lazım idi ki, yazdığın şeiri gedib 20 nəfər adamın qabağında oxuyasan, rəylərini alasan. Hazırda sosial şəbəkələr var, şeir yazılan kimi ora qoyulur. Sənin 10-12 nəfərin rəyinə ehtiyacın olmur. Sosial şəbəkədə 100-150, hətta daha çox adam rəy yazır, bəyənir. O dövrdə bizə mətbuatda da çox yer verilmirdi, ədəbi mətbuat da o qədər çıxmırdı, Yazıçılar Birliyinin orqanları maliyyə çatışmazlığı səbəbindən dayanmışdı. Kütlə qarşısına şeir çıxartmağa yer yox idi. Yalnız həmin məclislər vasitəsilə şeirini təqdim edə bilirdin. Hazırda buna ehtiyac yoxdur. İndiki dövrdə ədəbi məclislər yaransa belə uzunömürlü olmayacaq.

– O zaman peşəkarlıq necə olacaq?

– Peşəkarlıq deyilən məfhum özü sürətlə yox olur. Peşəkarlıq səviyyəsi son zamanlar çox aşağı düşüb. Nadir gənclər var ki, peşəkarlıq səviyyəsini qaldırmaq istəyirlər deyə ustad arxasınca düşürlər, ondan fikir alırlar. Əksəriyyət isə necə yazırsa, elə də dərc edir və ya kitab çap edir. Peşəkarlıq səviyyəsi təkcə şeirdə deyil, ümumilikdə incəsənətdə aşağı düşüb.

Nizaminin, Füzulinin, Seyid Əzimin əsərlərində öz hiss və duyğularının etirafına rast gələ bilməzsən

– Şeir əhli kimdir?

– Hər bir sənətin üç cür auditoriyası var: toplum, yəni həvəskarlar, xiridarlar və peşəkarlar. Birinci auditoriya nə şeir, nə qayda-qanun bilir. Sadəcə olaraq öz zövqünə uyğun olan şeiri dinləyir. Xoşuna gəlirsə, deyir yaxşıdır, gəlmirsə, deyir pisdir. İkincisi xiridarlardır ki, onlar özləri yaratmasalar da, yaradıcılığın incəliklərini bilirlər deyə, yaxşını pisdən ayırmağı da bacarırlar. Bir də var peşəkarlar. Bizdə yaxşı xiridar təbəqəsi var idi, bax biz o təbəqəni demək olar, itirmişik. Yalnız qalıb həvəskar təbəqə, bir də məhz sənin öz sənət adamlarının dairəsi – peşəkarlar. Sovet dövründə kütlənin, ədəbi mühitin, bir də xiridarların oxuduğu kitablar var idi. Xiridar təbəqəsinə də daxil idi məktəb, universitet müəllimləri, ziyalı insanlar. Onlar çox dərinliyini bilmirdilər, amma kütlə baxışı ilə də baxmırdılar. Bir orta baxış təbəqəsi var idi. Həmin bu təbəqə son zamanlar həddindən artıq dərəcədə azalıb. Şeir əhli isə olub həmin həvəskar təbəqə, ya da öz həmkarların.

– Şeir hər zaman etirafdır, yoxsa şair öz həqiqətini şeirdə gizlədə bilər?

– Şeir, sənət və yaradıcı şəxsin ona münasibəti barmaq izləri kimidir, eyni olmur. Kimin üçünsə etiraf, kimin üçünsə şöhrət qazanmaq vasitəsi, kimin üçünsə də vəzifəyə çıxmaq üçün tramplindir. Bəziləri üçün isə bir növ müalicə vasitəsidir. Yazaraq rahatlıq tapır, əsəbləri sakitləşir. Məsələn, mən bir neçə belə adam tanıyıram. Olduqca zəif yazsalar da mən onları həmişə tərifləyirəm. Çünki həmin şəxsin yazaraq özünü müalicə etdiyini, bütün neqativini içindən çıxardığını görürəm. Mən ona desəm, bu pisdir, sən yazma, bir neçə həftə sonra dəlixanaya düşəcək. Amma bir şeyi də qeyd edim ki, məhz Şərq mentalitetində sənətin etiraf olması anlayışı yoxdur. Sənət heç vaxt etiraf deyil. Sən nə Nizaminin, nə Füzulinin, nə Seyid Əzimin əsərlərində öz hiss və duyğularının etirafına rast gələ bilərsən. Doğrudur, onlarda da dünyanın, həyatın gedişatı barədə ümumi şikayət var. Çünki hər bir xalqın mədəniyyəti onun dini etikasından doğur. İstədin-istəmədin, bu, belədir. Avropa əsərlərini götürsək, həmin əsərlərdə yazıçı öz etiraflarını qəhrəmanın dilindən yazır. Çünki xristianlıqda kilsəyə gedib pərdənin arxasında keşişə etiraf etmək ənənəsi var. Bu insana tövbə amilidir. İslamda isə belə bir amil yoxdur. Sən yalnız Allaha tövbə edə bilərsən, insana açılmaq olmaz. Allahın adlarından biri də “Səttar əl-üyub”dur, eyibləri örtən, nöqsanları gizlədən deməkdir. Şərq mentalitetində duyğuları açmaq ənənəsi yoxdur. Ona görə də bunu bilməyən adamlar Şərq ədəbiyyatını monotonluqda ittiham ediblər ki, hamı eyni cür yazıb. Ona qalsa, bilməyən adam on dənə xalçaya baxsa da, yenə naxışların eyni olduğunu deyəcək. Sən gərək işinin əhli olasan ki, bunların bir-birindən fərqlərini biləsən. O baxımdan mən düşünürəm ki, Şərq təfəkkürlü biri üçün sənət etiraf deyil. Sənət, ədəbiyyat, söz mənəvi yüksəliş vasitəsidir. Amma Qərb düşüncəsinə meyilli olan inan üçün sənət etirafdır. Məsələn, mən əsərlərimdə maksimum etirafdan qaçmağa çalışmışam. Çalışmışam o fikirlərin arxasında gizlənim, nəinki hər şeyi açıb töküm.

Anar müəllimdən xahiş edən sonra orda-burda danışır ki, Yazıçılar Birliyindəkilər nə iş görür?

– Ssenari, pyes, roman, hekayə, məqalə yazırsınız. Üstəlik tədbirlər, görüşlər... Bunların hamısına necə vaxt tapırsınız? Zamanı necə bölürsünüz?

– Öz şəxsi həyatımı qurban vermək hesabına. İstirahətim, rahatlığım hamısı bu işin içindədir. Mənim yadıma gəlmir ki, nə vaxtsa harasa gedib iki saat istirahət edim. Mən fəaliyyətsiz qalanda bütün ağrılarım, gərginliklərim üstümə axır. 2002-ci ilə qədər əvvəl təkcə qəzəl yazırdım. 2004-cü ildə həyatımda qəribə bir şey baş verdi, sanki həyatımı nə qədər boşa sərf etdiyimi başa düşdüm. Birdən elə bir hiss gəldi ki, bütün boşa verdiyin vaxtın əvəzini verməlisən və o vaxtdan bu tərəfə aktiv fəaliyyətə başladım. Bayaq barəsində danışdığımız seriallar mənə işi çox sürətlə görməyi öyrətdi. Zəmanə də göstərir ki, böyük mətnlər oxunmur. Deməli kompaktlaşdırmaq həm də dövrün tələbinə uyğundur. Allah etsin orqanizmim dözsün. Axır vaxtlar bu sürətin altında orqanizmim əziyyət çəkir.

– Gördüyünüz işlərin demək olar əlli faizi Yazıçılar Birliyi ilə bağlıdır? Ümumiyyətlə AYB-də işləyənlər, bu katiblər nə iş görürlər?

– AYB-nin nə iş gördüyünü buranın üzvü olanlar daha yaxşı bilir. İlkin işimiz ədəbi orqanlarımızın fəaliyyətini təmin etməkdir. Sən tutalım, “Ədəbiyyat qəzeti”ni aldın, elə bilirsən ki, qəzetin ərsəyə gəlməyi bir adamın işidir? Bir nömrənin yığılmağı üçün orda oturanlar yüzlərlə materialı oxuyub, içindən seçirlər. Sonra yüzlərlə material gətirən insana yazısını niyə çap etmədiyini izah etməlisən. Mən “Ulduz” jurnalında işləmişəm deyə bilirəm ki, vaxtın çox hissəsi yazısını vermədiyin adamlara bunu izah etməyə gedir... Bəzən elələri olur ki, yazılı izahat belə istəyirlər... Daha sonra gəlib çıxırıq aparatın işinə. Yazıçıların xeyli sayda problemlərinin həll eləməli oluruq. Gəlib deyirlər ki, işlədiyim yerlə problemim var. Yaxud hansısa yazıçı gəlir ki, mənə sponsor olmaq istəyirlər, sənəd verin. Sonra tədbirlərin keçirilməsi, kitabların çap olunması işləri var. Tədbir təşkil etmək asan məsələ deyil, bunun qabaqcadan ssenarisi yazılmalıdır, təqdimatı olan kitab oxunmalıdır. Bundan əlavə mən öz payıma deyirəm yaradıcılıq məsələləri üzrə bizə nə qədər nazirlikdən materiallar gəlir, onları oxuyub rəy yazmalısan. Daha sonra Yazıçılar birliyinin katibi Səlim Babullaoğlunun tərcümə işlərində geniş fəaliyyəti var. Həmçinin Rəşad Məcidin uzun illər gənclərlə fəaliyyəti, bundan əlavə Yazıçılar Birliyinin tərkibində Gənc Ədiblər Məktəbinin yaranması və fəaliyyəti ilə bağlı gördüyü işlər var. Katib Elçin Hüseynbəyli isə Yazıçılar Birliyinin seksiyalarını kurasiya edir. Bundan əlavə, bölgələrdəki fəaliyyətimiz... Mədəniyyət Nazirliyinin ədəbiyyatla bağlı bütün fəaliyyəti demək olar ki, bizimlə əlaqədə keçirilir. Sadəcə Yazıçılar Birliyinin fəaliyyəti kənardan ona görə görünmür ki, təbliğat aparmırıq, gördüyümüz işlərin hesabatını mətbuatda çap etmirik. Əgər aylıq və ya illik hesabatı çıxartsaq görərsiniz ki, nə qədər işlər görürük. Məni yandıran hərdən bu olur ki, buranın xidmətlərindən istifadə edənlər gedib kənarda deyirlər ki, Yazıçılar Birliyi orada neyləyir? Bir də görürsən, kimsə bura gəlib Anar müəllimdən xahiş edir ki, filankəsə zəng edin, işimi həll etsin də, sizin sözünüz keçir, ya da deyir, kitabım çıxacaq, gəlib iştirak etsəniz, daha hörmətli olacaq. Sonra da gedib bizim arxamızca danışır. Yazıçılar Birliyi sizin kimilərə xidmət edir də, sizin problemləriniz, yaradıcılıq işləriniz, ailə-məişət problemlərinizi həll edir. Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki, zəng elə, rektora de, uşağı çıxarmasınlar. Belələri sonra durub orda-burda danışır ki, Yazıçılar Birliyində işləyənlər nə iş görür? Adamı yandıran odur ki, bu sözü təqaüdü alanlar belə deyir.

– Allahdan gizlin deyil, sizdən nə gizlin, sizin fəaliyyətiniz ədəbi mühitdə bəzən qısqanclıqla qarşılanır, deyirlər, hər yerdə İlqar Fəhmidir. Ssenari – İlqar Fəhmi, pyes – İlqar Fəhmi, veriliş – İlqar Fəhmi, kino – İlqar Fəhmi...

– Mən işdən qorxan adam deyiləm və maddiyyat da mənim üçün beşinci yerdədir, işin özünün həvəskarıyam. Mən öz yaradıcılığımda bir neçə sahəni birləşdirmişəm. Klassik ədəbiyyat, nəsr, teatr , kino, televiziya və s... Bu sahələrin qovşağında nəsə bir layihə, təklif olunan kimi, mənə yönəldirlər. Məsələn, televiziya layihələrimi götürək, televiziya aparıcıları çoxdur, amma həm klassik ədəbiyyatı, həm də televiziyanı bilən nə qədər adamımız var? Çox az. Eyni şeyi kinoya, teatra da aid etmək olar. Məsələn, “Nəsimi İli”ndə və ya “Nizami İli”ndə məhz mənim pyeslərim dövlət sifarişiylə səhnələşdirildi. Çünki həm dramaturji fəaliyyəti olan, həm də klassik ədəbiyyat sahəsini bilən adam o qədər çox deyil.

– Məşhur hekayənizin adından yola çıxaraq soruşmaq istəyirəm: Bu dünya Allahın zibil yeşiyidir?

– (Gülür). Bilirsən, mən ömrümün böyük hissəsini o fikirdə olmuşam, hiss elətdirməmişəm, amma daxilimdə elə bir hissiyyat olub. Sonuncu iki, üç ildə qəribə bir ehtiyac yaranıb ki, zibilliyin içini eşələyib həqiqi qiymətli nələrisə tapım və sonda özüm-özümü inandırım ki, bu dünya zibil yeşiyi deyil. Artıq o fikri yavaş-yavaş tərk edirəm və ümid edirəm ömrümün sonuna doğru o fikirdən tamam əl çəkəcəyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi möhkəmləndirir - MƏQALƏ
Bu gün, 16:29
Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:27
Çərəz, quru meyvə, şokolad satılan mağazalar şəbəkəsi niyə kafe kimi QEYDİYATDADIR? - "Gavalı"nın qəbzlərində QƏRİBƏLİK
Bu gün, 16:09
“Polşa Putinin təyyarəsini tuta bilər” - Sikorski
Bu gün, 16:01
“Atəşgah Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:52
Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib
Bu gün, 15:48
Adı Ramiz Mehdiyevlə qoşa çəkilən deputatdan - "Üz-üzə 4-5 dəfə gəlmişik, ya yox"
Bu gün, 15:43
Əliyevin ASTANA SƏFƏRİ... - buna görə ƏHƏMİYYƏTLİDİR!
Bu gün, 15:24
"AS Group" gecə Bakıda tikinti aparır: "Sakinlər yata bilmir" - VİDEO
Bu gün, 15:21
İntim videoları yayanlar bu cəzanı alacaq - Vəkil AÇIQLADI
Bu gün, 15:11
Moskva məhkəməsinin azərbaycanlı yeniyetmələrə hökmü – qərəzin yeni nümunəsi
Bu gün, 15:10
Firdovsi Əliyev hər il eyni şirkətə yol təmir etdirir - 615 min manatlıq tenderin izi ilə
Bu gün, 15:04
Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 14:46
Nazir müavininin "sürücüsünə" hökm oxundu - O, İdris İsayevin adından necə istifadə edilib?
Bu gün, 14:45
“Qadın müğənnilərin arasında Şövkət xanım qədər seviləni yoxdur” - sənətkarın gəlini
Bu gün, 14:40
Alqış Musayevdən Mehdiyevə görə YAP-çı deputata SƏRT İTTİHAM: “Bu, siyasi itaətsizlikdir” - NƏ BAŞ VERİR?
Bu gün, 14:36
Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır - AÇIQLAMA
Bu gün, 14:27
Şərurlu İsfəndiyar: “Allah hökumətin canını sağ eləsin, pensiya ilə dolanıram” - RƏSMƏN HARINLAYIB...
Bu gün, 14:22
Mehdiyevlə bağlı yeni FAKT: ona yaxın 22 tanınmışın siyahısı – Adlar
Bu gün, 14:16
Qareginin sirrini açan keşiş erməni kilsəsindən qovuldu
Bu gün, 14:14
Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı
Bu gün, 13:31
Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək
Bu gün, 13:27
Ramiz Mehdiyev işində adı keçən “Şərq-Qərb” Nəşriyyatı kimindir: Elm və Təhsil Nazirliyi niyə ancaq onunla işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:26
Qohum evliliyini işıqlandırdığına görə “Space TV”ə xəbərdarlıq olunub
Bu gün, 13:19
Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 13:13
Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? – Tam siyahı
Bu gün, 13:05
"Ziraat Bank" (Azərbaycan)da əmanətləriniz TƏHLÜKƏDƏ - DİQQƏT!
Bu gün, 13:01
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:53
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 12:50
Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib
Bu gün, 12:43
"Hətta İrəvanın mərkəzindəki Göy məscid də farslaşdırılıb" - deputat
Bu gün, 12:42
Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib
Bu gün, 12:37
Ruslar bizə İKİNCİ TƏYYARƏ MESAJI YOLLAYIR... - NƏ BAŞ VERİR?
Bu gün, 12:21
Elxan Elatlıya ağır itki üz verib
Bu gün, 12:19
Neft qiymətləri büdcə qiymətindən aşağıda: Azərbaycanda devalvasiya təhlükəsi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17
Ramiz Mehdiyevin evində AXTARIŞ APARILIB? - AÇIQLAMA
Bu gün, 12:00
“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi: QIYMƏTLƏR BAHALAŞDI - TƏFƏRRÜAT
Bu gün, 11:54
Sinif yoldaşının ölümündə təqsirləndirilən məktəbliyə hökm oxunub
Bu gün, 11:50
Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir
Bu gün, 11:34
BU NƏDİ BELƏ: İmşili sakinini özünün xəbəri olmadan arvadından boşayıblar... - DƏLİXANADIR VALLAH...
Bu gün, 11:30
Azərbaycanda 9 milyon manatlıq şirkət ləğv edilir
Bu gün, 11:24
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
Bu gün, 11:20
Ermənistan parlamenti müxalifətin milli böhranla bağlı bəyanatını rədd edib
Bu gün, 11:14
Yavər Camalovun gəlini vəfat etdi
Bu gün, 11:00
İcra başçısından şikayət: 3 ildir vətəndaşların pulunu vermir - AXI NİYƏ?
Bu gün, 10:57
"Appro Hospital“da əməliyyat faciəsi - Pasiyent reanimasiya şöbəsində unuduldu
Bu gün, 10:49
Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib
Bu gün, 10:44
NDU tələbələrə 5 gün VAXT VERDİ: Pulu ödəməsələr... - QOVULACAQLAR!
Bu gün, 10:40
"İntiqam Məmmədova yalvardı ki, polisə demə..." - Tanınmış aktyor dələduzluqla ÜZ-ÜZƏ...
Bu gün, 10:35
“Nail Kəmərli özünü atamın adı ilə reklam edir, yalvardım ki, bacımı reabilitasiyaya yerləşdir, dedi ki...” - QALMAQAL
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru