Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi .....                     İran səfiri Ermənistan xalqını belə təbrik etdi .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Misir Mərdanov baş redaktor işləyəcək .....                     Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… .....                     Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... .....                     Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi .....                     47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş .....                     Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR .....                     Rusiyanın "rusdilli insanları qorumaq" planı... .....                     Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti .....                     Almaniya müharibəyə hazırlaşır? .....                     "Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir .....                     Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... .....                     Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? .....                     Azərbaycana ən çox dollar gətirən 10 şirkət .....                     Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... .....                     İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır .....                     "Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." .....                     İcra hakimiyyəti başsızları .....                     AMADA-da 2 milyon manat hara xərclənib? .....                     Deputatın bacısı belə narazılıq yaradır .....                     Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin .....                     Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? .....                     Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin .....                     Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır .....                     Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... .....                     Aldığın məhsulu vaxtında çatdırmırlar... .....                     Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... .....                     Sayğaclara 'barmaq elə'... ƏMRİ! .....                     BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... .....                     Bu iddia bir neçə məqsədə xidmət edir... .....                     Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... .....                     "Gəl indi rejissor ol, film çək!" .....                     "Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." .....                     "Bu duelin nə qaydası, nə də sekundantı var..." .....                     TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? .....                     Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                 

Paşinyanın sensasion “nə hərb, nə sülh” planı: - İrəvanda Ermənistanın tezliklə yox olacağını düşünürlər
Tarix: 9-09-2024, 17:02 | Çap et
Paşinyanın sensasion “nə hərb, nə sülh” planı:
Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalı o qədər də cəlbedici səviyyədə deyil. Hər halda, Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda yekun sülh sazişinin imzalana biləcəyi qətiyyən inandırıcı deyil. Üstəlik, belə qəliz situasiyanın həm Cənubi Qafqazda gedən proseslərdən, həm də bu regiondan kənar beynəlxalq güclərin geopolitik maraqlarından qaynaqlanan kifayət qədər ciddi səbəbləri mövcuddur. Və bu baxımdan, indiki situasiyanı regional sülh prosesi üçün “geopolitik labirint” də hesab etmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, hazırda regional sülh prosesini bloklayan Qərb siyasi dairələri həm də onu dəstəklədiklərini israrla bəyan edirlər. Belə ki, Cənubi Qafqazda hərbi-siyasi sabitlik hazırda ABŞ və Qərbin geopolitik maraqlarına daxil deyil. Çünki Qərb siyasi dairələri bu regionda hərbi münaqişənin yenidən bərpa edilməsi imkanlarına Cənubi Qafqazda Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması faktoru kimi yanaşırlar. Və bu səbəbdən də, Rusiyanı regiondan tamamilə sıxışdırıb, çıxartmaq niyyətində olan Qərb siyasi dairələri Ermənistana hələlik sülh masasından uzaqlaşmaq təlimatı veriblər.

Təbii ki, Rusiya ilə ənənəvi münasibətlər sistemi ciddi şəkildə pozulmuş Ermənistan ABŞ və Qərbdən gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməyə üstünlük verirlər. Üstəlik, rəsmi İrəvan Ermənistanı artıq çoxdan Qərbin geopolitik müstəmləkəsinə çevirdiyindən buna həm də məcburdur. Yəni, hazırda Paşinyan hakimiyyətinin Ermənistan adından qəbul etdiyi bütün siyasi qərarlar İrəvanda deyil, Qərbdə qəbul edilir. Və rəsmi İrəvan sadəcə, həmin qərarları öz adından ictimailəşdirərək, icra etməklə məşğuldur.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin son açıqlamalarında da rəsmi İrəvanın yaxın vaxtlarda sülh sazişinin imzalamaq icazəsi almadığını və ümumiyyətlə, belə bir niyyətinin olmadığını göstərir. Belə ki, rəsmi Bakının əsas şərtlərindən biri Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə birbaşa bağlıdır. Paşinyan hakimiyyəti isə bu məsələ ilə bağlı referendukun keçirilməsi məsələsinin 2027-ci ildən tez müzakirəyə çıxarılmayacağını bəyan edib. Və bu, o deməkdir ki, ən azından həmin tarixə qədər yekun sülh sazişinin imzalanması mümkün olmayacaq.

Eyni zamanda, rəsmi İrəvan sülh prosesini əngəlləyən tərəf kimi də görünmək istəmir. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana “yarımçıq sülh” sazişi təklif edir. Belə ki, erməni baş nazir sülh sazişinin 17 müddəasından 13-nün artıq razılaşdırıldığını qabardır. Azərbaycana məhz həmin razılaşdırılmış 13 müddəa əsasında sülh sazişi imzalanmasını təklif edir, geri qalan 4 bəndin isə sonra müzakirə olunmasını mümkün sayır. Rəsmi İrəvan tam dəqiqliyi ilə bilir ki, Azərbaycan “yarımçıq sülh” sazişi variantını qəbul etməyəcək. Və bu baxımdan, bir tərəfdən sülh mövzusu ətrafında manipulyasiya edir, digər tərəfdənsə, ona sarsıdıcı zərbə vurur.

Göründüyü kimi, Paşinyan hakimiyyəti yaxın gələcəkdə Azərbaycanla yekun sülh sazişini imzalayaraq, münasibətləri normallaşdırmaq niyyətindən çox-çox uzaqdır. Əslində, Qərbin bu barədə israrlı təlimatları ilə yanaşı, Paşinyan hakimiyyətinin özəl siyasi maraqları da rəsmi İrəvanın belə manipulyasiyalarında xüsusi rol oynayır. Belə ki, Azərbaycanla sülh sazişinin imzalanmaması Paşinyan hakimiyyətinin özəl siyasi maraqlarına tamamilə cavab verir. Və rəsmi İrəvan indiki situasiyadan beynəlxalq məkanda maksimum səviyyədə faydalanmağa çalışır.

Məsələ ondadır ki, hazırda Azərbaycanla hərbi-siyasi gərginliyi, savaş təhlükəsini bəhanə edən rəsmi İrəvan Ermənistanın maraqlarını və ənənəvi erməni narrativlərini beynəlxalq gündəmdə saxlaya bilir. Eyni zamanda, Paşinyan hakimiyyəti mövcud situasiyanı qabardaraq, ABŞ, Avropa Birliyi və Fransadan həm hərbi dəstək alır, həm də Ermənistana maliyyə yardımlarının ayrılmasına nail olur. Və bu, o deməkdir ki, rəsmi İrəvan regional sülh prosesinin bloklanmasını Qərbdən maliyyə qoparılması üçün bəhanəyə çevirib.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan “nə hərb, nə sülh” situasiyanı mümkün qədər uzatmağa daha çox üstünlük verəcək. Çünki rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasından sonra ABŞ və Qərbin Ermənistana indiki marağının sürətlə azala biləcəyini anlamamış deyil. Hər halda, sülh sazişi Qərbin regional maraqlarında istinad mexanizmi ola biləcək faktorların böyük əksəriyyətini sıradan çıxartmış olacaq. Və buna paralel olaraq, Qərbin Ermənistana dəstək bəhanəsi ilə Cənubi Qafqaza yerləşmə planları qarşısında ciddi problemlər yaranacaq.

Belə anlaşılır ki, Cənubi Qafqazda hərbi-siyasi gərginlik Ermənistan üçün əsas xarici gəlir mənbəyi rolunu da oynamağa başlayıb. Rəsmi İrəvan isə bu stabil maliyyə qaynağını məcbur qalmadıqca itirmək istəmir. Paşinyan hakimiyyəti indiki situasiyanı mümkün qədər uzadaraq, Qərb maliyyəsi ilə Ermənistanı hələ bir müddət ayaqda tuta biləcəyinə ümid bəsləyir.

Üstəlik, Paşinyan hakimiyyətinə yaxın erməni siyasi dairələri belə qənaətə gəliblər ki, əgər, Azərbaycanla sülh sazişi imzalanarsa, Qərbin də rəsmi İrəvana indiki marağı arxa plana keçərsə, Ermənistanın çöküşü qaçılmaz ola bilər. Bu halda, Ermənistanın Türk İttifaqından asılı vəziyyətə düşərək, bir dövlət kimi sıradan çıxma təhlükəsindən də danışmaq lazım gələcək. Və bu səbəbdən də, Cənubi Qafqaz hələ uzun müddət sülhdən uzaq qalmaqda davam edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
Dünən, 18:27
İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
Dünən, 18:25
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
Dünən, 18:22
Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Dünən, 12:40
Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Dünən, 12:36
Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Dünən, 12:31
Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 11:25
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Dünən, 11:23
Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 11:20
Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Dünən, 10:08
Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:06
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Dünən, 09:59
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Dünən, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Dünən, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Dünən, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Dünən, 08:49
Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Dünən, 08:46
İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır - ARAŞDIRMA
Dünən, 08:42
"Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." - İrəvan "iki daş" arasında
Dünən, 08:41
İcra hakimiyyəti başsızları - replika
Dünən, 08:37
AMADA-da 2 milyon manat hara xərclənib? - işin içində deputat da var...
Dünən, 08:34
Deputatın bacısı belə narazılıq yaradır - MÜRACİƏT
Dünən, 08:28
Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin - TƏKLİF VAR...
Dünən, 08:21
Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? - AKTUAL
Dünən, 08:18
Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin - RƏSMİ AÇIQLAMA
Dünən, 08:16
Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır - Tural Abbaslı BELƏ DEYİR...
Dünən, 08:12
Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... - "SIFIR keyfiyyət, SIFIR xidmət..."
Dünən, 07:56
Aldığın məhsulu vaxtında çatdırmırlar... - GİLEY
Dünən, 07:44
Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... - ÇAĞIRIŞ
Dünən, 07:36
Sayğaclara 'barmaq elə'... ƏMRİ! - DƏLİXANADIR, VALLAH...
Dünən, 07:29
BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... - NARAZILIQ VAR...
Dünən, 07:19
Bu iddia bir neçə məqsədə xidmət edir... - İNCƏLƏMƏ
Dünən, 07:08
Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... - SÖZARDI...
Dünən, 07:03
"Gəl indi rejissor ol, film çək!" - Rza Drakon
Dünən, 06:59
"Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." - "Azəriqaz" işçisi HARAY ÇƏKDİ
Dünən, 06:51
"Bu duelin nə qaydası, nə də sekundantı var..." - İlqar Məmmədov
Dünən, 06:41
TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:37
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
30-12-2025, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
30-12-2025, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
30-12-2025, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
30-12-2025, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
30-12-2025, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
30-12-2025, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
30-12-2025, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
30-12-2025, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
30-12-2025, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
30-12-2025, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
30-12-2025, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
30-12-2025, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
30-12-2025, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru