CHP-nin Hataydakı möcüzəsi - Xain hər yerdə XAİNDİR!
Tarix: 13-02-2023, 08:11 |
Çap et
Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir bina belə uçmamayıb. Niyə? Çünki Erzin rayon bələdiyyəsinin sədri Ökkeş Almasoğlu CHP-nin üzvüdür. Bizim müxalifət bu faktdan AKP-ni vurmaq və Tayyip Ərdoğanı aşağılamaq üçün istifadə edir.
Həqiqət isə belədir. Sayın Ökkeş Almasoğlu 2019-cu ildə bələdiyyə sədri seçilib. Ondan əvvəl isə həmin əraziyə AKP-li bələdiyyə sədri rəhbərlik edib. Son 24 ilin siyahısı belədir:
• 1999-2004: CHP'li Mehmet Güven
• 2004-2009: CHP'li Mehmet Güven
• 2009-2014: AK Partili Kasım Şimşek
• 2014-2019: AK Partili Kasım Şimşek
• 2019-2023: CHP'li Ökkeş Elmasoğlu
Siz insanları aldadırsınız. Bilə-bilə yalan danışırsız. Yalan danışırsızsa, deməli, namuslu adam deyilsiz. Axı 2009-cu ildən 2019-cu ilə qədər əraziyə AKP rəhbərlik edib. Yəni AKP dönəmində oralarda bina tikintisi heç olmayıb? Bu ki absurdur...
Türkcədə olan “tr.euronews” saytı belə yazır: “31 Mart 2019 Yerel seçimlerinde Cumhuriyet Halk Partisi’nden Erzin Belediye Başkan adayı olarak seçilen Elmasoğlu evli ve iki kız çocuğu babası. Elmasoğlu'ndan önce belediyenin iki dönem başkanlığını yapan Kasım Şimşek ise AK Parti'dendi”...
İkinci mənbə isə “gazeteilksayfa.com” saytıdır. “tr.euronews” saytına inanmayanlar ora da baxa bilər...
Amma biləsiz ki, siz insanları aldadırsınız. Bilə-bilə yalan danışırsız. Yalan danışırsızsa, deməli, namuslu adam deyilsiz...
Elbəyi HƏSƏNLİ - DİA.AZ