Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı .....                     İrəvanda məhkum məhkəmədən qaçıb .....                     Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... .....                     Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü .....                     Sərhəddə quruyan nəhəng: .....                     KTMT-dən Ermənistana növbəti xəbərdarlıq .....                     6 regionda DOST binalarının təmiri .....                     Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: .....                     4,5 milyon manata bina təmiri .....                     Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var .....                      "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! .....                     "Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" .....                     "Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... .....                     Paşinyanın “eyni hamam, eyni tas” komandası .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır .....                     Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: .....                     Bakıdan İrəvana XƏBƏRDARLIQ .....                     Moskvanın İrəvanla bağlı nə planı var... .....                     Danimarka ABŞ təcavüzünə qarşı ordu .....                     Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir .....                     Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? .....                     QHT sektorunda MÜƏMMALI DURUM .....                     5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı .....                     Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? .....                     Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir .....                     ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis .....                     "Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI .....                     Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi .....                     Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib .....                     İran atom bombasından güclü silah tapıb .....                     "Lənkəran-Çay-5" ASC bağlandı .....                     “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” .....                     ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! .....                     NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb .....                     Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                 

Türkiyə və İsrailin kəllə-kəlləyə gələcəyi poliqon: Kobani-Deyrizor-Qamışlı üçbucağı - NƏ BAŞ VERİR?
Tarix: 29-08-2025, 10:13 | Çap et

İsraillə Türkiyə arasında münasibətlər getdikcə pisləşir. Ötən günlər ərzində dəfələrlə hər iki dövlətin rəsmilərinin bir-birinə qarşı kəskin ifadələrinin şahidi olduq. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “Qılınclar qınından sıyrılarsa, kəlama və qələmə yer qalmaz” deyə, Tel-əvivə yerini göstərdi. İsrailin Baş naziri Binyamin Netanyahu isə saxta “erməni soyqırımı”nı tanıdıqlarını bəyan etdi.
Sual oluna bilər: Azərbaycanı da yaxından maraqlandıran bu iki ölkə arasında getdikcə sivriləşən söz dueli həqiqi savaşa çevrilə bilərmi?
Açığını desəm, mən buna inanmıram. Çünki həm Türkiyənin, həm də İsrailin özünəməxsus çəkindirmə gücü var və heç bir dövlət bir çox riskləri gözə alıb bir-biriylə savaşmaz. Savaşarlarsa, hər ikisi bu müharibədən zərərli çıxar - biri bir qədər çox, digəri bir qədər az. Amma nəticə etibarilə bu qarşıdurma heç birinə fayda gətirməz.
Bəs, haqqında danışdığımız dövlətlərin çəkindirici gücləri nədir və bu amillər nələr vəd edir?
Qardaş ölkənin konvansional savaşda İsraildən nə qədər güclü olduğunu izah etməyə belə ehtiyac yoxdur. NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə İstanbulun bir məhəlləsi qədər olan İsraili qısa müddətdə dizə gətirər. Təbii ki, nüvə silahlarının istifadə olunmadığı bir savaşda. İsrailin isə əlində güclü nüvə silahları var və həlledici anda ondan istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz.
İsrailin digər önəmli avantajı dünyanın super gücü sayılan ABŞ-ın başına ip salıb oynatmaq məharətidir. Bu günədək girdiyi heç bir savaşda Amerika onu yalnız buraxmayıb və buraxmayacaq. Eyni zamanda Avropanın bir sıra qüdrətli dövlətləri də. Bu durumda Türkiyə ilə İsrail arasında çıxan müharibənin 7 düvelə qarşı savaşa çevriləcəyi şübhəsizdir. Türkiyənin belə bir savaşı arzuladığına inanmıram.
Bununla belə, Ankaranın da İsraillə möhtəməl bir müharibədə Tel-əvivə yaxşı qulaqburması vermək imkanları da yox deyil. Hər halda Türkiyə hərbi qüdrət baxımından İran deyil. İrandan fərqli olaraq Türkiyə məsafə olaraq da İsrailə çox yaxındır. Hataydan Tel-əvivə quş uçuşu məsafə cəmi 488 km-dir. Türkiyənin son zamanlar istehsal etdiyi əksər silahlar bu mənzilə rahatlıqla çatar. ABŞ və ya Avropa ölkələri İsrailin köməyinə gələnə qədər Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Keçi” şeirinin baş qəhrəmanının aqibəti yaşana bilər:
“Çoban açınca gözün,
Qalar iki buynuzun”.
Qısası, İsrail ərazi dərinliyi olmayan bir dövlətdir. Nəinki Türkiyə, istənilən babat qüdrətli dövlət qısa zaman ərzində onun altını-üstünə çevirə bilər. Necə ki, 12 günlük İran savaşında Tehran ona az qala bu aqibəti yaşatdı. Məlum müharibənin cəmi 12 gün davam etməsi də İsrailin ummadığı sürprizlə qarşılanması ilə bağlı idi. Mübaliğə etmiş kimi olmayım, Türkiyənin hərbi gücü imkan verir, möhtəməl konvansional savaşda İsraili elə günə salsın ki, Netanyahu Ağlama divarlarının qarşısında dayanıb “kaş, Türkiyənin nüvə silahı olardı, bir dəfə atardı, onun da bizim də canımız qurtaradı” deyə Allaha yalvarsın.
Amma bu bəd ssenarilər İsrailə və Türkiyəyə lazımdırmı? Sanmıram. Məhz bu səbəbdən də iki dövlət arasında savaş çıxmasına inanmıram.
Elədirsə, Türkiyə ilə İsrail arasında yaşanan gərginlik nəyə evrilə bilər?
Fikrimcə, bu durumda tərəflər öz vəkalət savaşçılarını ön plana çıxaracaq və onlar üzərindən müharibələrini davam etdirəcəklər. İki tərəfin vəkalət güclərinin poliqonu isə, böyük ehtimalla, Suriyanın şimal-şərqi olacaq. Zira həm İsrail, həm də Türkiyə üçün ən kritik coğrafiya Heseke-Deyrəzzor-Kobani üçbucağıdır.
Fərat çayının şərq sahillərində yerləşən bu üçbucaq ölkənin ən bərəkətli torpaqları hesab olunur. Bundan əlavə, Suriyanın neft və qaz yataqları da bu ərazilərdədir. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2015-ci il hesabatına görə, Suriyanın 2,5 milyard barel neft ehtiyatı var. Türkiyənin Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) dekabr 2024-cü il hesabatına görə isə, Suriyanın potensial ehtiyatları təxminən 6,9 milyard barelə bərabərdir. Hansı rəqəmin daha doğru olmasına baxmayaraq, Suriyanın neft və qaz ehtiyatlarının 80%-nin PKK-nın (SDG) əlində bulunduğu bildirilir.
Suriyanın su ehtiyatlarının böyük hissəsi Fəratdan axdığı və bu çaya nəzarət PKK-nın əlində olduğu üçün eyni sözləri ölkənin kənd təsərrüfatı sektoru barədə də demək mümkündür.
Qısası, ölkənin bütün gəlir sahələrinin PKK-nın əlində cəmləşməsi Suriyada ortaya çıxacaq ciddi problemlərin də qaynağına çevrilə bilər. Bəşər Əsəd dövründə hakimiyyət əsasən nusayri azlığının əlində olduğundan ərəb əşirətləri ona qarşı kürd separatçıları ilə ittifaq qurur və nəticədə etnik ayrıseçkilik indiki qədər nəzərə çarpmırdı. İsrailin “Davud dəhlizi” planını reallaşdırmaq üçün dürzilərə və kürd separatçılarına istinad etməsi istər-istəməz etnik bölünməni də gündəmə gətirdi, xüsusilə də bədəvi ərəb əşirətlərinin böyük təpkisinə yol açdı. Ərəb əşirətlərinin böyük əksəriyyəti isə SDG-nın nəzarətində olan şimali Suriyada məskunlaşıb. Bu baxımdan İsrailin etnik siyasəti və PKK-nın separatçı mövqeyi Suriyanı yeni daxili savaşlara sürükləyir, əsasən də ölkənin şimalında yaşayan sadə kürdləri ən həssas qrup halına gətirir.
Bəs, Suriya ərazisinin hardasa 30 faizinə yiyələnən və ölkənin təbii sərvətlərinin böyük qismini ələ keçirən kürd separatçıları əhalinin neçə faizini təşkil edir?
Bəri başdan deyim ki, sadə və hər zaman imperializmin qurbanına çevrilmiş kürd xalqı ilə kürd separatçılarını bir-birindən ayırmaq lazımdır. Kürd separatçılarının sayı o qədər də çox deyil. PKK əsasən kommunist əsaslı nəzəriyyələrə istinad etdiyindən əksəriyyəti mühafizəkar İslami düşüncəyə malik olan kürdlər tərəfindən də dəstəklənmir. Suriyanın etnik xarakterinə gəlincə, ABŞ-ın kəşfiyyat idarəsi CIA-nın yayımladığı “World Factbook” hesabatının 2018-ci ilin iyul ayına olan buraxılışına görə, bu ölkənin etnik bölgüsü belədir: sünni ərəblər 50%, ələvilər 15%, kürdlər 10%, levantinlər 10%, digərləri (durzi, ismaili, imami, ələvi, asur, türkmən, erməni və çeçen) - 15%. Bəzi məlumatlarda bu 15%-in yarısından çoxunu (8.3%) türkmənlər təşkil edir. Suriyanın ümumi əhalisinin 25 milyon olduğunu nəzərə alsaq, belə çıxır ki, ölkədə 2.5 kürd yaşayır. Qeyd edim ki, bu, kürdlərin xeyrinə yayımlanan hesabatdır. Bir çox mütəxəssislər hesabatla razılaşmır, kürdlərin sayının 1.5-2 milyon arasında dəyişildiyini vurğulayırlar. Hər iki halda ölkə sərvətlərinin 80%-nin, sayı 10 faizi keçməyən etnik qrupa verilməsi haqlı narazılıq doğurur və Suriyanın şimalını qanlı hesablaşmalara sürükləyir.
Məhz bu səbəblərdən də regional və qlobal güclərin partlamağa hər an hazır olan Kobani-Deyrizor-Qamışlı üçbucağında hesablaşacağı qaçılmaz kimi görünür.
Heydər Oğuz - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı – 3 il HƏBS CƏZASI
Bu gün, 10:48
İrəvanda məhkum məhkəmədən qaçıb - “Shamshyan.com”
Bu gün, 10:47
Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... - ŞOK İDDİA
Bu gün, 10:44
Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü - TƏFƏRRÜAT
Bu gün, 10:38
Sərhəddə quruyan nəhəng: - Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir?
Bu gün, 10:32
KTMT-dən Ermənistana növbəti xəbərdarlıq - AÇIQLAMA
Bu gün, 10:28
6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək
Bu gün, 10:26
Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: - Təşvişə düşmə, Rusiya dağılır
Bu gün, 10:23
4,5 milyon manata bina təmiri – TENDER
Bu gün, 10:19
Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var - Netanyahu
Bu gün, 09:59
 "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! - BU NƏDİ BELƏ?
Bu gün, 09:56
"Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" - "Kapital Bank" ARTIQ AĞ EDİR...
Bu gün, 09:47
"Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... - "Bərbad sığorta şirkətidir... uzaq durun!"
Bu gün, 09:40
Paşinyanın “eyni hamam, eyni tas” komandası - GƏLİŞMƏ
Bu gün, 09:31
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:28
ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır - “Reuters”
Bu gün, 09:26
Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: - Dövlətə vergi ÖHDƏLİYİ QALDI
Bu gün, 08:18
Bakıdan İrəvana XƏBƏRDARLIQ - Sülh nə bir gecədə, nə də...
Bu gün, 08:16
Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Bu gün, 07:43
Danimarka ABŞ təcavüzünə qarşı ordu SƏFƏRBƏR EDİR
Bu gün, 07:38
Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... (FOTO)
Bu gün, 07:36
Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? - AKTUAL
Bu gün, 07:15
QHT sektorunda MÜƏMMALI DURUM - SAXTA İMZA iddiası...
Bu gün, 07:14
5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - Sahibi kimdir?
Bu gün, 07:10
Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı – “savaş ssenarisi...”
Bu gün, 07:08
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu gün, 07:06
Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir – Yeni rəqəm
Bu gün, 07:05
ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb
Bu gün, 07:03
"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15
Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14
Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11
İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08
"Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06
“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02
ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01
NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru