Yeri gəlmişkən, Rusiya rəsmiləri dəfələrlə Baltikyanı ölkələrə NATO qüvvələrinin yerləşdirilməsini özlərinin qırmızı cizgisi hesab etdiklərini açıqlayıblar.
NATO isə israrla bu ölkələrə, xüsusilə də Rusiyaya ən yaxın coğrafiyalardan olan Estoniyaya ordusunu yerləşdirməyə çalışır. Sizcə, niyə? Qərb ölkələri "qırmızı cizgi"nin nə anlama gəldiyini anlamır?
Anlayır, əlbəttə. Və anladığına görə də Rusiyaya qırmızı göstərir. Çünki qırmızı göstərmək matador döyüşünün olmazsa olmazıdır. Matador meydanında öküzə qırmızı göstərməsən, sənin üstünə gələrmi? Üstünə gəlməsə, onun bədəninə nizəni necə saplayacaqsan?
Orxan TUNCƏR - "DİA-AZ"