Gecə Kiyevdə sakitlik olub - Tərəflər yaralarını sarıyır
Tarix: 20-02-2014, 09:37 |
Çap et
Gecə Ukraynanın paytaxtı Kiyevdə sakitlik olub. ANS PRESS-in məlumatına görə, radikal fəallar və hüquq-mühafizə orqanlarının nümayəndələri heç bir qüvvə tətbiq etməyib. Hüquq-mühafizə orqanları əməkdaşları qalın cərgələrlə düzülərək gecəni keçiriblər.
Barrikadalarda atəş yanıb tükənir artıq, radikallar materiallarına qənaət etməyə çalışırlar. Hüquq-mühafizə orqanları tərəfindən yanğını söndürmək üçün su maşınları gətirilib.
Xatırladaq ki, Kiyevdə kütləvi qarışıqlıq çərşənbə axşamı, Ali Radanın iclası günü başlayıb. Fəallar 2004-cü il konstitusiyasının bərpasını tələb ediblər.