"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir .....                     Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... .....                     Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? .....                     Azərbaycana ən çox dollar gətirən 10 şirkət .....                     Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... .....                     İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır .....                     "Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." .....                     İcra hakimiyyəti başsızları .....                     AMADA-da 2 milyon manat hara xərclənib? .....                     Deputatın bacısı belə narazılıq yaradır .....                     Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin .....                     Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? .....                     Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin .....                     Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır .....                     Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... .....                     Aldığın məhsulu vaxtında çatdırmırlar... .....                     Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... .....                     Sayğaclara 'barmaq elə'... ƏMRİ! .....                     BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... .....                     Bu iddia bir neçə məqsədə xidmət edir... .....                     Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... .....                     "Gəl indi rejissor ol, film çək!" .....                     "Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." .....                     "Bu duelin nə qaydası, nə də sekundantı var..." .....                     TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? .....                     Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                     Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi .....                     Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb .....                     Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb .....                     Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib .....                     Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb .....                     "Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb .....                     Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... .....                     YAP-ın tədbirini də boykot edibmiş .....                     Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb .....                     Əməkdar artistin istəyi gerçəkləşdi .....                     “Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” .....                     Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? .....                 

“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Tarix: 9-02-2025, 08:50 | Çap et
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq”
Globalinfo.az-ın əməkdaşı Türkiyənin tanınmış politoloq-siyasətçisi Prof.Dr. Selin Şenocakdan müsahibə alıb. Sözügedən müsahibəni təqdim edirik:

– Selin xanım, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna hansı cəza verilə bilər? Siyasi qadağa olarsa, bu, Prezident Rəcəb Tayyib Ərdoğana nə qazandıracaq?

– Əkrəm İmamoğluna qarşı qaldırılan iddia tələbi demokratik ifadə azadlığı baxımdan yanlış addımdır. Bu iş artıq ictimai deyil, şəxsi məsələyə çevrilib. Əkrəm İmamoğluna siyasi qadağa hökumətə heç bir qazanc gətirməyəcək, əksinə, həmin şəxsin gərəksiz yerə qəhrəman kimi ideallaşdırılmasına səbəb olacaq. Türk xalqı həmişə haqsızlığa qarşı çıxıb. Bu vəziyyət prezidentə heç nə qazandırmaz.

Hər ikisi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Rəcəb Tayyib Ərdoğanın bu gün prezident kürsüsünə gəlməsini təmin edən İstanbula gətirdiyi uğurlu yenilikçi xidmətləri və İstanbulun həm nəqliyyatında, həm də infrastrukturunda etdiyi dəyişikliklərdir. Təəssüf ki, bu, plansız urbanizasiyaya da gətirib çıxardı. Əkrəm İmamoğlu isə İstanbul üçün göstərdiyi xidmətlərdən daha çox ümumi siyasi prosesin nəticəsində ikinci müddətə seçildi.

– Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş və Əkrəm İmamoğlunun fəaliyyətlərini necə qiymətləndirirsiniz? Vəzifəyə gəlməzdən öncə verdikləri vədləri yerinə yetirdilərmi? 2028-ci il prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) əsas namizədi kim olacaq?

– Əvvəla, Mənsur Yavaş və Əkrəm İmamoğlu həm xarakter, həm də düşüncə tərzi baxımından bir-birindən fərqlənirlər. Mənsur Yavaş dövlət xadimidir, Əkrəm İmamoğlu isə siyasətçidir. Bu fərqi düzgün dərk etdikdə hər iki sədrin mövqeyini daha yaxşı anlaya bilərik.

imamoglu yavas
Əkrəm İmamoğlu və Mənsur Yavaş

Mənsur Yavaşın Ankarada həyata keçirdiyi xidmətləri araşdırdıqda onun yoxsulluqla mübarizəni prioritet olaraq müəyyənləşdirdiyini görürük. Gənclərə, təqaüdçülərə, fermerlərə, biznesmenlərə və qadınlara verdiyi dəstək və məşğulluq layihələri ilə xalqa yaxın, səmimi və xidmət yönümlü bir yanaşma sərgiləyib. Eyni zamanda şəffaf bələdiyyə qulluğu prinsipi ilə fəaliyyət göstərərək bərabərliyə əsaslanan idarəetmə yanaşması nümayiş etdirmiş və son seçkilərdə 60%-dən çox səs toplamışdır. Mənsur Yavaş təvazökar həyat tərzi, sadə və sülhsevər yanaşması ilə siyasi qarşıdurmalardan və intriqalardan uzaq duraraq təkcə Ankarada deyil, bütün Türkiyədə xalqın sevgisini qazanıb. İctimai rəy sorğuları da bunu açıq şəkildə göstərir.

Əkrəm İmamoğlu isə hər cəhətdən siyasətçi xüsusiyyətlərinə malikdir. İstanbulda xidmət yönümlü idarəetmə yanaşmasından daha çox siyasi polemikalara girməklə gündəmə gəlir. Bu vəziyyət İstanbul əhalisi arasında narazılıq yaradıb və rəy sorğuları Əkrəm İmamoğlunu dəstəkləyənlərin sayının azaldığını göstərir. Bunun digər səbəbi isə onun xalqdan uzaq, “monden və hedonist” (zəngin həyat tərzini sevən və zövqünə düşkün – red.) siyasət yürütməsidir.

Türk xalqı regional münaqişələr, iqtisadi böhran, işsizlik, yoxsulluq və korrupsiya kimi ciddi problemlərlə mübarizə apararkən, lazımsız daxili münaqişələrdən uzaq, konkret və praqmatik həll yollarına yönəlmiş idarəetmə yanaşması tələb edir. Siyasi polemikalar və daxili qarşıdurmalar Türkiyəni geri çəkməkdən başqa bir məqsədə xidmət etmir.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın da dəfələrlə qeyd etdiyi kimi, bu gün 2028-ci il seçkiləri üçün namizədin müəyyənləşdirilməsini müzakirə etmək çox tezdir. Bu cür mövzular ancaq lazımsız yerə gündəmi zəbt edib ölkənin real həyati əhəmiyyətli problemlərini kölgədə qoyur. Bu, həm də əvvəlki prezident seçkilərində olduğu kimi müxalifət daxilində qarşıdurmalara və parçalanmalara səbəb ola bilər. Atalar sözü var: “Tez banlayan xoruzun başını kəsərlər”. Əsas odur ki, bu addım erkən deyil, vaxtında, yerində atılsın və zaman keçdikcə çətinlik daha da artır.

– Türk lirəsi hər gün dəyərini itirməkdə davam edir. Bəzi şəxslərin fikrincə, Türkiyəni dünya siyasətində rəqib görən güclər onun pul vahidinin dəyərini düşürməklə zəiflətməyə çalışır. Bəs insanların sosial rifahı baxımından 2028-ci ildə hakimiyyətə kimin gəlməsinin əhəmiyyəti varmı?

– Türkiyə yerləşdiyi coğrafiyaya görə tarix boyu dünya sivilizasiyalarının mərkəzi olub və təbii sərvətlərinə görə böyük strateji əhəmiyyətə malikdir. Dünya xəritəsinə baxanda Türkiyə demək olar ki, dünyanın mərkəzindədir. Bu məntiqlə hərəkət edən Türkiyə tam müstəqil, özünü təmin edən ölkəyə çevrilməlidir. Bu isə yalnız istehsalatla mümkündür: kənd təsərrüfatı istehsalı, sənaye istehsalı və texnoloji istehsal.

Türkiyə idxaldan asılılığını azaldıb texnologiya və sənaye istehsalı ixrac edən ölkəyə çevrildikdə iqtisadi cəhətdən güclü dövlət olacaq. Bu, təkcə iqtisadi böhranlardan çıxış yolu deyil, həm də işsizlik və yoxsulluqla mübarizədə uğur gətirəcək. Lakin bunun baş verməsi üçün ilk növbədə korrupsiya və nepotizmlə (qohumbazlıq – red.) effektiv mübarizə aparılmalıdır.

Türkiyənin bu gün yaşadığı ən böyük böhranlar korrupsiya, səriştəsizlik və beyin axınıdır. Dövlət qurumlarında səriştəsiz şəxslərin işə götürülməsi ölkə resurslarının müəyyən dairələrin əlində cəmlənməsinə səbəb olur. Təəssüf ki, bu vəziyyət təkcə hakim partiyaya aid deyil. Müxalifət partiyaları arasında da bu hal mövcuddur. Bu düşüncə tərzi dəyişmədikcə, partiyaların yerdəyişməsi sadəcə mənasızdır.

Ona görə də Türkiyənin ehtiyac duyduğu idarəetmə yanaşması xalqa yaxın, cəmiyyətlə bütünləşmiş, bərabərhüquqlu, korrupsiya və yoxsulluqla mübarizəni əsas məqsədə çevirən, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində istehsalı təşviq etməlidir. Bundan əlavə, səriştəliliyə önəm verərək təkcə müəyyən dairələrə deyil, Türkiyənin təcrübəli insan resurslarına sərmayə qoymaqla beyin axınının qarşısı alınmalıdır. Türkiyənin beynəlxalq arenada söz sahibi olmasına və effektiv diplomatiya ilə qlobal səviyyədə təsirini artırmasına imkan verən idarəetmə yanaşması qəbul edilməlidir.

Türkiyə strateji mövqeyinə görə “dəvəquşu siyasəti” yürütməyəcək qədər əhəmiyyətli bir ölkədir. Ona görə də beynəlxalq aləmdə diplomatik təşəbbüslərini davam etdirməli, səmərəliliyini artırmalıdır. Suriya və Yaxın Şərq coğrafiyasının yenidən formalaşdırıldığı bu dövrdə Türkiyə Cümhuriyyətinin milli sərhədlərini və ərazi bütövlüyünü təmin edən və bu baxımdan müdafiə sənayesinin effektivliyini artıran siyasəti gücləndirməsi lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Bu gün, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Bu gün, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Bu gün, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Bu gün, 08:49
Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Bu gün, 08:46
İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır - ARAŞDIRMA
Bu gün, 08:42
"Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." - İrəvan "iki daş" arasında
Bu gün, 08:41
İcra hakimiyyəti başsızları - replika
Bu gün, 08:37
AMADA-da 2 milyon manat hara xərclənib? - işin içində deputat da var...
Bu gün, 08:34
Deputatın bacısı belə narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 08:28
Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin - TƏKLİF VAR...
Bu gün, 08:21
Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? - AKTUAL
Bu gün, 08:18
Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin - RƏSMİ AÇIQLAMA
Bu gün, 08:16
Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 08:12
Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... - "SIFIR keyfiyyət, SIFIR xidmət..."
Bu gün, 07:56
Aldığın məhsulu vaxtında çatdırmırlar... - GİLEY
Bu gün, 07:44
Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 07:36
Sayğaclara 'barmaq elə'... ƏMRİ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:29
BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... - NARAZILIQ VAR...
Bu gün, 07:19
Bu iddia bir neçə məqsədə xidmət edir... - İNCƏLƏMƏ
Bu gün, 07:08
Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... - SÖZARDI...
Bu gün, 07:03
"Gəl indi rejissor ol, film çək!" - Rza Drakon
Bu gün, 06:59
"Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." - "Azəriqaz" işçisi HARAY ÇƏKDİ
Bu gün, 06:51
"Bu duelin nə qaydası, nə də sekundantı var..." - İlqar Məmmədov
Bu gün, 06:41
TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Dünən, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
Dünən, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
Dünən, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
Dünən, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
Dünən, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
Dünən, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
Dünən, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
Dünən, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
Dünən, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
Dünən, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
Dünən, 15:50
“Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” - Günel YIXIB-SÜRÜDÜ
Dünən, 15:48
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? - GƏLİŞMƏ
Dünən, 15:45
"Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" - Xalq artisti
Dünən, 15:40
Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər - AÇIQLAMA
Dünən, 15:30
Paşinyan Rusiyanın köhnə şəbəkəsini dağıdır - İNCƏLƏMƏ
Dünən, 15:28
“Adore”da müştəriyə 281 manata saxta ətir satdılar - AXI NİYƏ?..
Dünən, 15:25
“Türkiyə Ermənistanla bağlı Azərbaycansız addım atmaz” - ONA GÖRƏ DƏ...
Dünən, 15:21
“ABŞ Putinə hücum əməliyyatında iştirak edib” – Amerikalı politoloqdan SENSASİYA
Dünən, 15:17
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı
Dünən, 15:15
Laçında kanat yolunun avadanlıqlarının quraşdırılmasına 15,4 milyon xərclənəcək
Dünən, 15:12
Dövlət qurumunun əməkdaşlarını bu dəfə "A-Qrup Sığorta Şirkəti" sığortalayacaq - MƏBLƏĞ
Dünən, 15:11
Şakro Molodoy azərbaycanlı biznesmenin yaxın dostunun DƏFNİNDƏ
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru