ABŞ Konqresinə Rusiya ilə ticarəti tamamilə dayandırmaq üçün "Cekson-Venik" düzəlişinin qaytarılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının üzvü Co Uilson “X” sosial şəbəkəsində bildirib.
“Polşaya hücumdan sonra Rusiyaya qarşı “Cekson-Venik” düzəlişinin bərpası haqqında bu qanun layihəsini təqdim etmək imkanına görə minnətdaram”, - siyasətçi yazıb.
O həmçinin keçmiş ABŞ Prezidenti Barak Obamanın bu düzəlişin ləğv edilməsi ilə bağlı qərarını qanunsuz adlandırıb.