“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                     Yasəmənin ölümü yenidən araşdırılacaq .....                     "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" .....                     "‘Kasko’ nəyə lazımdır?" .....                     Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? .....                     “David Seliverstov”la deputatı nə birləşdirir? .....                     Mahmud Əhmədinejadın .....                     Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? .....                     Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib .....                     Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu .....                     «Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? .....                     FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir .....                     Şıxov çimərliyində iki qadın dənizdə boğulub .....                     ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? .....                     Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? .....                     Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı .....                     AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib .....                     "Partiyada işlər nisbətən sakit gedir" .....                     Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... .....                     Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır .....                     Ermənistanda gözlənilməz qərar: .....                     “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir .....                     Vətəndaş “İrşad”dan narazılıq edir .....                     "Atəşgah Sığorta" 1 milyon manat zərər edib .....                     Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya .....                     Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb .....                     Mənzurədən QINAQ ATƏŞİ: .....                     Prezident Əliyev 2 səfiri geri çağırdı .....                 

Hər kəsin Türkiyədə öz marağı var... - İNCƏLƏMƏ...
Tarix: 8-03-2023, 08:00 | Çap et
Hər kəsin Türkiyədə öz marağı var...
Türkiyədə yaxınlaşan prezident seçkisinin nəticələrini qurmaq üçün qlobal güclər arasında çarpışmalar gedir.
Qlobal diqqətlərin seçki prosesinə cəmləşməsi Türkiyənin oyunçuluq bacarıqlarının və güc balansındakı tarazlaşdırıcı mövqeyinin yönləndirilməsi üçün nəticələrin hasil edilməsinə yönəlir.
Türkiyə Qərbin təzyiqləri ilə üzləşən ölkələr sırasında özünəməxsus yerdə qərarlaşır, Ankaranın PKK terrorçuları ilə mübarizəsi, Suriya və İraqdakı əməliyyatları, Cənubi Qafqaz orbitindəki güclənən iştirakı və sair Qərbin mütləq maraqları ilə uyğunluq təşkil etmir.
Türkiyə ilə Rusiya hər nə qədər bir-birinə tərəfdaş olsalar da, bu iki ölkənin tarixi-siyasi istinadlar nöqtəsi onların gizli rəqibliyinə gətirib çıxarır.
Beləliklə Türkiyədəki seçki Rusiya ilə Qərbin strateji xəttinin hansı formada davam edə biləcəyini müəyyən edən xarakterə malikdir.
Ona görə də qlobal qütblərin uclarında dayanıb dünyanı öz malı kimi görən güclər Türkiyədəki proseslərə yön verərək seçki nəticələrinə təsir göstərməyə cəhdlər edirlər.
Hərçənd ki, Türkiyənin xarici siyasətinin koordinatları dəyişməzdir və Ankara hakimiyyət kürsüsünə kimlərin yiyələnməsindən asılı olmayaraq dərin strateji maraqlarından əl çəkən deyil.
Ancaq hakimiyyətdəki fiqurların şəxsi xarakteri, qətiyyətindəki doza bu xətti qlobal oyunçulardan hansının maraqlarına uyğun şəkildə tərtib etməsini şərtləndirə bilər, ona görə də hərə özünə sərf edən siyasətçiyə sərmayə yatırmaq istəyəcək.
Bu, həm hərfi, həm də əsl mənada investisiya qoymaq üçün yarışı körükləyir.
Qərb üçün Türkiyənin indiki iqtidarı bir qədər problemlidir, ona görə ki, o, əvvəlki hakimiyyətlərdən fərqli olaraq Türkiyəni daha iddialı və böyük maraqlar ənginliyinə doğru istiqamətləndirir. Üstəgəl, Türkiyə NATO üzvlərindən ABŞ-nin, Fransanın maraqlarına zidd addımlarını itiləşdirməklə xeyli irəliyə doğru çıxa bilib.
Böyük Britaniyaya gəlincə, onu fərqli davranışlar səbəbindən Türkiyəyə qarşı müxalif mövqedə dayanan dövlət kimi tanıtmaq yanlış olardı. Britaniyanın Türkiyə üzrə siyasətinin cövhəri ABŞ-dən fərqlənir, çünki Ankara ilə Londonun güclənən açıq-gizli tərəfdaşlığı onları bir-birinin strateji maraqlarını nəzərə almağa vadar edir.
Rusiya Türkiyə iqtidarı ilə yaxın münasibətlər sistemindədir, Ankaranın Ukrayna müharibəsində Kiyevi dəstəkləməsinə baxmayaraq, onun Moskvanın strateji maraqları əleyhinə kampaniyada iştirak etməməsi əlaqələri daha da yaxşılaşdırır.
Ona görə də Kreml üçün Türkiyənin cari hökuməti problemli bir mahiyyətə sahib deyil, hərçənd ki, iki ölkənin oxları Suriyada bir-birinin ziddində dayanan cəbhələrdə bərqərar olub.
Türkiyə Suriyada ümumilikdə üç tərəflə savaşır: ABŞ, Rusiya və İran. Lakin Türkiyə Suriyada Rusiya ilə də dil tapa bilir və bir-birlərinə rəqib olsalar da, onlar ortaq maraqlar platformasını formalaşdırmağı bacarırlar.
Lakin Rusiya Türkiyədəki seçkidə piar qurmaq üçün pul xərcləməkdən ötrü sinov getmir, çünki onun başı Ukraynadakı müharibəyə qarışıb, üstəgəl Kreml belə məsələlərdə xəsisdir.
Ona görə də Rusiya daha varlı ölkələrin, məsələn, körfəz regionuna daxil olan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn, Qətərin Türkiyəyə yönəlmiş maliyyə axınlarını öz istədiyi nəticə üçün həlledici sayır.
Nəzərə almaq lazımdır ki, bu ölkələr Ukraynadakı müharibədən sonra Rusiyaya qarşı başlayan genişmiqyaslı tədbirlərə qoşulmayıblar – bu isə Moskva üçün göydəndüşmə fürsətdir.
Səudiyyə Ərəbistanı ABŞ-nin Rusiyanı zəiftləmək üçün neft hasilatını çoxaltmaq tələblərini yerinə yetirmir, görünür ki, Ər-Riyad Moskva ilə əlaqələri daha üstün sayır.
Söhbət körfəz ölkələrinin ərəb dövlətlərindən düşmüşkən, son bir neçə ayda Çinin bu regionda iştirakını sürətləndirmək və gücləndirmək meyilləri müşahidə edilməkdədir.
Pekinin belə həmlələri ABŞ-nin maraqlarına qarşı formullarda Rusiyaya sərfəli ideyalar təqdim edir, ona görədir ki, Moskva Çinlə əməkdaşlığın vektorlarını genişləndirir.
Buradan məntiqli bir nəticə çıxarmağa cəhd edə bilərik, deməli:
- Rusiya-Çin oxu Türkiyədəki mövcud iqtidarın qalmasında maraqlıdır;
- Qərb isə iqtidara müxalif qüvvələri ayaqlandırıb, onların hakimiyyətə gəlməsinə səy göstərir.
Ancaq burada bir xeyli “əmma” ortalığa çıxır. İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini qarşıya məqsəd qoyan Qərb Türkiyə hakimiyyətinin seçkiyə qədər üzvlük üçün rıçaqları əlində saxlayacağını dərk edir.
Türkiyə dövləti isə Qərbin ölkə daxilindəki təsirləri ilə Suriya arasında bağlantı qurmaq ehtimallarını təhlil edir, bu ziddiyyətli nöqtələr nə qədər qəribə görünsə də, Ankara-Qərb danışıqlarında razılaşma və ya sövdələşmə ssenarilərini göz önünə sərir.
Bu, Türkiyə ilə Qərb arasında qarşılıqlı maraqlar və ehtiyaclar əsasında kompromislərlə nəticələnə bilər.
Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Dünən, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Dünən, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Dünən, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Dünən, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Dünən, 15:42
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 15:36
"Partiyada işlər nisbətən sakit gedir"
Dünən, 14:33
Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Dünən, 14:22
Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır - İLGİNC
Dünən, 14:12
Ermənistanda gözlənilməz qərar: - Müxalif deputat parlament sədrinin müavini seçildi
Dünən, 14:03
“Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir - Sona Qazaryan
Dünən, 14:00
Vətəndaş “İrşad”dan narazılıq edir - “Kondisioner bir ay sonra sıradan çıxdı, problemi həll etmirlər”
Dünən, 13:49
"Atəşgah Sığorta" 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
Dünən, 13:43
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya TƏYİN OLUNDU
Dünən, 13:42
Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb - SƏRƏNCAM
Dünən, 13:41
Mənzurədən QINAQ ATƏŞİ: - “Biz sənət üçün özümüzü öldürürdük, indikilər isə...”
Dünən, 13:39
Prezident Əliyev 2 səfiri geri çağırdı - SƏRƏNCAM
Dünən, 13:36
Tramp sözünü geri götürdü: - Ağ Ev şokda
Dünən, 13:31
“Sərnişin əlavə pul ödəməməlidir!” - Hüquqşünasdan metro AÇIQLAMASI
Dünən, 13:28
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın iki S-400-nü məhv edib
Dünən, 13:22
Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Dünən, 13:17
Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Dünən, 13:04
Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Dünən, 13:02
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Dünən, 13:00
İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Dünən, 12:09
Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Dünən, 12:05
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru