İki NATO ölkəsi arasında gərginlik: Avropa üçün təhdid - NƏ BAŞ VERİR?
Tarix: 10-05-2023, 17:47 | Çap et
 Rusiya-Ukrayna müharibəsinin Transatlantik məkanda yaratdığı çatlardan biri Polşa-Almaniya gərginliyidir. Polşada Almaniya əleyhinə rəsmi və qeyri-rəsmi ritorika Berlinin Moskva saatına uyğunluq təşkil edən siyasətinə görədir. Yəni Polşada hesab edirlər ki, Almaniya NATO-nun Rusiyaya qarşı çağırış və birgə müdafiə səylərinə həlledici dəstək vermir və əqrəblərini Kremlə tərəf əyir. Polşadakı ritorikanın tarixi aspektləri də var, rəsmi Varşava bildirir ki, Almaniya İkinci Dünya müharibəsində Polşaya yaşatdığı əzablara görə təzminatı tam həcmdə ödəmir. Polşa siyasətçiləri Varşavanın Almaniyanın təzminat ödənişlərinin təxminən 15 faizini aldığını deyirlər. Ancaq Polşa bu transferləri tez-tez xatırlatmır, bunun əvəzinə diqqəti Almaniyanın təhlükəsizlik mühiti üçün zərərli hesab etdiyi mövqelərə yönəldir. Üstəgəl, Polşa mediasında Almaniyanı müxtəlif epitetlərlə bəzəyən yazılar dərc olunur, görünür ki, Varşavanın təzminatla bağlı iradları ümumi kampaniyanın yalnız bir komponentidir. Ümumiyyətlə, Polşanın ritorikaları daha sərtdir - elə Ukraynaya qarşı da – üzdə olanlar və olmayanları təhlil etsək, bu nəticəyə gələrik. Almaniya ilə Polşanın çox fərqli siyasi dalğa uzunluğunda olması onların bir-birinə etibarını azaldır. Bu, Transatlantik prioritetlərə mənfi təsir göstərir və NATO qarşısında duran geosiyasi çağırışlara cavab verməkdənsə onu zəiflədən mənbələrdən birinə çevrilir. Deməli, Ukraynadakı münaqişə uzandıqca Avropanın təhlükəsizlik məsələsi ilə bağlı mövqelər də davamlı dəyişikliyə məruz qala bilər. Rusiya ilə bağlı ikinci sürüşkən mövqe göstərən NATO ölkəsi Fransadır, mümkündür ki, Berlinin Moskvaya olan loyal münasibəti Parisin ürəyincədir. Fransanın və Almaniyanın Rusiya təcavüzünə qarşı Ukraynanın qarşısında ürəkdən öhdəlik götürməməsi təhlükəsizlik üzrə aspektlərdə həssas çağırışlar formalaşdırır. Görünür ki, Almaniya və Fransanın Ukraynada “istənilən qiymətə” atəşkəs arzulaması NATO üzrə fikir ayrılıqlarını körükləyəcək. Polşanın narahatlıqlarının anlaşılan tərəfləri də çoxdur, çünki hesab edilir ki, Rusiya Ukraynada qalib gəlsə, Polşanın təhlükəsizlik sferası incə ip üzərinə qoyulacaq. İkinci yandan, Polşa bu mövqeyini əsaslandırmaq üçün Rusiya ilə Çinin yaxınlaşmasının Avropa üçün yarada biləcəyi təhlükələr barədə tezislərini arqumentləşdirə bilər. Həqiqətən də, sual yaranır ki, Çin Rusiyaya həlledici dəstək versə, bu, Mərkəzi və Şərqi Avropada nizam və sabitliyin pozulmasında necə hərəkətverici qüvvə olacaq. NATO-nun daxilindəki intizamın və Avropanın təhlükəsizlik mühitinin Rusiyanın xeyrinə korlanması Ukraynadakı müharibənin gedişatından asılı olaraq qalmaqdadır. Hərçənd ki, NATO olmasa belə, Ukraynadakı müharibənin Avropa İttifaqı modelinə dağıdıcı təhdidləri gündəmdə ağır çəkiyə malikdir. Mövzu burada təkcə Rusiya üzərində fokuslanmır, Çin amilinin yeni nizamdakı tuta biləcəyi mövqelərə vurğular ediləcək. Nəticə olaraq hesab edirik ki: - Almaniya-Polşa münasibətləri, bir çox sahədə, o cümlədən iqtisadi cəhətdən güclü tərəflərinə baxmayaraq, siyasi baxımdan pis vəziyyətdədir; - Bunun səngiməsi çətindir, hətta mümkündür ki, gərginliyin miqyası genişlənsin; - Bunun NATO və Avropanın təhlükəsizliyi üçün mənfi nəticələri var. Aqşin Kərimov - DİA.AZ


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Bu gün, 16:03 |
|
|
|
• Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Bu gün, 16:01 |
|
|
|
• Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Bu gün, 15:56 |
|
|
|
• Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:53 |
|
|
|
• Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Bu gün, 15:44 |
|
|
|
• MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
• UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Bu gün, 15:35 |
|
|
|
• Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Bu gün, 15:33 |
|
|
|
• Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19 |
|
|
|
• Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12 |
|
|
|
• SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59 |
|
|
|
• Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13 |
|
|
|
• İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39 |
|
|
|
• Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37 |
|
|
|
• Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30 |
|
|
|
• Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18 |
|
|
|
• İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13 |
|
|
|
• Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07 |
|
|
|
• Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05 |
|
|
|
• Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02 |
|
|
|
• "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40 |
|
|
|
• Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19 |
|
|
|
• “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16 |
|
|
|
• Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09 |
|
|
|
• Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05 |
|
|
|
• Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00 |
|
|
|
• İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54 |
|
|
|
• Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50 |
|
|
|
• Putinin enerji mühasirəsi dağıldı: - Bakı Kiyevə təkcə qaz yox, mesaj da verir
Bu gün, 11:43 |
|
|
|
• Ordubad rayonu üçün zibildaşıyanlar alınır – 900 min xərclənəcək
Bu gün, 11:35 |
|
|
|
• İki od arasında – Deputatın 13 il əvvəl dediyi söz hələ də aktualdır
Bu gün, 11:33 |
|
|
|
• Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir - İNCƏLƏMƏ
Bu gün, 11:28 |
|
|
|
• Bu xəstəxanaya yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
• Masallıda pomidor sahələrdə qalıb - Fermerlər məhsulu sata bilmirlər
Bu gün, 11:23 |
|
|
|
• Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU - FOTO
Bu gün, 11:18 |
|
|
|
• MİDA-nın mənfəəti üç dəfə azalıb
Bu gün, 11:15 |
|
|
|
• “Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11 |
|
|
|
• AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08 |
|
|
|
• Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59 |
|
|
|
• Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56 |
|
|
|
• Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45 |
|
|
|
• Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33 |
|
|
|
• Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25 |
|
|
|
• Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
• Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18 |
|
|
|
• Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13 |
|
|
|
• 150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10 |
|
|
|
• Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53 |
|
|
|
|