Əsas Səhifə > Dünya > Gecə Kiyevdə sakitlik olub - Tərəflər yaralarını sarıyır
Gecə Kiyevdə sakitlik olub - Tərəflər yaralarını sarıyır20-02-2014, 09:37 |
Gecə Ukraynanın paytaxtı Kiyevdə sakitlik olub. ANS PRESS-in məlumatına görə, radikal fəallar və hüquq-mühafizə orqanlarının nümayəndələri heç bir qüvvə tətbiq etməyib. Hüquq-mühafizə orqanları əməkdaşları qalın cərgələrlə düzülərək gecəni keçiriblər. Barrikadalarda atəş yanıb tükənir artıq, radikallar materiallarına qənaət etməyə çalışırlar. Hüquq-mühafizə orqanları tərəfindən yanğını söndürmək üçün su maşınları gətirilib. Xatırladaq ki, Kiyevdə kütləvi qarışıqlıq çərşənbə axşamı, Ali Radanın iclası günü başlayıb. Fəallar 2004-cü il konstitusiyasının bərpasını tələb ediblər. Geri qayıt |