Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                 

“Qapalı səma” nədir və NATO onu Ukraynaya niyə vermir? - İNCƏLƏMƏ...
Tarix: 8-03-2022, 08:01 | Çap et
“Qapalı səma” nədir və NATO onu Ukraynaya niyə vermir?
Qapalı səma – NATO-nun hava hücumundan müdafiə (HHM) sistemidir. NATO-nun özü bu termindən istifadə etmir. Alyansın HHM sisteminin, ümumiyyətlə, vahid adı yoxdur. NATO HHM sistemi – düşmən təyyarə və raketlərindən müdafiə üçün nəzərdə tutulmuş bir neçə sistemin toplusudur. “Qapalı səma” sisteminin ən vacib hissəsi Active Layered Theater Ballistic Missile Defence (ALTBMD) (Aktiv Qatlı Ballistik Raket Müdafiə sistemi – red.) adlanır. Bu, NATO-nun raketdən müdafiə üzrə kontinental qalxanı sayılır.

Sözün əsl mənasında fantastik sistemdir. Buraya yüksək hündürlükdə daimi nəzarət aparan Lockheed Martin F-35 qırıcı-bombardmançıları daxildir. Təyyarələr yüksək həssaslığa malik radiolokasiya sistemləri (RLS) ilə təchiz olunub. Təsəvvür edin, cəmi bir neçə F-35 planetin bir yarımkürəsinə nəzarət etməyə, raketlərin buraxıldığı yeri qeydə almağa və onun trayektoriyasını müəyyənləşdirməyə bəs edir.

F-35-lərin ötürdüyü məlumatlar yerdəki RLS-ə və idarəetmə mərkəzinə daxil olur. Dərhal da önləyici raketlər işə salınır.

Avropada indinin özündə də geniş şəkildə istifadə olunan bu sistemlərin dəyəri bir neçə trilyon dollardır (bu barədə dəqiq məlumat yoxdur – red.). Tək F-35 qırıcısının qiyməti isə milyard dollardan artıqdır.

Ancaq necə deyərlər, verilən pula dəyər. Sistem o qədər mükəmməl qurulub ki, hətta eyni zamanda buraxılan istənilən sayda düşmən raketini məhv etməyə qadirdir.

Yaxşı, bəs NATO bunu Ukraynadan niyə əsirgəyir?

Bu heyrətamiz qalxan NATO üzvü olan ölkələrin üzərində 90 faiz qurulub və normal şəkildə işləyir. Paradoksal olan budur ki, “qapalı səma” sisteminin haqqında söz açdığımız ən vacib komponenti Ukraynanın ən böyük probleminə çevrilib.

Hələ 2009-cu ildə ABŞ prezidenti Barak Obama bu layihənin reallaşdırılmasına başlanıldığını elan etdi. Və… Bəli, bəli. Putin dərhal buna etirazını bildirdi. Etiraz məntiqli idi – NATO-nun bu HHM sistemi Avropanı Putinin raketləri üçün əlçatmaz edirdi! Rusiyanın HHM sistemləri sayılan C-200 və C-300 faktiki olaraq, F-35-ə qarşı dayanmaq gücündə deyildilər. Ekspertlər bildirirdilər ki, hələ 20 il sonra da Rusiya bu sistemin qarşısına nəsə çıxartmaq gücündə olmayacaq. F-35-in ən mühüm özəlliyi eyni zamanda həm hücum etmək, həm də müdafiə olunmaq imkanıdır.

Rusiya hesab edirdi ki, NATO bu sistemi yaratmaqla, Avropada Adi Silahlar Haqqında müqaviləni pozub. Bir sözlə, iş başlamamış gərginlik maksimuma çatdı.

Bax, indi NATO-nun çəkindiyi bu məsələdir – Ukraynada “qapalı səma” sistemi işə salınsa, Alyansın Rusiya ilə hərbi münaqişəsi başlayacaq. Putin NATO sistemlərinin Polşa, Rumıniya və Çexiyadakı bazalarını məhv etməyə cəhd edəcək. NATO, təbii ki, cavab zərbəsi endirəcək. Və üçüncü dünya müharibəsi hazırdır. Onun isə bircə nəticəsi olacaq – sivilizasiyanın məhvi, insanlığın sonu…

Dalan? Yoxsa Ukrayna nəsə edə bilər?

Ukrayna səması bağlansa, Putin doğrudanmı NATO HHM bazalarını vurar? Bu, hələ bəlli deyil. O, bir neçə dəfə xəbərdarlıq edib ki, Ukraynadan gözünüzü çəkməsəniz, Avropanı vura bilərəm. Həqiqətən də vurarmı, heç kim bilmir. Hələ ki, heç kim onu belə bir seçim qarşısında qoymayıb.

Keçmişdəki bütün bənzər epizodlarda (Gürcüstan, Donbas, Suriya) NATO ona baş qoşmamağa çalışırdı. Bəs, birdən öz gücünü göstərməyə cəhd etsə? Onda necə olacaq?

Bir şey aydındır ki, Zelenski “qapalı səma” məsələsində israr göstərməkdə haqlıdır. Yeri gəlmişkən, Avropada Ukrayna prezidentini bu mövzuda dəstəkləyən qüvvələr meydana çıxır. Hələ ki, azlıqda qalsalar da…

Bir sözlə, Ukrayna üçün “qapalı səma” – xilas deməkdir. Bu, müharibənin gedişini və nəticələrini əsaslı şəkildə dəyişdirəcək yeganə faktordur.

Bəlkə “Dəmir günbəz”?

İsrail HHM sistemi olan “Dəmir günbəz” (ivritcə – Kipat barzel) sınaqdan uğurla çıxmış və yaxşı nəticələri olan sistemdir. Ancaq bu sistem orta və uzaq mənzilli raketlərə qarşı hesablanıb. Rusiyanın “İskander”inə qarşı çətin ki, dayana bilsin.

Ukrayna öz “günbəz”ini yarada bilərmi? Əlbəttə. Amma zaman, texnologiya, mütəxəssis hazırlığı, sınaqlar, təlimlər… bütün bunlara vaxt lazımdır, o isə sadəcə, yoxdur.

Bəs bu şəraitdə qərb Ukraynaya real olaraq necə kömək edə bilər?

Cavab sadədir – özünün Patriot, yaxud THAAD tipli HHM sistemlərini verməklə. Bu sistemlər, 100 faizlik olmasa da, hazırkı vəziyyəti xeyli dərəcədə yaxşılaşdıra bilər. Bu cür mobil və universal sistemlər təyyarə və raketləri asanlıqla məhv etməyə qadırdir.

Hə, bu yerdə bir şad xəbəri bölüşmək olar. Ukrayna hazırda bu cür HHM sistemlərini qəbul etməyə hazırlaşır. Nə vaxta, hansı sistemləri, təchizatın həcmi – bunlar, təbii ki, sirdir.

Başqa bir sirr də var. Hələ ki, NATO-nun heç özü də bilmir ki, onun malik olduğu bu taktiki sistemlər Putinin yüksək dəqiqlikli silahları qarşısında nə dərəcədə effektivdir. Bax, bunu yoxlamaq üçün əsl fürsətdir.

Daha bir fürsət isə bu günlərdə meydana çıxıb – NATO-nun Ukraynaya HHM sistemləri göndərməsinə əvvəl etiraz edən Macarıstan indi qərarını dəyişib, qapıları açıb…

Press Klub








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Bu gün, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Bu gün, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Bu gün, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Bu gün, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Bu gün, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Bu gün, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Bu gün, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Bu gün, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Bu gün, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Bu gün, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Bu gün, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Bu gün, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Bu gün, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Bu gün, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Bu gün, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Bu gün, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Bu gün, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Bu gün, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Bu gün, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Bu gün, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Bu gün, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Bu gün, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Bu gün, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Bu gün, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Bu gün, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru