“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                     Yasəmənin ölümü yenidən araşdırılacaq .....                     "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" .....                     "‘Kasko’ nəyə lazımdır?" .....                     Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? .....                     “David Seliverstov”la deputatı nə birləşdirir? .....                     Mahmud Əhmədinejadın .....                     Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? .....                     Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib .....                     Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu .....                     «Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? .....                     FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir .....                     Şıxov çimərliyində iki qadın dənizdə boğulub .....                     ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? .....                     Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? .....                     Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı .....                     AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib .....                     "Partiyada işlər nisbətən sakit gedir" .....                     Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... .....                     Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır .....                     Ermənistanda gözlənilməz qərar: .....                     “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir .....                     Vətəndaş “İrşad”dan narazılıq edir .....                     "Atəşgah Sığorta" 1 milyon manat zərər edib .....                     Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya .....                     Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb .....                     Mənzurədən QINAQ ATƏŞİ: .....                     Prezident Əliyev 2 səfiri geri çağırdı .....                 

Rusiya-Ukrayna müharibəsi: - Məxfi sənədləri kim sızdırdı?
Tarix: 12-04-2023, 06:01 | Çap et
Rusiya-Ukrayna müharibəsi:

Rusiya-Ukrayna müharibəsinin “hakimi” olan ABŞ-də məxfi sənədlər internet resurslarına sızıb.

Sızan məlumatlar, fotoşəkillər, diaqramlar Ukraynanın azalan silah arsenalının təsvirini verərək onun Rusiya qarşısında çətin durumda qaldığını, eyni zamanda, Rusiyanın çatışmazlıqlarını göstərir.

Məlumatlara əsasən, sənədlərdə Ukraynanın xəritələri və qoşunların harada cəmləşdiyi, onlarda hansı silah növlərinin olması ilə bağlı qrafiklər var.

Ancaq Ukraynanın Rusiya qoşunlarına qarşı başlayacağı əks-hücum əməliyyatlarının qrafiki mövcud deyil. Sənədlərin dəqiq olub-olmaması mübahisələndirilir, lakin böyük ölçüdə onların həqiqiliyinə inanc üstünlük təşkil edir. Pentaqondan gələn “nə təsdiq, nə də təkzib” səsləri sənədlərin doğruluğuna olan inamı çoxaldır.

ABŞ-də, ümumiyyətlə, “top secret” sənədlərin qorunub-saxlanılmasında boşluqlar mövcuddur, ona görə də sual olunur: Sənədləri dərc edənlərin kimliyi və onların motivləri nədir? Qaranlıq tunelə işıq tutmaq üçün ABŞ-dəki iki qurum arasındakı açıq-gizli rəqabətin ruhuna nəzər salmaq lazımdır.

ABŞ-nin xarici siyasətində Dövlət Departamenti rəsmi səylərə rəhbərlik edir, lakin hərb aparatı Pentaqonun diplomatiya üçün daha çox pulu və işçisi var.

Bu, ABŞ üçün Ukraynadakı müharibə fonunda riskli tendensiyadır, Vaşinqtonun qlobal kommunikasiyalarında ordu amilini ön plana çıxarır.

Bununla da Dövlət Departamentinin diplomatik effektivliyi azalır. Sənədlərin boşluqlardan fərasətlə sızdırılması Dövlət Departamenti ilə Pentaqon arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan fikir ayrılıqlarının nəticələri kimi başa düşülə bilər.

Pentaqon Rusiya ilə kanalları açıq tutaraq onunla bir çox müzakirələr aparır. Dövlət Departamentinin bu istiqamətdəki fəaliyyəti isə ya “bloklanır”, ya da səmərəsizləşir. Sənədi sızdıranın kimliyi ətrafında fikir yürüdəndə istər-istəməz diqqət Dövlət Departamenti ilə Pentaqonun üzərində cəmlənir.

Lakin məxfi qovluqlardakı kağızların açıqlanması ABŞ-nin strateji maraqlarına zərbə vurmaqdan uzaqdır, bu, sadəcə, iki böyük qurum arasında xarici siyasətdəki alətləri əldə cəmləşdirmək uğrunda rəqabətə işarə edir.

Yayılan sənədlər sırf hərbi kateqoriyada olduğuna görə isə onun məhz Pentaqon tərəfindən internet resurslarına ötürülməsi versiyası güclənir.

Ümumilikdə bu, Ukraynadakı müharibədə ABŞ-nin motivlərinə inamsızlıq mühiti yaratsa da, Vaşinqton öz strateji xətlərindən geri çəkilməyib.

Sızdırılan sənədlər təkcə Ukrayna ilə bağlı deyil, həm də Vaşinqtonun bəzi digər müttəfiqlərindən bəhs edir. Sənədlərdə İsraildən Cənubi Koreyaya qədər bu ölkələrin Ukrayna və digər həssas məsələlərlə bağlı apardıqları daxili mübahisələri ortaya qoyulur.

Mümkündür ki, bütün bunlar Rusiyanı yanıltmaq üçün bir oyundur. Lakin digər tərəfdən, belə versiya da ortaya çıxır ki, ABŞ Ukraynanı tək buraxmaqdan ötrü informasiya əməliyyatları hazırlayır. Bu doğrudursa, ABŞ Kiyevi tək qalmağa inandırmaq üçün əlini sızan sənədlərin üstünə qoyaraq “and içir”.

Lakin hesab etmək olmaz ki, sızıntılar Ukraynanın hərbi planına, o cümlədən Ukrayna qüvvələrinin çoxdan gözlənilən yaz hücumuna dərhal təsir göstərəcək.

Rusiyaya gəlincə, o, sızmalardan ABŞ-nin müttəfiqləri arasında parçalanma yaratmaq üçün istifadə edəcək.

Rusiya Qərb dünyasını iblis obrazı ilə müqayisə etdiyindən Moskva buna dəlillər tapmalıdır. Lakin dəlil, demək olar ki, yoxdur, ona görə də mümkündür ki, sızdırılan sənədlər Rusiyanın təhlükəsizlik qüvvələrindəki hakerlərin əməyinin məhsuludur.

Aqşin Kərimov - DİA.AZ







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Dünən, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Dünən, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Dünən, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Dünən, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Dünən, 15:42
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 15:36
"Partiyada işlər nisbətən sakit gedir"
Dünən, 14:33
Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Dünən, 14:22
Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır - İLGİNC
Dünən, 14:12
Ermənistanda gözlənilməz qərar: - Müxalif deputat parlament sədrinin müavini seçildi
Dünən, 14:03
“Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir - Sona Qazaryan
Dünən, 14:00
Vətəndaş “İrşad”dan narazılıq edir - “Kondisioner bir ay sonra sıradan çıxdı, problemi həll etmirlər”
Dünən, 13:49
"Atəşgah Sığorta" 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
Dünən, 13:43
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya TƏYİN OLUNDU
Dünən, 13:42
Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb - SƏRƏNCAM
Dünən, 13:41
Mənzurədən QINAQ ATƏŞİ: - “Biz sənət üçün özümüzü öldürürdük, indikilər isə...”
Dünən, 13:39
Prezident Əliyev 2 səfiri geri çağırdı - SƏRƏNCAM
Dünən, 13:36
Tramp sözünü geri götürdü: - Ağ Ev şokda
Dünən, 13:31
“Sərnişin əlavə pul ödəməməlidir!” - Hüquqşünasdan metro AÇIQLAMASI
Dünən, 13:28
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın iki S-400-nü məhv edib
Dünən, 13:22
Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Dünən, 13:17
Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Dünən, 13:04
Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Dünən, 13:02
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Dünən, 13:00
İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Dünən, 12:09
Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Dünən, 12:05
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru