«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... .....                     Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                 

Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar – ABŞ Rusiya ilə cəbhə xəttini Qara dənizə çəkir?
Tarix: 6-11-2021, 09:26 | Çap et
Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar
Amerikanın respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner noyabrın 5-də ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və döyüş gəmilərini Qara dənizə göndərməyə çağırıblar.

Ovqat.com-un məlumatına görə, konqresmenlər ABŞ prezidentinə yazdıqları məktubla bu tələblərini irəli sürüblər.

ABŞ-ın həftəlik “Defense News” nəşrində dərc olunan məktubda bildirilir:

"Rusiya qoşunlarının bu yaxınlarda Ukrayna sərhədində cəmləşməsi ilə əlaqədar biz sizin administrasiyanı kəşfiyyat və silah sahəsində Ukraynaya dəstək vermək üçün dərhal və təcili tədbirlər görməyə çağırırıq".

Məktubda bildirilir ki, Bayden Administrasiyası Rusiyanın beynəlxalq hüquq və ərazi suverenliyinə davam etməkdə olan təcavüzünü göz ardı edə bilməz: "Bundan əlavə, biz təcili olaraq ABŞ-ın regionda lazımi hərbi mövcudluğu və mövqeyi məsələsini nəzərdən keçirməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün ABŞ-Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi üzrə müvafiq tədbirlərə başlamağa çağırırıq".

Məktub Ukrayna Müdafiə Nazirliyinin çərşənbə günü Rusiya qoşunlarının sərhədə qoşun yığması ilə bağlı yaydığı bəyanatından sonra yazılıb. Nəzərə alsaq ki, müəlliflər - Rocers və Turner müvafiq olaraq Nümayəndələr Palatasının Silahlı Qüvvələri Komitəsinin və Strateji Qüvvələr üzrə Alt Komitənin yüksək vəzifəli üzvləridir, onların altına imza atdıqları məktubun dəyəri daha artır.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin məlum bəyanatında Rusiyanın Donbass sərhədinə 90 mindən çox hərbçi və minlərlə hərbi texnika topladığı bildirilirdi. Məlumata zirehli döyüş texnikalarının, tankların və özüyeriyən artilleriyanın qurğularının peyk şəkilləri də əlavə olunmuşdu. "Rusiya regionda gərginliyi davam etdirmək və qonşu ölkələrə siyasi təzyiq göstərmək üçün vaxtaşırı hərbi təhdidlərini genişləndirib və genişləndirməyə davam edir", - deyə nazirliyin məlumatında bildirilirdi.

Müəlliflər xatırladırlar ki, ötən həftə Ukrayna və Rumıniya rəsmiləri də Qərb tərəfdaşlarını Rusiyanın bölgədəki militarizasiya siyasətinə qarşı durmaq üçün Qara dənizdə hərbi iştirakını gücləndirməyə çağırmışdılar. Ukrayna Vaşinqtonu Baltik dənizində olduğu kimi Qara dənizdə də NATO qüvvələrini yerləşdirməyə və region dövlətlərini dəstəkləməyə səsləmiş, bu batalyonun çoxmillətli döyüş qruplarından təşəkkül tapacaq miqyasda olmasını istəmişdi. ABŞ konqresmenlərinin Co Baydenə məktubları bu çağırışdan sonra qələmə alınıb.

Rocers və Turner məktubda vurğulayırlar ki, Rusiya təcavüzkar davranışını və ritorikasını gücləndirib, həm öz hərbi modernləşdirilməsini, həm də Ukraynanın NATO-ya daxil olmaq iddialarını tənqid edir. "Rusiyanın niyyətləri qeyri-müəyyən olsa da, onun 1-ci elit qvardiyasının tank birliklərini Ukrayna sərhədlərinə toplaması bu ölkəyə əlavə hərbi müdaxilə planlaşdırması ilə bağlı narahatlıqlara əsas verir", - deyə Rocers və Turner bildirirlər.

Məktubda həmçinin qeyd olunur ki, Bayden Administrasiyası keçən yay hərbi yardıma 60 milyon dollar ayırandan sonra Rusiyanın bölgədəki hərbi fəallığı artıb. Konqresmenlər Bayden administrasiyanı "Rusiyanın yeni işğalının qarşısının alınması və təcavüzünün dəf olunması" üçün Ukraynaya hərbi yardımı artırmağa çağırıblar.

Ötən ay ABŞ müdafiə naziri Lloyd Ostinin Qara dəniz ölkələrinə səfəri çərçivəsində Ukrayna və Gürcüstana səfər etdiyi vurğulanan məktubun sonunda təəssüflə bildirilir: “Brüsseldə NATO-nun baş qərargahında başa çatan səfər zamanı nə Austin, nə də NATO-nun baş katibi Yens Stoltenberq Qara dənizdə hər hansı qüvvənin artırılması planlarını açıqlamadılar”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi də Pentaqonun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının fəaliyyətini diqqətlə izlədiyini bildirmişdi.

Nümayəndələr Palatası üzvlərinin ABŞ-ı israrlı şəkildə Qara dənizə hərbi gəmilərini göndərməsini və Ukraynaya dəstək verilməsini tələb etmələri fonunda Ukrayna ətrafında baş verən hadisələrə nəzər salanda əslində Ağ evdən tələb olunan proseslərin artıq başladığını görə bilərik. Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynanın Donbassdakı separatçı qüvvələrə “nəbz yoxlaması” xarakterli zərbələr endirməsindən sonra Kiyevlə Moskva arasında ziddiyyətlər böyümüşdü. Moskvanın etiraz bəyanatlarından sonra ABŞ-ın 6-cı donanmasının flaqman gəmisi qərargahı ilə birlikdə Qara dənizə daxil olmuşdu. Donanmanın bu addımın səbəbi ilə bağlı yaydığı bəyanat xeyli təhdidkar ruhda idi. Bəyanatda açıq şəkildə vurğulanırdı ki, flaqman gəmisinin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. Üstəlik, gəmilərin hansısa hərbi təlim üçün yox, əməliyyat üçün Qara dənizə göndərildiyi bildirilirdi: ““Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”.

Bəyanatda həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsinin də Qara dənizə göndərildiyini açıqlanır və regiondakı tərəfdaşlarla birgə əməliyyatlara hazırlaşmaqdan bəhs olunurdu: "USS Porter NATO müttəfiqləri və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - deyə vurğulanırdı.

Göründüyü kimi, ABŞ Hərbi Dəniz Komandanlığının 6-cı Donanmasının bu bəyanatı Pentaqonun Rusiya ilə cəbhə xəttini Aralıqdan Qara dənizə çəkmək niyyəti ortaya çıxır. ABŞ Hava Qüvvələrinin xeyli sayda təyyarələrini və digər hərbi texnikalarını Yunanıstan, Bolqarıstan və Rumıniyadakı hərbi bazalarına yerləşdirməsi də bu ehtimalı gücləndirir. Konqresmenlərin Co Baydenə yazdıqları məktubda da Ukraynanı dəstəkləmək üçün Qara dənizə hərbi qüvvələr göndərilməsi tələb olunur. Məsələlərə bu kontekstdə nəzər salanda belə bir nəticə hasil olur: ABŞ cəbhə xəttini Qara dənizə “sürüşdürmək” planına hüquqi zəmin hazırlamaq üçün konqresmenlərin gücündən istifadə etməyə çalışır.

Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Dünən, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Dünən, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Dünən, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Dünən, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Dünən, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Dünən, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Dünən, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Dünən, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Dünən, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Dünən, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Dünən, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Dünən, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Dünən, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Dünən, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru