AYDIN BƏŞİROV ÇƏTİN DURUMA DÜŞÜB
Tarix: 10-03-2012, 12:18 | Çap et
DXDGİ-NİN RƏİSİ İDARƏNİ ƏLDƏN ÇIXARMAMAQ ÜÇÜN YOLLAR AXTARIR
DİA.AZ: - Yaxın vaxtlarda Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsində (XDGİ) ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə qəzetimizə hakimiyyətdəki etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, idarənin rəisi Aydın Bəşirov vəzifəsindən uzaqlaşdırılacaq. Buna səbəb isə onun ətrafında yaranmış böhranlı vəziyyət və yuxarı dairələrin ona göstərdiyi etimadsızlıqdır.
Mənbə bildirir ki, son dövrlər mətbuatda adı bir çox qalmaqallarda hallanan, habelə rəhbərlik etdiyi XDGİ-in iş tempi və dövriyyəsinin aşağı düşməsi, habelə bəzi siyasi oyunlara qarışdığına dair iddiaların meydana çıxması Aydın Bəşirovun vəzifəsindən getməsinə şərait yaradıb. Hətta o da deyilir ki, XDGİ-də bir çox yeyinti hallarının da üzə çıxması idarə rəisinin işlərini çıxılmaza salıb.
DİA.AZ-a verilən xəbərə görə, Aydın Bəşirov vəziyyətdən çıxmaq üçün optimal yollar axtarır. Hakimiyyət dairələri ilə apardığı danışıqlarda vəzifəsində qalması məsələsini müzakirə etsə də, bunun bir nəticəsi olmadığı deyilir. Bildirilir ki, Bəşirov dəfələrlə xahiş etsə də, ona əvvəlki vəzifəsində qalmasının mümkünsüz olduğunu çatdırıblar. Lakin bu xahişlərindən birini nəzərə alıblar ki, o da idarə rəisinin qardaşı oğlu ilə bağlıdır.
Mənbə bildirir ki, Aydın Bəşirovun qardaşı oğlu Rasim Bəşirovu öz yerinə gətirmək istəyir. Qeyd edək ki, bir vaxtlar Salyanın icra hakimi işləmiş Rasim Bəşirov 2009-cu ildə tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Ardından isə əmsinin yardımı sayəsində Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub. Salyanda işlədiyi müddətdə bir sıra qalmaqallı layihələrə imza atan sözügedən şəxsin XDGİ-yə rəhbər gətirilməsi isə hər nə qədər asan görünsə də, bir o qədər də çətin hesab olunur. Amma buna baxmayaraq, Aydın Bəşirov qardaşı oğlunu yerinə gətirməkdə israrlıdır.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Aydın Bəşirovun belə bir addım atmasının digər səbəbləri də var. Birinci məsələ odur ki, XDGİ kimi gəlirli bir yerin başqa əllərə keçməsini istəmir. İdarə rəisi qardaşı oğlunu yerinə gətirdikdən sonra bu sahədə olan payını da qorumağa nail olacaq. Digər bir səbəb isə odur ki, Aydın Bəşirov indiyə qədər yığdığı sərvətini qorumağa çalışır. Çünki bilir ki, vəzifəsindən gedəcəyi təqdirdə, onun əlindəki imkanlarının böyük bir qismini geri alacaqlar. Belə olan təqdirdə, ən optimal yol rasim Bəşirovun varis kimi təyinatını reallaşdırmaq və bununla da biznes imkanlarını mühafizə etməkdir.
Bu əsnada Aydın Bəşirovla bağlı yaranmış yeni bir qalmaqala da aydınlıq gəlməkdədir. Belə ki, Xəzər Dəniz Gəmiçilik İdarəsi rəisinin və övladlarının tikinti biznesi ortaya çıxıb. Bəzi məlumatlara görə, uzun illərdir idarədə çalışanların əksəriyyəti bu gün yataqxanalarda ağır həyat şərtləri altında yaşamağa məcburdurlar. Lakin müxtəlif vaxtlarda XDGİ-də çalışanların mənzil şəraitinin yaxşılaşdırılması adı ilə torpaq sahələri ayrılıb ki, burada onlar üçün binalar tikilsin.
Amma sonradan həmin ərazilər tamam başqa məqsədlərlə istifadə olunub. Məlumatda deyilir ki, həmin ərazidə В«gəmiçilik şefiВ» Aydın Bəşirovun oğlanları tikinti işi ilə məşğuldur və onların inşaat firmaları var. Həmin firmalar XDGİ əməkdaşları üçün bina tikintisi məqsədi ilə ayrılan əraziləri bu və ya digər formada qəsb edərək orada yüksək mərtəbəli binalar inşa edib satırlar. Həmin binalardan biri köhnə В«Dəniz VağzalıВ» ilə üzbəüz, В«AbşeronВ» mehmanxanasının yaxınlığında tikilib və orada bir mənzilin kvadratmetri 5 min manatdan aşağı satılmayıb.
Mənbə A.Bəşirovun övladlarının maxinasiyalarının bununla bitmədiyini deyir: В«Aydın Bəşirov XDGİ-nin balansındakı bir çox uşaq bağçalarının yerində də göydələnlər tikilməsi üçün onu oğullarına peşkəş edib. Məsələn, belə binalardan biri keçmiş В«ƏzizbəyovВ» heykəlinin yaxınlığındakı uşaq bağçasının ərazisində inşa olunub, uşaq bağçasının özü isə tamamilə tarixin arxivinə göndərilib.В»
Qeyd edək ki, əslində, XDGİ rəisinin növbəti hədəfi qurumun təmir-tikinti idarəsinin Bakı Metropoliteninin В«XətaiВ» stansiyası yaxınlığındakı sahəsidir. Kifayət qədər böyük olan bu ərazidə də В«gəmiçilik şefiВ»nin övladlarının göydələnlər inşa etməyə hazırlaşdığı barədə məlumatlar almışıq. Son məlumatlara görə, hazırda ərazidə olan təmir-tikinti idarəsinin inzibati binasının sökülməsinə hazırlıq görülür.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57 |
|
|
|
| • Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53 |
|
|
|
| • 100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41 |
|
|
|
| • "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40 |
|
|
|
| • Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33 |
|
|
|
| • "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23 |
|
|
|
| • Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22 |
|
|
|
| • “Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17 |
|
|
|
| • Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14 |
|
|
|
| • Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10 |
|
|
|
| • “Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08 |
|
|
|
| • İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
| • Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58 |
|
|
|
| • Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44 |
|
|
|
| • Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42 |
|
|
|
| • Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35 |
|
|
|
| • “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26 |
|
|
|
| • Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21 |
|
|
|
| • Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11 |
|
|
|
| • Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03 |
|
|
|
| • Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43 |
|
|
|
| • Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37 |
|
|
|
| • Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29 |
|
|
|
| • Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26 |
|
|
|
| • “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11 |
|
|
|
| • Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08 |
|
|
|
| • Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06 |
|
|
|
| • "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01 |
|
|
|
| • Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58 |
|
|
|
| • Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55 |
|
|
|
| • “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54 |
|
|
|
| • Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50 |
|
|
|
| • Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44 |
|
|
|
| • Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32 |
|
|
|
| • Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31 |
|
|
|
| • Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26 |
|
|
|
| • Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59 |
|
|
|
| • Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30 |
|
|
|
| • Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28 |
|
|
|
| • Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20 |
|
|
|
| • Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16 |
|
|
|
| • “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14 |
|
|
|
| • ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51 |
|
|
|
| • Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35 |
|
|
|
| • “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32 |
|
|
|
| • Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27 |
|
|
|
|