TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                     “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... .....                     Sülh sazişi Vaşinqtonda imzalanacaq .....                     Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı .....                     Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? .....                     Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                 

“Çin Rusiyaya görə ABŞ-la münasibətlərini korlamayacaq” - Putinin son qalası da çökür
Tarix: 11-03-2022, 15:16 | Çap et
 “Çin Rusiyaya görə ABŞ-la münasibətlərini korlamayacaq”
ABŞ-ın ticarət naziri Cina Raimondo Çin şirkətlərini Rusiyaya qarşı sanksiyaları pozacaqları təqdirdə, ABŞ-ın əsas texnologiyalarına giriş qadağası ilə hədələyib. Deyib ki, Bayden administrasiyası SMIC və Çinin digər çip istehsalçılarının qabaqcıl çiplərin yaradılması üçün vacib olan ABŞ istehsalı alətlər və proqram təminatına çıxışını dayandıra bilər. Onun sözlərinə görə, onlar bu materialı Rusiyaya verməməklə öz maraqlarını güdürlər.

Amerika mətbuatı iddia edir ki, ABŞ Rusiya və Belarusda çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini bağlaya bilər. Qeyd edək ki, Ukraynaya müdaxilədən əvvəl Rusiya çiplərin çoxunu Çindən alırdı.

Bir çox ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının (ÇXR) rəhbəri Si Tsinpin arasındakı əlaqələri imtahana çəkir. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Çinə də baha başa gəlir. Bu iki nəhəng dövlət ABŞ və Qərbə qarşı vahid cəbhədə mübarizə aparsa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rəsmi Pekin Moskvanı müdafiə etməkdən imtina edir. Anlayır ki, bu halda sürətlə inkişaf edən iqtisadiyyatını zərbə altına qoya bilər.

Xatırladaq ki, inauqurasiya çıxışı zamanı Bayden ölkəsinin Rusiya və Çinə qarşı ciddi mübarizəyə səfərbər olacağını bəyan edib. Çinin Vaşinqtonun strateji müttəfiqi Tayvanı öz ərazisi adlandırması ABŞ-Çin münasibətlərini zərbə altına qoymaqla yanaşı, bu iki dövlət arasında hərbi ritorikanı da artırır. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya şərhində söyləyib ki, ABŞ hər vəchlə Rusiya ilə Çinin arasını vurmağa çalışır: “ABŞ-Rusiya böhranının ABŞ-Çin qarşıdurmasına gətirib çıxaracağı inandırıcı deyil. Hazırda Amerika və Avropa bütün diqqətini Rusiyaya qarşı yönəldib. Şimal qonşumuza qarşı tarixdə ilk dəfə olaraq ağır iqtisadi, maliyyə və digər sanksiyalar tətbiq olunur. Ən yüksək səviyyədə olan məmurlardan tutmuş onların ətrafında olan oliqarx-biznesmenlərə qədər rus elitasının əmlaklarına əl qoyulub. Rusiyanın neft-qaz sektoruna tətbiq edilən sanksiyalar isə daha təsirli olacaq. Çünki bu ölkənin iqtisadiyyatının əsasını məhz həmin sahələr təşkil edir”.

“Belə olan halda Moskva ilə iqtisadi-siyasi münasibətlərdə olan dövlətləri də bu prosesə cəlb etməyə çalışacaqlar. Burada əsas məqsəd sanksiyaların effektivliyini artırmaq və daha dağıdıcı olmasını təmin etməklə, qısa müddətdə hədəfə çatmaqdır. Aydın məsələdir ki, Çinlə Rusiya arasında ikitərəfli və çoxşaxəli strateji müttəfiqlik münasibətləri mövcuddur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, xarici siyasətdə hər iki dövlət qarşılıqlı dəstək nümayiş etdirir: “Çin böyük dövlətdir və Qərbin ondan əsas istəyi odur ki, Rusiyaya qarşı sanksiyalarda iştirak etsin. Amerika xarici siyasətində Çini əsas rəqib kimi göstərsə də, Moskvaya yönəlik sanksiyaların daha təsirli olması üçün onunla da əməkdaşlığa hazırdır. Bu sıraya Venesuelanı da əlavə etmək olar. Artıq Venesuela ilə münasibətlərin bərpası istiqamətində iş aparılır. Çünki Rusiya neftindən və qazından asılılığa son qoymaq üçün bu ölkə daha cəlbedici görünür”.

“Hazırda Çinin bəzi bankları sanksiyalardan yayınmaq üçün Rusiyadakı layihələrini maliyyələşdirməkdən imtina edib. Rusiyanın ətrafında halqanı daha çox sıxmaq və gəlir yerlərini daha çox qapatmaq niyyəti güdən bu siyasət davam edəcək. Bütün bunların fonunda Amerika Çinlə də danışıqlar aparmağa məcburdur. Yəqin ki, buna səy göstərəcək. Hər vəchlə Çinin Rusiyaya mümkün dəstəyinin qarşısını almağa çalışacaqlar”, - deyə deputat bildirib.

Məhəməliyev əlavə edib ki, ABŞ-Rusiya qarşıdurmasında qalib tərəf Çin olacaq: “Bu embarqolardan Rusiya ilə yanaşı Qərb dövlətləri də zərər görəcək. Onların arasında olan münaqişədən qazanan tərəf isə Çin olacaq. Pekin beynəlxalq münasibətlər sistemində öz rolunu dərk edir və bu böhrandan daha çox mənfəət əldə etməyə çalışacaq. Çini Rusiya ilə münasibətlərdən tamamilə ayırmaq ABŞ və Avropa üçün heç də asan olmayacaq”.

Politoloq Zərdüşt Əlizadə isə AYNA-ya açıqlamasında deyib ki, Çin Rusiyaya görə ABŞ-la münasibətlərə xələl gətirməyəcək: “Çin dünyanın nəhəng dövlətlərindən biridir. İqtisadiyyatı sürətlə böyüməkdədir və məhz bu səbəbdən Amerika onu özünə əsas rəqib elan edib. Bu gün ABŞ və Avropa başda olmaqla dünyanın hər tərəfindən Rusiyaya qarşı təzyiqlər davam edir. Putin elə bir səhvə yol verdi ki, artıq ölkənin çöküşdən xilası mümkün deyil. Nəhəng korporasiyalar Rusiyanı tərk edir, neft və qaz satışı dayandırılır, ağır maliyyə və iqtisadi sanksiyalar tətbiq edilir. Rus rublu sürətlə dəyər itirir və oliqarxlar hər gün milyardlarla dollar ziyana düşürlər”.

“Bir ay belə davam etsə, əhaliyə pensiya belə, verə bilməyəcəklər. Belə bir şəraitdə Çin nəyə görə Rusiyaya “stavka” etsin ki? Təbii ki, etməyəcək və zərurət yarandığı təqdirdə ABŞ-la bir yerdə olacaq”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, Çin Rusiyanı müdafiə etməyə deyil, münaqişədən daha çox qazanmağa çalışır: “Mövcud şərait Çinin dünya iqtisadiyyatında əhəmiyyətini daha da artırır. Rusiyanın gəlirləri əsasən neft və qaz sektorundan idi. Artıq ABŞ, Britaniya kimi dövlətlər Rusiyadan neft və qaz idxalını dayandırır. Böyük neft-qaz şirkətləri Rusiya bazarını tərk edirlər. Yüzlərlə şirkət, qlobal brend artıq bazarda yoxdur”.

“Müharibədən öncə mənə bu barədə müraciət edən jurnalistlərə bunun mümkün olmadığını deyirdim. Görün Putin nə qədər ağılsız imiş ki, buna getdi. Nəinki Çin və digər dövlətlər, rusların özləri də Putini müdafiə etməyəcəklər. O, mənasız və qudurğan rəftarının bədəlini ödəyəcək. Güman ki, bu qərar onun sonunu gətirəcək və heç bir ölkə də onunla yaxınlıq etməyəcək”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Bu gün, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Bu gün, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Bu gün, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Bu gün, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Bu gün, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Bu gün, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Bu gün, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Bu gün, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Bu gün, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Bu gün, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Bu gün, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Bu gün, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Bu gün, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Bu gün, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Bu gün, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Bu gün, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Bu gün, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Bu gün, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru