Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                 

ARTUR RƏSİZADƏNİN TEHRAN SƏFƏRİNİN GİZLİNLƏRİ
Tarix: 11-06-2012, 12:15 | Çap et
ARTUR RƏSİZADƏNİN TEHRAN SƏFƏRİNİN GİZLİNLƏRİ

AZƏRBAYCAN RƏSMİ MOSKVANIN TƏHRİKİ İLƏ MOLLA REJİMİ İLƏ ANLAŞIB

DİA.AZ: - İranla Azərbaycan arasında mətbu atəşkəs hökm sürür. Əslində olduqca kövrək hökmranlıq təsiri bağışlayan bu prosesin ani bir qığılcım nəticəsində alovlana biləcəyi heç büşhəsizdir. Hər halda, В«pir mənimdir, kəramətinə bələdəmВ» prinsipindən çıxış etdikdə, rəsmi Bakının da İranın mahiyyətinə yaxşı bələd olduğu bəllidir. Azərbaycan dövlətinin müstəqilliyini, hətta varlığını belə qəbul etməyən İrandakı fars-molla rejimi antiAzərbaycan ruhlu təbliğatından bu şəkildə, qəfil surətdə əl çəkə bilməz.

Birincisi ona görə ki, həqiqətən də İran rəsmən dəfələrlə nümayiş etdirib ki, müstəqil Azərbaycan dövlətini həzm edə bilmir. Gah bayrağımızı rəsmi törənlərdə tərsinə asmaqla, gah hava sərhədlərimizi deşik-deşik etməklə, gah düşmən Ermənistana hər türlü yardımı etməklə, gah da mətbuatında, rəsmi dillərinin vasitəsilə Azərbaycan dövlətini, Azərbaycan türkünü aşağılamaqla bu rejim bizə hansı münasibətdə olduğunu, gerçək simasını tamamilə ortaya qoyub. Əgər bu gün İran mətbuatında Azərbaycan Respublikası ifadəsi yerinə В«Bakı dövlətiВ» ifadəsi işlədilirsə, atıq başqa bir sözə ehtiyac yoxdur.

Eyni zamanda davamlı şəkildə Azərbaycanın xüsusi xidmət orqanlarının Azərbaycan ərazilərində İrana aid təxribatçı kəşfiyyat şəbəkələrini ifşa etməsi faktı da təsdiqləyir ki, rəsmi Tehranın Azərbaycanla ulduzunun barışması qeyri mümkündür. Halbuki iki dövlət arasında hələ Heydər Əliyevin prezidentlik dönəmində əldə edilən bir anlaşma da İranla Azərbaycanın nəinki bir-birinin əleyhinə kəşfiyyat işləri həyata keçirməsini qadağan edir, hətta öz ərazilərindən anlaşmanın qarşı tərəfinin əleyhinə 3-cü ölkəyə kəşfiyyat üçün istifadəyə şərait yaratmağı da yasaqlayır.

Əslində İranla Azərbaycanın yaxın, mehribançılıq münasibətində olması üçün yetərtincə faktorlar var. Hər iki ölkə müsəlmandır, əhalisinin çoxu şiə məzhəbindəndir və tarixi köklər bu iki ölkəni bir-birindən ayırmaz edir. Amma bir fakt və ƏLAHƏZRƏT BİR FAKT imkan vermir ki, nə bu gün İran Azərbaycana qucaq açsın, nə də Azərbaycan İrana sığınsın. Söhbət təbii ki, Güney Azərbaycanın və milyonlarla Azərbaycan türkünün İran əsarəti altında olması faktından gedir.

Əslində bu gün rəsmi Tehranın antiAzərbaycan ovqatının arxasında da məhz bu məqam dayanmaqdadır. Fars-molla rejimi istənilən halda və istənilən şəraitdə müstəqil Azərbaycan dövlətinin varlığını özünə qarşı təhdid hesab etdiyindən bu gün Azərbaycanın müstəqil olan hissəsinə düşmənçilik mövqeyində dayanır. İranda oturan dini rejim də yaxşı bilir ki, bu gün onları hədəfə alan Qərb üçün əslində ən yaxşı silah elə Azərbaycan türkləridir. İranlı ayətullahlar da gözəl anlayırlar ki, İran ABŞ üçün nə İraq deyil, nə də Əfqanıstan. İraq və Əfqanıstandan fərqli olaraq İranı ancaq etnik məsələdə çökdürmək olar ki, bu əsnada da sayları əslində hazırki İranın superetnosu kimi təqdim olunan və hakim milləti kimi diqqətə gələn farslardan az qala iki dəfə artıq olan Azərbaycan türkləri İrana qarşı ən böyük silahdır.

Bax, bu səbəbdən müstəqil Azərbaycana İran cəbhəsində heç bir zaman dinclik olmayacaq. Bu səbəbdən rəsmi Bakının İranla münasibətləri yoluna qoyma cəhdləri hər zaman uğursuzluqla nəticələnəcək. Bu səbəbdən həm də Azərbaycan ictimaiyyətinin keçən ilin dekabrında İranla münasibətləri yoluna qoymaq üçün Tehrana səfər etmiş Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovu qınamağa haqqı yoxdur. Ola bilsin ki, Əli Həsənov danışıqlarda uğursuz olub və yaxud da uğursuz diplomatdır. Amma sırf olaraq bu məsələdə onun ittiham hədəfinə çevrilməsi doğru deyil.

Amma deyəsən, rəsmi Bakı İranla problemləri danışaraq həll etmə yolu ilə bağlı planlarından imtina etməyib. Elə davamlı olaraq ayrı-ayrı dövlət rəsmilərinin İrana məxfi görüşlərə göndərilməsi də belə deməyə əsas yaradır. DİA.AZ bildirir ki, В«SavaşВ» qəzeti redaksiyasının əldə etdiyi məlumatlardan aydın olur ki, sonuncu dəfə, yəni keçən həftənin birinci günü baş nazir Artur Rəsizadə Tehrana qeyri-rəsmi səfərə gedib. Bu səfərlə bağlı yerli mətbuatın bilgiləndirilmədiyini qeyd edən məlumatlı mənbənin sözlərinə görə, əslində Artur Rəsizadənin gizli danışıqlar üçün seçilməsini də təsadüflərin quyruğuna bağlamaq olmaz.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın baş naziri Artur Rəsizadənin ünvanına çox ağır ittihamlar səslənsə də, nədənsə bu barədə bütün rəsmi qurumlarımız susdular. Əslində müşahidə olunan susqunluq daha çox deyilənlərin həqiqət olması təəssüratını yaratmış oldu.

Xatırladaq ki, Artur Rəsizadə İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu və bildirilirdi ki, bu əlaqədən Azərbaycanın dövlət rəhbərliyinin də məlumatı var. Onu da qeyd edək ki, ilk əvvəl məşhur В«VikiLiksВ» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə bu faktlar yer almışdı və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri En Dörsinin adından məxfi qriflə ABŞ Dvlət Departamentinə ünvanlanan həmin sənəddə göstərilirdi ki, Artur Rəsizadənin İranla şübhəli əlaqələri var və ehtimal olunur ki, baş nazir Azərbaycanı İranın da dövlət rəhbərliyinin iştirakçısı olduğu narkotranzit əməliyyatında təmsil edir.

Təbii ki, belə bir açıqlama başqa bir ölkədə böyük ajiotaj yaradar və ittiham hədəfi nəhayətdə ən yumşaq variantda istefaya göndərilərdi. Hətta həbs belə mümkün idi. Amma burası Azərbaycandır və artıq bizlər də ayağında yüzlərlə cinayəti olan məmurun illər uzunu görəv başında qalmasına vərdiş etmişik.

İndi isə aydın olur ki, İranla münasibətlərin yoluna qoyulması prosesinə baş nazir Artur Rəsizadə cəlb olunub və İranla məlum əlaqələrindən də istifadə edən Artur Rəsizadə rəsmi Tehranın Azərbaycana qarşı olan aqressiyasını azaltmağı qarşısına məqsəd kimi qoyub. Əslində bu, baş nazirin məqsədi yox, onun boynuna qoyulan öhdəlikdir.

Məlumatı verən mənbə iddia edir ki, rəsmi Bakı ilə fars-molla rejimi arasında danışıqların baş tutmasında əsas maraqlı tərəflərdən biri də Putin administrasiyasıdır. Və hətta danışıqların Kremlin təşəbbüsü ilə ərsəyə gəldiyi də söylənilir.

Burada rəsmi Bakının davranış tərzi, üslubu da diqqətçəkəndir. Daha doğrusu, heç bir siyasi nəzəriyyəyə söykənməyəndir. Bu daha çox cəngəllik qanunundan doğan hərəkətə bənzəyir. Artur Rəsizadənin İranla qaranlıq biznes əlaqələri var və deməli, İrana da Artur əsizadə getməlidir. Bu, onun boynunun borcudur… Məhz belə bir prinsipdən çıxış edən rəsmi Bakının İrana göndərdiyi elçisinin əli ilə böyük nailiyyət əldə etdiyi də bir faktdır.

Bir daha xatırladırıq ki, burada əss vasitəçi rəsmi Moskva, daha dəqiqi Putin administrasiyası olub. Ümumiyyətlə, son zamanlar Putin administrasiyası özünü bizim regionda daha çox hiss etdirməyə başlayıb. Qarabağda müharibə alovunun yenidən vüsət alması, səmalarımızda Rusiya raketlərinin uçuşması və s. Bir sözlə, hakimiyyət başına keçər-keçməz özünün barıt qoxulu nəfəsini yenidən dünyaya hiss etdirməyə başlayan Vladimir Putinin rəsmi Bakı ilə ideal münasibətlərdə olması da faktdır. Putinə isə indiki məqamda nə İran-Azərbaycan konflikti lazım deyil, nə də incik salınmış Azərbaycan lazım deyil.

Ona görə də ekspertlər belə hesab edir ki, ola bilsin ki, son günlər Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpa olunması təşəbbüsləri də Moskvadan gəlib. Bir yandan bununla Putin özünün regiondakı təkhakimiyyətliliyini nümayiş etdirmək istəyir (çünki Qərb birmənalı şəkildə atəşkəsin pozulmasının əleyhinədir -red.), digər yandan da bir-iki kəndi azad etmə fürsəti tanıdığı Azərbaycanın könlünü oxşayır. Putin bir mükəmməl siyasət adamı olaraq gözəl bilir ki, Bakını bu şəkildə də incitmək olmaz. Odur ki, fürsət tanınmalıdır.

Və eləcə də İran-Azərbaycan münasibətlərində baş verən dəyişiklik də məhz bu prosesin təzahürü kimi qəbul olunmalıdır. Artur Rəsizadənin Tehrana səfəri isə sadəcə olaraq simvolik xarakter daşıyır. Bir növ barışığın qeyri-rəsmi səfər hesabına rəsmiləşdirilməsi üçün. Buradakı əlavə simvolikalar barədə isə yuxarıda danışdıq. Artur Rəsizadə həm Rusiyanın və həm də İranın adamı kimi Tehrana səfər edib ki, Azərbaycanın maraqlarını qorusun. Vəssalam.

“SAVAŞ”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru