Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                     Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: .....                     “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                     Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI .....                     Ermənistan dəmir yumruğu deyəsən unudub .....                     Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… .....                     7-8 kiloluq quzuları niyə kəsirlər? .....                     İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf .....                     Zərdabda əkin sahələrinin su təminatına .....                     Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? .....                     Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur .....                     9 milyon manatlıq tender bu şirkətə verildi .....                     Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... .....                     Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq .....                     Kəngərlidə camaat əkin-biçinə su tapmır... .....                     Ayanın "havalı" obrazları .....                     “O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” .....                     Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi .....                     Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi .....                     Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? .....                     MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                     Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin .....                     "Mərdəkanlı Amin"in qardaşı yenidən .....                     Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                 

İstanbul terrorunun izləri haralara aparır: Üç istiqamət, tək hədəf - İNCƏLƏMƏ
Tarix: 16-11-2022, 11:15 | Çap et
İstanbul terrorunun izləri haralara aparır: Üç istiqamət, tək hədəf
Noyabrın 13-də İstanbulun mərkəzində, Taksim meydanında 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror aktı həyata keçirildi. Türkiyə hüquq-mühafizə orqanları dərhal araşdırmaya başladı və hadisəni törətməkdə şübhəli bilinən bir qadın saxlanıldı. İstanbul Polis İdarəsi terror hadisəsini törədən şəxsin Suriyadan olan Ahlam Albashir (Əhləm Əlbəşir) olduğunu açıqladı. Qadın dindirilmə zamanı hadisəni etiraf etdi, təlimatı PKK-nın uzantısı olan YPG/PYD terror qruplaşmasından aldığını söylədi.

Hazırda hadisə ilə bağlı detallı və geniş araşdırma aparılmaqdadır. Bununla yanaşı, hadisənin hansı qüvvələrin göstərişi ilə həyata keçirildiyi haqqında müxtəlif versiyalar səsləndirilir. Versiyalar içərisində işin arxasında ABŞ-ın dayandığı versiyası üstünlük təşkil edir. Belə ki, YPG/PYD ünsürlərini İraq və Suriyada dəstəkləyənin ABŞ olduğu heç kimə sirr deyil. Eyni zamanda, hadisə ilə bağlı danışan Türkiyənin daxili işlər naziri də ABŞ-ı nişan göstərdi.

Ekspertlər bildirirlər ki, bu, Türkiyəyə verilən siyasi mesajdır. Çünki son vaxtlar Türkiyənin dünyada nüfuzu və çəkisi durmadan artır. Türkiyənin qlobal güc olmasını istəməyən qüvvələr isə sabitliyi pozmaqla bu siyasətin qarşısını almağa cəhd göstərirlər.

DİA.AZ bildirir ki, AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, İstanbulda ilk dəfə deyil ki, belə bir terror hadisəsi baş verir:

- Türkiyəni hədəf alanlar İstanbulun mərkəzini, İstiqlal küçəsini ona görə seçirlər ki, guya, Türkiyənin gözü bununla daha çox qorxacaq. Terrorun baş verdiyi ərazi İstanbulun ən məşhur yeridir, turistlərin daha çox getdiyi yerdir. Amma bununla Türkiyəni qorxutmaq mümkün deyil. Türkiyə ordusu və polisi son illərdə çox uğurlu əməliyyatlar keçirib. PKK-nın, onun qollarının İraqdakı, Suriyadakı və ölkənin daxilindəki uzantıları zərərsizləşdirilib. Təkcə bu ilə ərzində yüzlərlə terrorun qarşısı alınıb. Amma təəssüf ki, terrorla mübarizədə tam uğur əldə etmək çətin məsələdir. Onu da nəzərə almaq lazımdır ki, PKK terror qruplaşması Türkiyədən güclü zərbələr alsa da, görünür, müxtəlif şəhərlərdə hələ də yatmış hücrələr mövcuddur. Bu hücrələr zaman-zaman hərəkətə gətirilir və terror aktları törədə bilirlər.

- Bundan sonra anti-terror əməliyyatları daha da şiddətlənəcəkmi?

- Təbii ki, şiddətlənəcək. Türkiyə ordusu və polisi terrorçulara daha güclü zərbələr endirəcək. PKK-nın Suriyadakı və İraqdakı kampları bombalanacaq. Terror əmri, böyük ehtimalla, Kandildən verilib. Amma terror qruplaşması anlamamış deyildi ki, bu aktın ağır cavabı olacaq.

- Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlamasında ABŞ-ın başsağlığını qəbul etmədiklərini bəyan etdi. Nazir bununla nəyə işarə etdi?

- Ərdoğan da G20 Sammitinə qatılmaq üçün İndoneziyaya səfərindən əvvəl hava limanında ABŞ-ı sərt tənqid etdi və bildirdi ki, baş terrorçu Pensilvaniyada rahat yaşayır, Amerika isə onu Türkiyəyə təslim etmir. Süleyman Soylu isə “başsağlığını qəbul etmirik” deməklə yanaşı, PKK-nın qolu olan YPG/PYD-yə ABŞ tərəfindən maliyyə yardımı, silah yardımı edilməsini qınadı. Hansı ki, İstanbulda terror törədən şəxs etiraf etdi ki, tapşırığı YPG/PYD-dən alıb. Belə halda, ABŞ-ın Türkiyəni müttəfiq adlandırması məntiqdən uzaqdır. Soylunun açıqlaması həm də bir mesaj idi ki, terrorçulara qarşı amansız davranılacaq, hətta hava zərbələri endiriləcək. Çünki terrorun kökünü kəsmək lazımdır. Bu, belə davam edə bilməz. Kökü kəsilməsə, zaman-zaman belə terror aktları baş verəcək.

- Türkiyənin böyük şəhərlərində buna bənzər terror aktları 4-5 il idi ki olmurdu. Demək olar ki, daxildəki terrorçu ünsürlər zərərsizləşdirilmişdi. Xeyli zamandan sonra yenidən terrorun baş verməsi sual doğurur...

- Bu illər ərzində Türkiyə ordusu və polisi terrorçulara qarşı dağıdıcı zərbələr endirib. Amma dediyim kimi, nə qədər zərərsizləşdirilsələr də, yenə də yatmış hücrələri var. Türkiyənin uğurlu anti-terror əməliyyatları davam edir. Elə Soylunun açıqlamalarına görə, PKK-nın Türkiyə ərazisindəki ünsürlərinin sayı xeyli azalıb və nazir vəd verdi ki, 2023-cü ilədək bir PKK-çı belə, ölkə ərazisində qalmayacaq. Lakin yatmış hücrələr zaman-zaman hərəkətə keçmək əmri alırlar. Yəqin ki, gizli hücrələr bundan sonra da hansısa aktlar həyata keçirə bilər. Bundan Türkiyə sığortalanmayıb. Sadəcə olaraq ciddi əməliyyatlar aparılır, zərərsizləşdirmə tədbirləri görülür, bundan sonra daha sərt addımlar atılacaq.

- Erməni mənşəli terror təşkilatı olan ASALA-dan da bir bəyanat gəldi və bildirdilər ki, İstanbuldakı terroru onlar törədiblər...

- ASALA zamanında Türkiyəyə qarşı terror törədib, türk diplomatları qətlə yetiriblər və s. 1990-cı illərdən sonra ASALA bir qədər qeybə çəkildi. Amma bu, o demək deyil ki, yox oldular. Ermənilər qorxdular ki, əgər bu terrorları davam etdirsələr, Qərb ölkələrindən yetərincə dəstək ala bilməzlər. Lakin yoxa çıxmayıblar. Ola bilsin ki, İstanbuldakı terror aktında ASALA-nın də əli var. Hər halda bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq.

Onu da qeyd edim ki, İran da bu üsullardan zaman-zaman istifadə edir. 1990-cı illərdə Argentinada bir yəhudi mərkəzi partladılmışdı, yüzlərlə insan ölmüşdü. Bunun araşdırması aparıldı və izi Tehrana gəldi çıxdı. Deməyim odur ki, İranın bu üsullardan istifadə etməsini bilirik. Hazırda İran Azərbaycanla gərginlik yaşayır. Məlumdur ki, Türkiyə Azərbaycanın qardaşı, ən yaxın müttəfiqidir. Bununla İran Türkiyəyə bir mesaj vermək niyyəti də güdə bilər.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan DTX İrana casusluq edən şəbəkəni ifşa etdi. Təsəvvür edin, gəmi kapitanını belə, öz agentlərinə çevirə biliblər. Deməyim odur ki, bu proseslər bir-biri ilə bağlı məsələlərdir. Son günlər İranla Azərbaycan arasında vəziyyət son dərəcə gərginləşib, bizə qarşı təxribat xarakterli açıqlamalar verilir. İran Parlamentində Prezident İlham Əliyevi və Azərbaycanı hədəf götürüblər. Biz diqqətli olmalıyıq, həm də son dərəcə.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... - "Siz bir yerdə işləyirsiniz..."
Bu gün, 10:43
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq - GƏRGİNLİK
Bu gün, 10:41
Kəngərlidə camaat əkin-biçinə su tapmır... - GİLEY
Bu gün, 10:37
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru