Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                 

“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir” - Görünəni budur...
Tarix: 5-11-2021, 08:51 | Çap et
“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir”
Ukrayna Ali Radası müdafiə naziri də daxil olmaqla, beş naziri istefaya göndərib. “Yeni Müsavat” bildirir ki, Donbasda vəziyyətin kəskinləşdiyi bir vaxtda ən mühüm postlardan olan istefalar diqqət çəkir. Belə ki, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenkodan başqa, nəzarətdə olmayan ərazilər üzrə nazir Aleksey Reznikov, müdafiə naziri Andrey Taran, strateji sənaye sahələri məsələləri üzrə nazir Oleq Uruski və ətraf mühit və təbii ehtiyatlar naziri Roman Abramovski istefa verib. Bunun səbəbi nədir: Ukrayna prezidenti Vladimir Zelenskiyə etimadsızlıq, yoxsa...

Ukraynalı siyasətçi Vladimir Oleynik bildirib ki, bu vəzifəyə Aleksey Reznikovun təyinatı mümkündür. Bu qərarı 341 deputat dəstəkləyib. Fraksiyalar; “Xalqın xidmətçisi” - 220, OPZZh - 18, “Avropa Həmrəyliyi” - 24 , “Batkivşçina” - 17, “Gələcək üçün” - 12, “Səs” - 16, “Güvən” - 19, fraksiya olmayan - 15 lehinə səs verərək müdafiə nazirini vəzifədən kənarlaşdırıblar.

Ali Radada “Xalqın qulluqçusu” fraksiyası hazırda baş nazirin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışan Aleksey Reznikovun namizədliyini dəstəkləyib. Ukrayna mətbuatının yazdığına görə, prezident Vladimir Zelenski Reznikovun namizədliyini təsdiqləyib, çünki o, “susan” Taranın əvəzinə “danışan” müdafiə naziri görmək istəyir. Ekspert Oleynik isə deyir ki, Taran kifayət qədər qapalı şəxsdir: “Açığını desəm, o, iki sözü birləşdirib normal cümlə qura bilmir. Ukraynada Rusiyanın ”aqressivliyinə" qarşı aktiv çıxışlar və qəti qərarlar verəcək müdafiə nazirinə ehtiyac var".

Bu arada Rusiya siyasi dairələri hadisəyə ciddi reaksiya veriblər. Siyasətçilər ölkə mətbuatında bunu Ukraynanın Rusiya ilə müharibəyə başlamasına işarə kimi dəyərləndiriblər.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a söylədi ki, Ukraynada bəzi mənbələrin sözlərinə inansaq, Zelenskinin Donbasla bağlı yumşaq siyasəti komanda daxilində narazılıq doğurub: “Digər yanaşma isə ondan ibarətdir ki, Rusiya ilə hansısa anlaşmanın mümkünlüyü haqda danışıqlar gedir və ona görə Zelenski komandasının içində etirazlar baş qaldırıb. Elə ilk etiraz da spikerdən gəldi və istefa verdi. Son hadisələr də bunun davamı kimi dəyərləndirilir”.

N.Cəfərli hesab edir ki, hakimiyyət içində “şahin qanad” da var, yumşaq siyasəti dəstəkləyənlər də: “Zelenski komandasının bir qismi Rusiya ilə anlaşmanın tərəfdarıdır, amma radikal mövqe sərgiləyən qüvvələr də mövcuddur. Onların sayı kifayət qədər çoxdur, söhbət millətçilərdən gedir. Əgər bu istefalar davam edərsə, Zelenskinin partiyasının parçalanması baş verə bilər. Burada Rusiyanın öz oyunlarının olması da istisna deyil. Donbasda gərginliyin artması ya prosesi genişləndirəcək, ya danışıqlara gətirib çıxaracaq”.

Siyasi şərhçi Züriyə Qarayeva “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun topladığı vaxtda bu cür güc strukturlarının rəhbərlərinin istefaya göndərilməsi Zelenskiyə etimadsızlığı göstərməklə, Kremlin Kiyevdə pərdəarxası təsir imkanlarının da üzə çıxması deməkdir: “Nəzərə alsaq ki, Ukrayna Radasında deputatlar rusyönümlü və qərbyönümlü olmaqla iki yerə ayrılıb və bu qərarın lehinə səs verənlər rusyönümlü qrupa məxsusdur, o zaman ehtimal oluna bilər ki, Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir. Ümumiyyətlə, son dövrlər Ukraynanın Rusiyaya qarşı siyasi ritorikasında əvvəlki dövrlərə nisbətən sərtləşmələr var”.

Təhlilçi bildirdi ki, rus dilinin ölkədə qadağan edilməsi, Putinin şəxsi dostlarına qarşı sanksiyaların tətbiqi, rusiyameylli mətbuat orqanlarının sıxışdırılması, üstəlik, müxtəlif şəxslər səviyyəsində Moskva ilə diplomatik əlaqələrin kəsiləcəyinə dair ultimatumların səsləndirilməsi Kremli daha da qıcıqlandırıb: “Bu baxımdan, ehtimal etmək olar ki, Gürcüstandakı ssenarinin Ukraynada da təkrarlanması üçün işlər aparılır və nazirlərin istefaya göndərilməsi də bu addımların tərkib hissəsidir”.

Ekspert Ramiyə Məmmədova isə qeyd edir ki, Donbas hadisələrinin fonunda istefalar Zelenski iqtidarında qopmalardan və daxili intriqalardan xəbər verir. Müsahibimiz güman edir ki, Ukrayna prezidenti hakimiyyətini gücləndirmək siyasətini həyata keçirməlidir: “Xüsusən burada diqqət çəkən müdafiə nazirinin istefasıdır, digər nazirlər humanitar sahələrə rəhbərlik edir. Əgər müdafiə naziri istefa veribsə, görünür, Donbas döyüşləri ilə bağlı hansısa fikir ayrılıqları olub. Bundan sonra ordunun başına Zelenskiyə sadiq kadr gətirilməlidir və Rusiya ilə bağlantılarının olub-olmadığı dəqiqləşdirilməlidir. Əgər Ukrayna separatizmə qarşı savaş açıbsa, Donbasdakı qüvvələri Kreml dəstəkləyirsə, o zaman Kiyevin müdafiə siyasəti dəyişməlidir. Çünki istefaya gedən müdafiə naziri Ukrayna hakimiyyətini qane etmirdi”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Dünən, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Dünən, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Dünən, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Dünən, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Dünən, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Dünən, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Dünən, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Dünən, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Dünən, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Dünən, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Dünən, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Dünən, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Dünən, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Dünən, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Dünən, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru