"Tamam başqa cür qız idi... .....                     Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər .....                     Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb .....                     ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək .....                     İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... .....                     Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı .....                     Qarabağa Bakıdan MÜHÜM TRANSFER .....                     Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək .....                     Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? .....                     Psixoloq Hacı Şahinə sataşdı .....                     FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi .....                     Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır .....                     Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb .....                     Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? .....                     Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib .....                     “AFB Bank”da yeni təyinat .....                     Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək .....                     İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı .....                     “Başına benzin tökdü, gördüm ki, yanır” .....                     27 senator Bakıya qarşı .....                     Qərbi Azərbaycana qayıdış konsepsiyası .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır .....                     “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var .....                     “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” .....                     Paşinyan Amerikanın agenti olub .....                     Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər .....                     Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... .....                     Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib .....                     “Üzünə tüpürməliydi?” .....                     Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ .....                     “Aztelekom”un 2 xidməti ləğv edilir .....                     “Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” .....                     Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu .....                     Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı .....                     Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü .....                     “Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu .....                     Bankların kredit və faiz MƏNGƏNƏSİ .....                     Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi .....                     Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq .....                     “Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” .....                 

Açıq mesajın şifrəsi - Hələlik 1:0
Tarix: 10-01-2025, 15:44 | Çap et
Açıq mesajın şifrəsi
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı geniş fikir bildirib. Ölkə rəhbəri qeyd edib ki, sülh sazişi o zaman imzalanacaq ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan məntiqli şərtləri Ermənistan tərəfindən birmənalı qəbul olunacaq.

Dövlət başçısı Ermənistanın silahlanmasının qəbuledilməz olduğunu bildirib və diqqətə çatdırıb ki, bu, İrəvanın özü üçün yaxşı nəticələr verməyəcək. Əliyev bir növ mesajlarında qarşı tərəfi reallığı dərk etməyə, sülh istiqamətində səmimi addımlar atmağa, iradə nümayiş etdirməyə çağırıb.

Ermənistan cəmiyyətinin və rəhbərliyinin bu mesajlardan hansı nəticəni çıxaracağı sual doğurur. Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-nın mövzu ətrafında suallarını cavablandırıb. Bildirib ki, faktiki olaraq sülh sazişində prinsipial məsələlərin razılaşdırılmaması prosesi tormozlayır:

- Prezidentin dediklərindən belə başa düşdüm ki, danışıqlar masasında olan sənəd o qədər də aktual deyil. Biz görürük ki, sülh sazişi ilə bağlı çərçivə sənədinin vəzifəsi yerinə yetirilib. Müzakirələr üçün, artıq hansısa diskussiya üçün, ümumi proses üçün çərçivə var. Amma bəzi məqamlarda, əsasən də prinsipial məqamlarda tərəflərin mövqeyi yaxınlaşmağa meyilli deyil. Azərbaycanın mövqeyi artıq belədir ki, Ermənistan sülh sənədinin imzalanmasını istəmirsə, bu, bizə də lazım deyil.

Paşinyan bildirir ki, elə sənəd imzalanmalıdır ki, dayanıqlı olsun. Azərbaycan da deyir, bəli, biz də strateji bir sənəddə maraqlıyıq. Azərbaycan tərəfinin gündəmə gətirdiyi mövzular prinsipial xarakter daşıyır. Birincisi, ermənilər Ermənistanı dövlət olaraq nə şəkildə təsəvvür edirlər? Əslində, Paşinyan bu sualı ermənilərə verir ki, “biz hansı Ermənistanda yaşamaq istəyirik: mifik Ermənistanda, yoxsa real Ermənistanda?”. Rəsmi İrəvanın yanaşmasından hiss olunur ki, SSRİ-nin tərkibində olan zaman ərazisi nə qədər idisə, həmin Ermənistanda yaşamaq istəyirlər. Amma erməni cəmiyyətində bu mövzuda konsensus yoxdur. Ona görə də Ermənistanla sülh danışıqları aparmaq çətindir. Onlar hələ müəyyənləşdirməyiblər ki, mifik, yoxsa real Ermənistanda yaşayırlar. Bu da sülhün əldə olunmasına əngəl törədən amillərdəndir. Bir sözlə, prinsipial mövzuda İrəvanın yanaşması Bakını qane etmir.

- Söhbət Ermənistanda Konstitusiya dəyişikliyindən gedir?

- Əlbəttə, prinsipial məsələlərdən biri də məhz budur. İndi Ermənistan tərəfi bəyan edir ki, Konstitusiya islahatları 2027-ci ilə saxlanılıb. Bu, vaxt uzatmaq anlamı verir. Hər halda fakt göstərir ki, Ermənistan real danışıqlara və sülhə hazır deyil. Eyni zamanda, əsas məsələ ondan ibarətdir ki, sərhədlər hansı şəkildə müəyyənləşəcək. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Əgər Ermənistan SSRİ dövrünün xəritələrini əsas götürmək istəyirsə, biz bunu qəbul edirik. Alma-Ata Bəyannaməsini həm Ermənistan, həm də Azərbaycan dəstəkləyir. Ona görə də SSRİ dövründəki adminstrastiv sərhədlər qaneedicidir.

Amma burada məsələ bir qədər fərqlidir. Ermənistan onlara sərf etdiyinə görə 1975-ci ilin xəritələrinə əsasən sərhədlərin müəyyənləşməsində maraqlıdır. Azərbaycan isə, hesab edirəm ki, müxtəlif illərin xəritələrini təklif edə bilər. Cənab Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, 1920-ci ildə Ermənistana verilən ərazilər, Zəngəzur bizim yadımızdadır. Eyni zamanda, müxtəlif illərdə dəyişən sərhədlər haqqında məlumatlıyıq, onları yaddan çıxarmırıq. Mənə elə gəlir ki, bizim mövqeyimiz Qərbi Azərbaycanın və onun əhalisinin məsələsinin hansı şəkildə həll olunmasından asılı olacaq. Ermənistan dövlət olaraq, beynəlxalq qanunlara uyğun şəkildə Qərbi Azərbaycandan deportasiya olunmuş insanlara hansı təminatları verəcək? Bu sual aktualdır. Biz dövlət olaraq Ermənistana öz mövqeyimizi açıq şəkildə bəyan etmişik. Ermənistan isə bu məsələdə mövqeyini dəqiqləşdirməyib.

- Prezident həmçinin qeyd etdi ki, Ermənistanın silahlandırılması sülh prosesinə zərbə vurur. Ermənistan bu mesajdan nəticə çıxaracaqmı?

- Bu məsələdə Azərbaycanın mövqeyi məntiqlidir. Ermənistan hücum silahlarını niyə alır? Təbii ki, Azərbaycana qarşı istifadə etmək üçün. Demək, Azərbaycanın sülhlə bağlı beynəlxalq qanunlara uyğun tələbləri İrəvanı qane etmir ki, yenidən işğalçılıq siyasətini davam etdirmək üçün silahlanır, güclənir. Bu isə qəbuledilməzdir. Biz gələcək perspektivdən, regionun sabitliyindən, çiçəklənməsindən danışırıqsa, o zaman Ermənistanın hücum silahları nəyinə lazımdır? Ermənistan rəsmiləri arqument irəli sürürlər ki, Azərbaycan da silahlanır. Biz ona görə silahlanırıq ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini bilirik. Azərbaycan əraziləri 30 il ərzində işğalda olub. Bu işğalla bağlı beynəlxalq ictimaiyyət Ermənistana heç bir təzyiq etmədi. Azərbaycan Ordusunun, əsgərinin fədakarlığı, xalqımızın dövlət quruculuğuna töhfəsi, Ali Baş Komandanın iradəsi nəticəsində işğala son qoyuldu. Amma zəmanət yoxdur ki, sabah Ermənistan yenidən işğalçı müharibəyə başlamayacaq. Axı Ermənistandan real sülh üçün addımlar görmürük, ana qanunlarında ərazi iddiaları davam edir. Həmçinin hücum silahları ilə silahlanırlarsa, o zaman bizim silah almağımız, orduya xərcləri artırmağımız məntiqli deyilmi?

Ermənistan işğalçılıq siyasətindən, “miatsum”dan imtina etmir. Ermənistanın Baş naziri bu gün bir söz deyir, sabah ayrı söz deyir, müavini tamam fərqli bəyanat verir və s. Eyni zamanda, Ermənistandakı siyasi qüvvələr hərəsi bir söz deyir, revanşdan danışır. Biz necə etimad edə bilərik? Ona görə də Prezident silahlanmanın dayandırılması ilə bağlı İrəvana haqlı olaraq mesaj verdi. Bundan nəticə çıxaracaqlarmı, bilmirəm. Amma biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan tərəfindən, ya da başqa bir ölkə tərəfindən Azərbaycana təhlükə yaransın. Bu, Bakının açıq və məntiqli mövqeyidir. Hər halda, Ermənistan rəhbərliyi də, cəmiyyəti də bu mesajlardan nəticə çıxarmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24
Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20
ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29
İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26
Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24
Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22
Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48
Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44
Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40
FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31
Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30
Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Dünən, 18:14
Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Dünən, 18:13
“AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:49
Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Dünən, 17:45
İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Dünən, 17:39
“Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Dünən, 17:36
27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Dünən, 17:33
Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Dünən, 17:31
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Dünən, 17:15
“SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Dünən, 17:06
“Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Dünən, 17:03
Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Dünən, 16:59
Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Dünən, 16:51
Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Dünən, 16:45
Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Dünən, 16:32
“Üzünə tüpürməliydi?” - Xalq artisti Samirənin müdafiəsinə qalxdı
Dünən, 16:31
Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ - “Lake Hotel”ində başqa “Xan Hamam”, “Çırağan Palace” da işlədirlər
Dünən, 16:26
“Aztelekom”un 2 xidməti ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 16:14
“Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - NHMT sədri elə faktları açıqladı...
Dünən, 16:09
Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:02
Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı - FOTO
Dünən, 15:58
Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü - HÖKM
Dünən, 15:55
“Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu - AİLƏSİ PREZİDENTDƏN HUMANİZM GÖZLƏYİR
Dünən, 15:52
Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Dünən, 15:22
Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Dünən, 15:18
Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Dünən, 15:16
“Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Dünən, 15:14
Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Dünən, 15:12
“Prime Cotton”da mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:10
“Övladdan imtina anlayışı yoxdur” – Atası Nurcandan necə imtina edib?
Dünən, 15:07
Yanan binanın sakinləri kompensasiya tələb edirlər: Ayda 100 min manat... - MÜRACİƏT
Dünən, 14:58
Prezident "Sevan adlı göl yoxdur" deyir... "Rabitəbank"ın rəsmi saytı isə... - BU NƏDİ BELƏ?
Dünən, 14:53
SOCAR: DOST xətti ilə gələnlər... indi İŞSİZ QALIB! - Yalnız tanışı olanlar...
Dünən, 14:42
Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər - belə deyirlər...
Dünən, 14:26
Şanlı zəfərin təcəssümü: 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi... - MƏQALƏ
Dünən, 14:19
Parkda SSRİ bayrağı qaldırdılar: ÇAĞIRIŞ EDİLDİ - ŞOK GÖRÜNTÜLƏR (VİDEO)
Dünən, 14:10
Qəbələdə sel TƏHLÜKƏSİ – Kəndlər SU ALTINDA qala bilər
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru