Bakıda falçı 74 min manatı necə alıb? .....                     "Onunla bir ömür yaşayaram, amma evlənmərəm" .....                     Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur .....                     Dolların kursu dəyişəcək? .....                     Kilsəni xalqımıza qaytarmalıyıq .....                     Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                 

“Putin nüvə silahından istifadə etsə, dərhal öldürüləcəyini dəqiq bilir” - PİONTKOVSKİ
Tarix: 11-05-2023, 05:52 | Çap et
“Putin nüvə silahından istifadə etsə, dərhal öldürüləcəyini dəqiq bilir”
Rusiyalı politoloq və publisist Andrey Piontkovski UNİAN-a müsahibəsində Kremlə dron hücumu, Rusiya-Ukrayna müharibəsinin gedişi barədə sualları cavablandırıb. DİA.AZ 82 yaşlı politoloqun müsahibəsini AYNA-ya istinad və ixtisarla təqdim edir:

- Dronlarla Kremlə hücum barədə bir çox versiyası var: hibrid əks-hücumun başlanğıcı, partizanların işi və FSB-nin xüsusi əməliyyatı. Sizin versiyanız nədir?

- Bu tək bir hadisə deyil. Son günlər Rusiyanın hər yerində pilotsuz təyyarələrin, ehtimal ki, təxribat qruplarının çoxlu hücumları olub. Bu hadisələr təsadüfi deyil. Birlikdə götürsək, bu, Ukrayna ordusunun yaz hücumundan əvvəl bir növ məşqidir.

Kremlin damındakı yanğın təbii ki, çox simvolikdir. Mən deyərdim ki, bura Putinin iqamətgahı deyil - rus çarlarının, baş katiblərin, prezidentlərin iqamətgahıdır. Buranın anlamı Putininin şəxsiyyətindən yuxarıdır. Üstəlik, bu hərəkətin arxasında kim dayanırsa, hamı mükəmməl başa düşdü ki, gecə saat 2-də Putin orada ola bilməz.

Rusiya paytaxtının ən müqəddəs nöqtəsini vuran iki dronun Kremlə birbaşa hücumuna gəlincə, sadaladığınız versiyalardan mən ilk növbədə FSB-nin təxribatını rədd edirəm. Baxmayaraq ki, onlar hər şeyə qadirdirlər. FSB bunu xalqın hiddətini oyatmaq, müharibə həvəskarlarının sayını artırmaq üçün edə bilərdi. Lakin bu, Rusiya silahlı qüvvələri üçün böyük bir utancdır.

Başqa bir fərziyyə var. Ukraynanın əks-hücum əməliyyatı zamanı ciddi uğursuzluqlarla üzləşəcəklərini anlayan Rusiya hakimiyyəti “xoşməramlı jest”lə Rusiya Federasiyasında bir növ texnogen fəlakətlə diqqəti yayındırmağı planlaşdırır. Məsələn, Rusiyanın mərkəzində bir atom elektrik stansiyasını partlada, sonra deyə bilərlər ki, “indi bizim müharibəyə vaxtımız yoxdur, bəşəriyyəti xilas etməliyik, biz bütün qoşunları çıxarırıq, qoy dünya birliyi ukraynalıları müharibəni dayandırmağa məcbur etsinlər”.

Ağlıma gələn ikinci mülahizə: axı dron üçün 600 kilometr məsafə ciddi məsafədir. Güman edirəm ki, pilotsuz təyyarələr Rusiyanın harasındansa buraxılıb. Amma indi bütün bu arqumentlərin heç bir mənası yoxdur. Önəmli olan odur ki, Rusiya dövlətinin və silahlı qüvvələrinin nüfuzuna ciddi zərbə vuruldu.

- Kremlə hücumdan sonra “Gulag.net”də həyəcanlı xəbər yayıldı. Sayt öz mənbələrinə istinadən yazdı ki, TU-22M-ləri uçuşlara hazırlamaq üçün Engels və Şaykovkadakı aviabazalara təlimat göndərilib. Mənbə bildirib ki, ilk dəfə nüvə silahından istifadə oluna bilər və iki silah artıq birbaşa aerodromlardan birində yerləşdirilib. Bunu necə qiymətləndirirsiniz?

- Onların məlumatının birinci hissəsi məndə inam oyatdı, lakin ikinci hissə olmasaydı. Yəni ki, Engelsdə artıq hazırlanmış iki atom bombası haqqında deyilənlərə inanmıram. Əgər həqiqətən də nüvə hücumuna hazırlıq getsəydi, ABŞ dərhal xəbərdar olardı və onlar artıq buna reaksiya verərdilər.

Ümumiyyətlə, nüvə silahının istifadəsini qəti şəkildə istisna edirəm. Ona görə ki, Putin bu halda dərhal öldürüləcəyini dəqiq bilir. Bu, ötən ilin oktyabrında kifayət qədər aydın ifadə edildi. “Gulag.net” mənbəsinin bütün məlumatlarını şübhə altına alan da budur. Mən bir ildir təkrar edirəm ki, nüvə hücumu ilə bağlı bütün hədələr Putinin şantajıdır.

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Kreml ətrafında baş verən bu hadisələrdən əvvəlki son günlərdə nüvə təhlükələri Dmitri Medvedevin lüğətindən silinib. Ona dedilər ki, bu ritorikadan istifadə etmə. Sadəcə Kreml yaz hücumu zamanı uğursuzluğa hazırlaşır və tərəflər arasında hansısa təmas xəttində bərabərliyi, balansı qoruyub saxlamağa ümid edir. Və sonra Rusiya təbliğatına Rusiya Federasiyasının niyə nüvə zərbəsi ilə cavab vermədiyini izah etmək çətin olacaq. Yəni Medvedevin bu nüvə şantajı onların əleyhinə işləyəcək.

- Ukrayna əks-hücumuna başlamazdan əvvəl rus qoşunlarının ərazilərimizdən çıxarılması mümkündürmü?

- Bu, onların ürəkdən arzuladığı addımdır. Papa Fransisk, İlon Mask, Bill Qeyts, çinlilərdən başlayaraq bütün sözdə dünya liderlərinin nə cür fəaliyyət göstərdiyini görmüsünüzmü - onlar sadəcə əks hücumun qarşısını almaq üçün bunu etmirlər. Üstəlik, Rusiya xüsusi xidmət orqanları tərəfindən Qərbin ən böyük agentlərini, məsələn, Dmitri Sims, Tomas Qremi işə cəlb etmək və işini koordinasiya etmək üçün yaradılan belə bir cinayət təşkilatı "Valday” klubu var. Məndə dəqiq məlumat var ki, bu təşkilat Ukraynada sülh planı üzrə Rusiya-Amerika işçi qrupu yaradıb.

Rusiya tərəfinə tanınmış Kremlin təbliğatçısı və politoloqu Dmitri Suslov rəhbərlik edir. Amerikalı isə təsir agentidir, amma mən Moskvanın əsl agenti, RAND Korporasiyasının baş elmi işçisi Samuel Şarapı hesab edirəm. O, iki ay əvvəl Ukraynada “Uzun müharibədən necə qaçmaq olar?" standart tezislərilə çıxış etdi. "Biz Ukraynaya rəğbət bəsləyirik, başa düşürük ki, Ukrayna təcavüzə məruz qalıb, amma başa düşürsən ki, onlar rusları heç vaxt məğlub edə bilməyəcəklər. Ona görə də gəlin silah yardımını dayandıraq, ciddi və dinc razılaşma üsulu tapaq”, deyi. Hesab edirəm ki, bu məqalə Rusiya-Amerika qrupunun hazırda hazırladığı sənədin əsasını təşkil edir.

Bu səylərin ciddiliyi ondadır ki, Şarap Bayden administrasiyasındakı ən az xoşladığımız adam - milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla çox yaxın tanışdır. Biz Sallivanın düsturunu bilirik: amerikalıların məqsədi Ukraynanı məğlub etmək deyil. O, bunu Ukraynanın qələbəsindən danışan Bayden və dövlət katibi Antoni Blinkenin düsturuna qarşı qoyur.

Bu hiyləgər “məğlub olmamaq” düsturu bir növ şərəfli heç-heçə, yeni kəsişmə xətləri və Putinə hakimiyyəti xilas etməyə kömək edəcək münaqişənin dondurulması deməkdir. Kreml bu xətti inkişaf etdirir və onun necə qərar verəcəyini bilmirəm. İndi Kremldə bir tərəfdən münaqişəni dondurmaq və Putini hakimiyyətdə saxlamaq qrupu ilə digər tərəfdən təcili zərbələr tələb edən Kreml “qırğıları” arasında ziddiyyət var. Amma deməliyəm ki, Amerikada Ukraynaya qarşı bu cür sülh sazişləri tətbiq etmək üçün zəmin indi əlverişli deyil. Respublikaçılar Partiyasında Rusiyaya münasibətdə mövqelərin kəskin sərtləşməsi müşahidə olunur.

Axı Putinin dostu olan Donald Trampın fəaliyyəti məlumdur, o, təkrar edir ki, Bayden Ukraynanı dəstəkləməklə dünyanı nüvə müharibəsinə aparır və o, Putinlə razılaşaraq 24 saat ərzində müharibəni bitirəcək. Onun təmsil olunduğu Respublikaçılar Partiyası isə bu mövqeyi rədd etdi. Biz hamımız bu yaxınlarda Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə müraciət edən rus təbliğatçısının “bilirik ki, yardıma qarşısınız” sözlərinə cavabı gördük. Makkarti onu sadəcə məyus etdi və dedi ki, “mən bu münaqişədə Ukraynanı tam dəstəkləyirəm. Biz Rusiyadan geri çəkilməyi tələb edirik. Qoşunlarınız Ukraynadan çıxmalıdır. Siz insanları öldürürsünüz, siz müharibə cinayətkarısınız". Demək istəyirəm ki, Respublikaçılar Partiyasının bu yeni mövqeyi çox aydındır. Onlar Ukraynanı kifayət qədər dəstəkləmədiyi üçün Baydenə hücum etmək üçün kampaniya strategiyası seçiblər. Bu, ABŞ Prezident Administrasiyasındakı tərəfdarlarımızın, eyni zamanda, Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin mövqelərini kəskin şəkildə gücləndirdi. Ona görə də Moskvanın “şərəfli heç-heçə” planları iflasa məhkumdur.

- Niyə eyni F-16-ların Ukraynaya tədarükündə inqilabi dəyişikliklər yoxdur? Blinken çıxıb deyir ki, biz əks-hücum gözləyirik, bu çox vacibdir, hər şey ukraynalıların döyüş meydanında hansı sürprizlər hazırlayacağından asılıdır. Amma Finlandiyada Prezident Zelenski deyir ki, bizə F-16-ları verib-verməmələri əks-hücumun nəticələrindən asılı olacaq, yəni əks hücumdan sonra...

- Zelenski bu yaxınlarda haqlı olaraq ABŞ-a qarşı açıq-aşkar məzəmmətlərlə çıxış edib. Amma bu, təbii prosesdir, bir ildən artıqdır ki, biz bunu müşahidə edirik. Bayden administrasiyası daxilində iki konsepsiya arasında mübarizə gedir - bu, Ukraynanın qələbəsi anlayışı və qondarma məğlubiyyət anlayışıdır.

Dostlarımız bizi hər zaman xəbərdar edir. Əvvəlcə dedilər ki, heç bir halda haubitsa, “Cirit”, HİMARS, “Patriot”, “Abram”, F-16 verilməməlidir. Hər dəfə deyilir, amma axırda hamının silahları verdiyini görürük. Sadəcə zaman lazımdır, bu mübarizənin nəticəsidir. Əminəm ki, yeni yaranan güc münasibətləri, Respublikaçılar Partiyasının təzyiqi F-16-nın təhvil verilməsini sürətləndirəcək.

Üstəlik, xatırlatmaq istərdim ki, onlarla ukraynalı pilot bu təyyarələrdə NATO-nun dörd ölkəsində - ABŞ, İngiltərə, Polşa və Fransada təlim keçir. Əminəm ki, döyüşün həlledici günləri başlayanda bu pilotlar Ukrayna səmasında mütləq idarəetmə sistemlərində görünəcəklər.

- Zelenskinin Finlandiyada müzakirə etdiyi bir nömrəli məsələ əks-hücum üçün silah idi. İkinci, heç də az əhəmiyyət kəsb etməyən məsələ NATO-nun Vilnüs sammiti ərəfəsində aparılan danışıqlardır. Bu sammitə nə ümid edirsiniz, nəticədə Ukrayna nə əldə edə bilər?

- Mənə elə gəlir ki, bu məsələ prinsipcə həll olunub. NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfəri zamanı kifayət qədər açıq danışdı. Əslində o, Ukraynanın qələbənin ertəsi günü NATO-ya de-yure üzv olacağını demişdi. Bu gün Ukrayna faktiki olaraq NATO-nun üzvüdür.

NATO Şərq qoşunlarının Qərbi Avropaya təcavüzünü dəf etmək üçün 75 il əvvəl yaradılıb. Bu 75 il ərzində bu funksiyanı yerinə yetirən yeganə ordu Ukrayna ordusudur. Avropada bunu yaxşı başa düşürlər.

Ukraynanın NATO-ya üzvlüyü problemi müharibə ayları ərzində tamam başqa xarakter alıb. Əgər əvvəllər bu problem bir növ Ukraynaya diqqət jesti, onun təhlükəsizliyini təmin edirdisə, indi hamı başa düşür ki, problem 180 dərəcə dəyişib. Ukraynanın müharibədən sonra NATO-ya üzv olması Avropanın və bütün Qərbin təhlükəsizliyinin yeganə təminatıdır. Ukrayna ona görə qəbul olunacaq ki, onlar nəhayət öz təhlükəsizliyini təmin etmək qərarına gələcəklər. Çünki qalib Ukrayna ordusu olmadan Avropanın gələcək təhlükəsizliyi mümkün deyil.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Dünən, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Dünən, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Dünən, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Dünən, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Dünən, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Dünən, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Dünən, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
7-06-2025, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
7-06-2025, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
7-06-2025, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
7-06-2025, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
7-06-2025, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
7-06-2025, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
7-06-2025, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
7-06-2025, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
7-06-2025, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
7-06-2025, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
7-06-2025, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
7-06-2025, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
7-06-2025, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
7-06-2025, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
7-06-2025, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
7-06-2025, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
7-06-2025, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
7-06-2025, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru