Bu barədə İqtisadiyyat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat əldə edib.
Məlumata görə, AYNA bununla bağlı “Archico” şirkəti ilə alqı-satqı müqaviləsi bağlayıb.
Müqavilənin maliyyə dəyəri 15 437 438 manat olaraq müəyyənləşib.
Xatırladaq ki, AYNA Laçındakı kanat yolu ilə bağlı daha əvvəl bu ilin iyun ayında “Archico” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb. Həmin müqavilələrin birində kanat yolunun layihələndirilməsi xidmətinin göstərilməsi, digərində isə kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılması xidməti nəzərdə tutulub. Müqavilələrə əsasən, kanat yolunun layihələndirilməsinin dəyəri 427 160 manat, avadanlıqların alınması və çatdırılmasının dəyəri isə 20 135 402 manat müəyyənləşib.
Qeyd edək ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək.
Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Hər kabin 10 nəfərlikdir. 8 kabin standart olaraq nəzərdə tutulub. Eyni zamanda 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər olacaq. Kanat yolunda 8 dayanacaq mövcuddur, 3-ü terçonallar qarşısında 5-i isə atalıq dayanacaqlardır.










