Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                     Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: .....                     “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                     Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI .....                     Ermənistan dəmir yumruğu deyəsən unudub .....                     Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… .....                     7-8 kiloluq quzuları niyə kəsirlər? .....                     İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf .....                     Zərdabda əkin sahələrinin su təminatına .....                     Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? .....                     Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur .....                     9 milyon manatlıq tender bu şirkətə verildi .....                     Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... .....                 

Son dörd ayda üçüncü lider: kardinal dəyişim, “hədsiz demokratiya”nın nəticəsi, yoxsa... - İNCƏLƏMƏ...
Tarix: 27-10-2022, 11:27 | Çap et
Son dörd ayda üçüncü lider: kardinal dəyişim, “hədsiz demokratiya”nın nəticəsi, yoxsa...
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin Baş naziri postuna Hindistan əsilli sabiq maliyyə naziri Rişi Sunak seçilib. Onun yeganə rəqibi Penni Mordont sədrlik üçün mübarizə aparmayacağını elan edib. Beləliklə, Sunak bu vəzifədə ötən həftə istefa vermiş Liz Trassı əvəz edəcək.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həyata keçirə bilmədiyi üçün istefa verib. Cəmi bir neçə ay bu postda çalışan Trassın istefasının ardınca Boris Consonun yenidən Baş nazir olacağı iddia edilsə də, o, namizədliyini geri götürüb. Bununla bağlı bəyanatında bildirib ki, yerini gənclərə vermək niyyətindədir.

42 yaşlı Rişi Sunak Britaniya tarixində müasir dövrün ən gənc Baş naziri olub. Sunak hind əsillidir və ailəsi ilə birlikdə ötən əsrin 60-cı illərində Şərqi Afrikadan İngiltərəyə köçüb. Prestijli “Winchester” məktəbində oxuyan Sunak yay tətillərində ofisiant kimi çalışıb. Sonra Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.

O, aspirant olduğu Stenford Universitetində təhsil alarkən nəhəng IT şirkətinin həmtəsisçisi, hindistanlı milyarder Narayana Murtinin qızı - varisi Akşata Murti ilə evlənib. Bir müddət “Goldman Sachs”da analitik olaraq çalışan Sunak daha sonra iki fondun həmtəsisçisi olub.

Böyük Britaniyanın dünyanın aparıcı ölkələrindən biri olduğunu və yeni Baş nazirin beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli töhfələr verə biləcəyini nəzərə alsaq, Sunakın rəhbərliyi hansı dəyişikliklərə yol açacaq?

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, keçmiş maliyyə naziri Rişi Sunakın Böyük Britaniyanın növbəti Baş naziri olacağı gözlənilən idi: “Daha çox ehtimallar məhz onun üzərində idi. Buna qədər keçmiş Baş nazir Boris Consonun şansı daha çox qiymətləndirilirdi. Xüsusən Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilkin dövrlərində Ukraynaya açıq dəstəyi, ən gərgin dönəmdə Kiyevə səfər etməsi ona qarşı xüsusi rəğbət yaradırdı. Lakin Conson seçki marafonu dövründə öz namizədliyini geri götürüb. Bununla bağlı bəyanatını da mətbuata təqdim etdi”.

“Təbii ki, Böyük Britaniya dünyanın aparıcı ölkələrindən biridir və orada keçirilən seçkilər bütün dünyanın maraq dairəsində idi. Bu mənada seçki marafonun dünya kütləvi informasiya vasitələri tərəfindən izlənməsi təbiidir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin fikrincə, bu seçkilər Britaniyanın daxili və xarici siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq: “Böyük Britaniya o ölkələrdəndir ki, burada iqtidarda kimin olması ümumi yürüdülən siyasətə ciddi təsir etmir. Bu mənada kiminsə Baş nazir seçilməsinin də ciddi dəyişikliklərə gətirib çıxaracağı qənaətində deyiləm. Bu, həm daxili məsələlərdə, həm də xarici siyasətdə belədir”.

“Məlumdur ki, Britaniya ABŞ-la birlikdə diplomatik siyasət yürüdür və Rusiyaya qarşı eyni cəbhədən mübarizə aparırlar. Təbii ki, Qərbin, ABŞ və Britaniyanın Rusiyaya münasibəti olduğu kimi davam edəcək. Sunak özü də bununla bağlı qəti mövqeyini ortaya qoyub. İngiltərənin mövcud siyasi kursu Ukraynanı dəstəkləməkdən və Rusiyaya qarşı təzyiqləri artırmaqdan ibarətdir. Hökumətə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu siyasət dəyişməyəcək”, - deyə Mollazadə vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Sunakın Baş nazir seçilməsi Böyük Britaniya üçün yenilik sayıla bilər: “Əvvəla ona görə ki, onun 42 yaşı var və hind əsillidir. Belə bir adamın Böyük Britaniya kimi nəhəng dövlətə rəhbərlik etməsi yenilik sayıla bilər. Əslində ən şanslı namizəd Boris Conson idi, o da öz namizədliyini geri götürdü. Görünən budur ki, hədsiz demokratiya bəzən problemlərə yol açır. Məhz elə bunun nəticəsidir ki, Böyük Britaniya kimi böyük ölkə son dörd ayda üçüncü hökumət rəhbərini seçir”.

“Burada daxili və xarici amilləri də qeyd etmək lazımdır. Daxili amillər inflyasiya, bahalaşma, dünya miqyasında böhranla əlaqədardır. Xarici amillər isə əsasən Ukrayna böhranı ilə bağlıdır. Düzdür, Ukrayna ciddi nəticələr əldə edir, Rusiya küncə sıxışdırılır, ancaq bu gün də müharibə davam edir və real nəticəyə nail olunmayıb”, - deyə müsahibimiz qeyd edib.

Consonun namizədliyini götürməsini kənar təzyiq kimi qiymətləndirən Hüseynli hesab edir ki, Böyük Britaniyada bu, tamamilə gözlənilən bir siyasi hadisədir: “Lordlar Palatası necə ki, müxtəlif təzyiq alətlərindən istifadə edərək Boris Consonu, ardınca xanım Liz Trassı yola salmağa müvəffəq oldu, yəqin ki, Consonu da namizəd olmağa onlar qoymadılar. Hətta seçkilərdən sonra deyirdilər ki, Lordlar Palatasının dəstək verdiyi namizəd Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri olacaq. Görünür, Palata Sunakın üzərində dayanmağa üstünlük verdi”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... - "Siz bir yerdə işləyirsiniz..."
Bu gün, 10:43
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq - GƏRGİNLİK
Bu gün, 10:41
Kəngərlidə camaat əkin-biçinə su tapmır... - GİLEY
Bu gün, 10:37
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru