Misir Mərdanov baş redaktor işləyəcək .....                     Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… .....                     Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... .....                     Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi .....                     47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş .....                     Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR .....                     Rusiyanın "rusdilli insanları qorumaq" planı... .....                     Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti .....                     Almaniya müharibəyə hazırlaşır? .....                     "Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir .....                     Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... .....                     Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? .....                     Azərbaycana ən çox dollar gətirən 10 şirkət .....                     Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... .....                     İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır .....                     "Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." .....                     İcra hakimiyyəti başsızları .....                     AMADA-da 2 milyon manat hara xərclənib? .....                     Deputatın bacısı belə narazılıq yaradır .....                     Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin .....                     Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? .....                     Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin .....                     Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır .....                     Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... .....                     Aldığın məhsulu vaxtında çatdırmırlar... .....                     Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... .....                     Sayğaclara 'barmaq elə'... ƏMRİ! .....                     BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... .....                     Bu iddia bir neçə məqsədə xidmət edir... .....                     Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... .....                     "Gəl indi rejissor ol, film çək!" .....                     "Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." .....                     "Bu duelin nə qaydası, nə də sekundantı var..." .....                     TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? .....                     Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                     Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi .....                     Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb .....                     Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb .....                 

Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər - deputat
Tarix: 6-10-2024, 13:45 | Çap et
Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər
Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının bir qrup senator və konqresmeni oktyabrın 3-də dövlət katibi Antoni Blinkenə məktub yazaraq ölkəmizə qarşı sanksiya tətbiq olunmasını tələb ediblər. Azərbaycana nifrət və düşmənçilik hissi ilə dolu olan məktubun təhlili göstərir ki, belə bir iyrənc və şantaj xarakterli müraciətin vaxtı və məzmunu təsadüfən seçilməyib.

Bəribaşdan deyim ki, “ABŞ konqresmen və senatorları erməni lobbisinin əlində alətə çevrilibdir” kimi ənənəvi düşncə bu dəfə keçərli deyil. Məktubun təşəbbüskarı da ermənilər deyil.

Bu təşəbbüsün müəllifinin kimliyi haqqında Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda verdiyi açıqlama bütün suallara aydınlıq gətirdi: “Amerika Konqresinin 60 üzvü Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində yazılıb”.

Dövlət başçısının qətiyyətlə dediyi bu fikirləri həm məktubun imzalanma tarixi, həm də orada əks olunan uydurma narrativlərin dili və üslubu da təsdiq edir. Açıq şəkildə görsənir ki, ABŞ dövlət departamenti bu məktub vasitəsilə istifadə edilməyə həvəsli olan bir qrup senator və konqresmeni Azərbaycana qarşı təzyiq alətinə çevirə bilibdir.

Fikrimcə, burada bir sıra səbəblər var. Ən birinci səbəb, ABŞ-ın Azərbaycan hakimiyyətini milli maraqlarımıza zidd olaraq Ermənistanla yarımçıq sülh müqaviləsinin bağlamasına məcbur etmək istəyi ilə bağlıdır. Məlumdur ki, dövlət departamenti və şəxsən dövlət katibi Blinken çox çalışırdı ki, Ermənistanın konstitusiyasında dəyişiklik edilmədən, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmadan Azərbaycan və Ermənistan XİN başçılarının sentyabrın 26-da Nyu-Yorkda keçirilən görüşündə hər hansı bir sənəd imzalansın. ABŞ tərəfindən Paşinyan komandasına “biz razılaşdırılmış 13 maddə üzrə istənilən vaxt, hətta, Bakıda sülh müqaviləsini imzalamağa hazırıq” cümləsini tutuquşu kimi təkrarlamaq haqqında təlimatın verilməsi də məhz bu məqsədi daşıyırdı. Belə olan təqdirdə Azərbaycanı sülh müqaviləsini pozan, Ermənistanı isə əksinə, sülhün carçısı kimi dünyaya təqdim etmək daha asan olur. Konstitusiyanı dəyişmədən Ermənistanla sülh müqaviləsinin imzalanması gələcək ərazi iddiası və yeni qanlı münaqişə üçün əsasların saxlanılması deməkdir. Bu da ABŞ-a öz geosiyasi maraqlarını təmin etmək və Cənuba Qafqazı daim təsir altında saxlamaq üçün lazımdır.

Azərbaycan təbii ki, belə bir təzyiqə boyun əymədi, yalançı və heç bir qalıcılığı olmayan sülh müqaviləsini imzalamqdan imtina etdi. Azərbaycan Prezidentinin qətiyyəti və sarsılmaz iradəsi ölkəmizə qarşı planlaşdırılan təhlükəli oynun qarşısını almış oldu.

Bu isə ABŞ-ın dövlət katibinin yerli və beynəlxalq ictimaiyyət qarşısında, o cümlədən karyerası dövründə üzləşdiyi ən ciddi diplomatik uğursuzluğu və bəlkə də fiaskosu idi. Bu səbəbdən biz oktyabrın 3-də bir qrup konqresmen və senatorun dili ilə ABŞ dövlət katibinin uğradığı fiaskonun revanşı kimi Azərbycana qarşı hazırladığı şantaj və böhtan dolu məktubunun şahidi olduq.

Lakin bu dəfə ABŞ dövlət departamenti əsl simasını gizlədə bilmədi. Beynəlxalq hüququn və beynəlxalq humanitar qanunların fundamental prinsiplərini heçə sayan, utanmadan işğalçılara, terrorçulara, separatçılara və müharibə canilərinə haqq qazandıran, Azərbaycanın milli maraqlarını və təhlükəsziliyini hədəfə alan bədnam müraciətin təşəbbüskarının və müəllifinin kim olduğu üzə çıxdı və beləliklə, Blinkenin riyakarlığı ifşa olundu.

Sonda isə yenə də cənab Prezidentin Cəbrayılın işğaldan azad olunduğu gün, 4 oktyabrda dediyi bir fikri xatırlatmaq istərdim:

“Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər”.

Həqiqətən, Vətən müharibəsində əldə etdiyimiz hər qələbə, Qarabağda suverenliyimizi təmin etdiyimiz tarixi gün təkcə Ermənıstan üçün deyil, Azərbaycanı sevməyən bütün ölkələr və dairələr üçün əsl matəm və hüzn günüdür.

Görünür, onları qarşıda hələ çox hüzn və matəm günləri gözləyir...

Azay Quliyev, millət vəkili,
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Bu gün, 12:40
Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Bu gün, 12:36
Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Bu gün, 12:31
Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:25
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Bu gün, 11:23
Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 11:20
Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Bu gün, 10:08
Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:06
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Bu gün, 09:59
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Bu gün, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Bu gün, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Bu gün, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Bu gün, 08:49
Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Bu gün, 08:46
İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır - ARAŞDIRMA
Bu gün, 08:42
"Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." - İrəvan "iki daş" arasında
Bu gün, 08:41
İcra hakimiyyəti başsızları - replika
Bu gün, 08:37
AMADA-da 2 milyon manat hara xərclənib? - işin içində deputat da var...
Bu gün, 08:34
Deputatın bacısı belə narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 08:28
Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin - TƏKLİF VAR...
Bu gün, 08:21
Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? - AKTUAL
Bu gün, 08:18
Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin - RƏSMİ AÇIQLAMA
Bu gün, 08:16
Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 08:12
Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... - "SIFIR keyfiyyət, SIFIR xidmət..."
Bu gün, 07:56
Aldığın məhsulu vaxtında çatdırmırlar... - GİLEY
Bu gün, 07:44
Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 07:36
Sayğaclara 'barmaq elə'... ƏMRİ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:29
BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... - NARAZILIQ VAR...
Bu gün, 07:19
Bu iddia bir neçə məqsədə xidmət edir... - İNCƏLƏMƏ
Bu gün, 07:08
Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... - SÖZARDI...
Bu gün, 07:03
"Gəl indi rejissor ol, film çək!" - Rza Drakon
Bu gün, 06:59
"Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." - "Azəriqaz" işçisi HARAY ÇƏKDİ
Bu gün, 06:51
"Bu duelin nə qaydası, nə də sekundantı var..." - İlqar Məmmədov
Bu gün, 06:41
TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Dünən, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
Dünən, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
Dünən, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
Dünən, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
Dünən, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
Dünən, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
Dünən, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
Dünən, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
Dünən, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
Dünən, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
Dünən, 15:50
“Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” - Günel YIXIB-SÜRÜDÜ
Dünən, 15:48
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? - GƏLİŞMƏ
Dünən, 15:45
"Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" - Xalq artisti
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru