Bizimlə dirəşən o birilərlə barışır - NƏ BAŞ VERİR?
Tarix: 6-04-2023, 12:46 | Çap et
 İki müsəlman ölkəsini qeyri-müsəlman ölkəsi barışdırıb. İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Çinin paytaxtı Pekində saziş imzalayıblar. İmzalanma mərasimində Çin xarici işlər naziri Qin Gang iştirak edib. Çin ilk dəfədir ki, münaqişə tərəflərini barışdıran məkana çevrilib. Adətən bu rola ABŞ və Avropa İttifaqı iddia edirlər. Bu səbəbdən İranla Səudiyyə Ərəbistanın qəbul etdikləri barışıq planı və bu planda Çinin yer alması Qərb paytaxtlarında və İsraildə ciddi suallar yaradıb. Bu sazişə görə İran və Səudiyyə Ərəbistanı səfirliklərini və konsulluqlarını yenidən açmaq barədə razılaşıblar. Sazişdə iki ölkənin qarşılıqlı inamı və əməkdaşlığı genişləndirmək, regionda təhlükəsizlik, sabitlik və rifahın yaradılmasının hədəf göstərildiyi yazılıb. İki ölkənin xarici işlər nazirləri bir-birlərinə səfər etmək barədə də razılığa gəliblər. Tehran Səudiyyə Ərəbistanı ilə barışmaqla yanaşı 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfirini göndərib. İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri 2016-cı ildə pozulub. Həmin il Səudiyyə Ərəbistanında şiə din xadimləri terrorçuluq ittihamı ilə edam ediliblər. Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və iranlı nümayişçilər tərəfindən yandırılıb. Bu təxribata cavab olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib, Tehran isə bu ölkədəki səfirini geri çağırıb. Tehran nədən ərəb ölkələri ilə barışmağa qərar verib? Məsələ burasındadır ki, İran ətrafında halqa daralıb. Qərbin İrana qarşı sanksiyaları sərtləşib, ölkə daxilində etirazlar dayanmır, iqtisadi və sosial problemlər artıb. Tehran bu qədər problemlə üzləşərkən, o biri problemlərin həllini vacib sayıb. Tehranda anlayıblar ki, ərəb ölkələri ilə problemi özləri yaradıblar və gərginliyi davam etdirməyin İrana zərəri olacaq. Münasibətlərin gərgin olması ərəb ölkələrini İsrail və ABŞ-la anti-İran koalisiyasına sövq edə bilərdi. Bu İranın problemlərini daha da artıracaqdı. Ona görə də Tehran təcili şəkildə ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa qərar verib. Bu normallaşmanın nə qədər uzanacağını söyləmək çətindir. Çünki Tehranın keçmiş illərdə də ərəb ölkələri ilə münasibətləri normal olub, səfirliklər də fəaliyyət göstərib. Ancaq Tehran bu ölkələrin daxili işlərinə qarışdığına görə münasibətlər pozulub. Bunun yenidən təkrarlanacağını və Tehranın ərəb ölkələrinin daxili işlərinə qarışacağını istisna etmək olmaz. Azərbaycan nümunəsində məhz bunu müşahidə edirik. İran öz ətrafında problemlərin sayını azaltmaq məntiqiylə Azərbaycanla da münasibətlərin keçmiş illərdəki nisbətən normal axarına qaytarmağa çalışmalıdır. Əgər Tehran Azərbaycanın ABŞ-la İsrailin anti-İran koalisiyasında yer ala biləcəyindən şübhəlidirsə və naharatdırsa, Səudiyyə Ərəbistanı ilə olduğu kimi Azərbaycanla da münasibətlərin normallaşmasına çalışmalıdır. Ancaq hələ ki, bunun tərsi baş verir. Tehran münasibətlərin gərginləşməsi yolundan imtina etməyəcəyi halda Azərbaycanın anti-İran koalisiyasında yer alması ehtimalı artacaq. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14 |
|
|
|
| • “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09 |
|
|
|
| • Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31 |
|
|
|
| • “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23 |
|
|
|
| • “Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22 |
|
|
|
| • “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17 |
|
|
|
| • Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14 |
|
|
|
| • Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10 |
|
|
|
| • Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07 |
|
|
|
| • VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06 |
|
|
|
| • “Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04 |
|
|
|
| • Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59 |
|
|
|
| • 60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54 |
|
|
|
| • Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
| • "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45 |
|
|
|
| • "‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36 |
|
|
|
| • Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31 |
|
|
|
| • “David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26 |
|
|
|
| • Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22 |
|
|
|
| • Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20 |
|
|
|
| • Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17 |
|
|
|
| • Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16 |
|
|
|
| • «Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10 |
|
|
|
| • FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Dünən, 15:59 |
|
|
|
| • Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Dünən, 15:53 |
|
|
|
| • ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Dünən, 15:50 |
|
|
|
| • Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Dünən, 15:44 |
|
|
|
| • Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Dünən, 15:42 |
|
|
|
| • AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 15:36 |
|
|
|
| • "Partiyada işlər nisbətən sakit gedir"
Dünən, 14:33 |
|
|
|
| • Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Dünən, 14:22 |
|
|
|
| • Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır - İLGİNC
Dünən, 14:12 |
|
|
|
| • Ermənistanda gözlənilməz qərar: - Müxalif deputat parlament sədrinin müavini seçildi
Dünən, 14:03 |
|
|
|
| • “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir - Sona Qazaryan
Dünən, 14:00 |
|
|
|
| • Vətəndaş “İrşad”dan narazılıq edir - “Kondisioner bir ay sonra sıradan çıxdı, problemi həll etmirlər”
Dünən, 13:49 |
|
|
|
| • "Atəşgah Sığorta" 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
Dünən, 13:43 |
|
|
|
| • Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya TƏYİN OLUNDU
Dünən, 13:42 |
|
|
|
| • Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb - SƏRƏNCAM
Dünən, 13:41 |
|
|
|
| • Mənzurədən QINAQ ATƏŞİ: - “Biz sənət üçün özümüzü öldürürdük, indikilər isə...”
Dünən, 13:39 |
|
|
|
| • Prezident Əliyev 2 səfiri geri çağırdı - SƏRƏNCAM
Dünən, 13:36 |
|
|
|
| • Tramp sözünü geri götürdü: - Ağ Ev şokda
Dünən, 13:31 |
|
|
|
| • “Sərnişin əlavə pul ödəməməlidir!” - Hüquqşünasdan metro AÇIQLAMASI
Dünən, 13:28 |
|
|
|
| • Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın iki S-400-nü məhv edib
Dünən, 13:22 |
|
|
|
| • Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Dünən, 13:17 |
|
|
|
| • Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Dünən, 13:04 |
|
|
|
| • Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Dünən, 13:02 |
|
|
|
| • “O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Dünən, 13:00 |
|
|
|
| • İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Dünən, 12:09 |
|
|
|
| • Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Dünən, 12:05 |
|
|
|
| • "Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Dünən, 12:00 |
|
|
|
|