ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, prezident Donald Tramp hazırda çox ayıqdır. Biz silahları avropalılara satırıq, onlar da onları ukraynalılara satırlar və prezident Tramp silahlara 10% əlavə edir, ona görə də ola bilsin ki, 10% hava mühafizəsi xərclərini ödəsin”, - deyə o bildirib.