"Ulu Öndər təmkin və anlayış nümunəsi idi..." .....                     “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” .....                     “Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar” .....                     “Narahat deyiləm” .....                     Ağdamda dəhşət .....                     "Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub .....                     Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu .....                     Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət .....                     Bəs kimə təhsil eksperti demək olar? .....                     AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... .....                     İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu .....                     Bu qiymətlərlə NƏ ETMƏLİ?.. .....                     Şərur xəstəxanası ACINACAQLI DURUMDA .....                     Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar .....                     Simonyan niyə partladı... .....                     Putin Ermənistanı “sivil boşanmaya” çağırdı .....                     Məmur tamahının qurbanı olan 120 milyard manat... .....                     Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb .....                     İran Hörmüzdən sui-istifadə etməyə başlayıb .....                     Burda da müştəriyə KƏF GƏLİRLƏR .....                     Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı .....                     Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… .....                     Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır .....                     "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." .....                     "CBC Sport"da nə baş verir? .....                     Kəmalə Günəşliyə “padxod” edən həkim... .....                     Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir .....                     “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” .....                     "TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi .....                     Hər kəsin unutduğu xalq artisti... .....                     İran Hörmüz blokadasını Xəzər üzərindən yarır .....                     İsrail İraq səhrasında gizli hərbi baza qurub .....                     75 min ailəyə hər ay 500 manat yardım... .....                     Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! .....                     ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb .....                     Paşinyan və revanşistlər ölüm-dirim savaşında: .....                     SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? .....                     Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? .....                     Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" .....                     Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var .....                 

Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın... - NƏ BAŞ VERİR?
Tarix: 4-11-2021, 08:42 | Çap et
Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın...
“Moskva miqrantsız həyata öyrəşməlidir. Biz çalışmalıyıq ki, paytaxtda olan kadr çatışmazlığını öz vətəndaşlarımızın hesabına təmin edə bilək. Hazırda bununla bağlı proqram sənədi hazırlanır. Həmin sənəd yerli əhalinin hesabına kadr çatışmazlığını aradan qaldırmağa zəmin yaradacaq”.

Belə bir açıqlama ilə Rusiya paytaxtının şəhərsalma siyasəti və tikinti üzrə vitse-meri Andrey Boçkarev çıxış edib. Deyib ki, bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək. İddialara görə, Moskvada başlayan proses ardınca Rusiyanın digər şəhərlərinə də sirayət edəcək.

Qeyd edək ki, milyonlarla miqrant soydaşımız hazırda Rusiyada çalışır. Onların əksəriyyəti Azərbaycanda yaşayan qohumlarını da maddi cəhətdən təmin edir, bununla da ölkəmizə valyuta axını gətirirlər. Miqrantlarla bağlı sərt qərar verilərsə, bu, yaxın gələcəkdə onların ölkəyə qayıtmasına, işsizlik böhranına və sosial problemlərin dərinləşməsinə səbəb ola bilərmi?

AYNA Rusiyada yaşayan soydaşlarımızın fikirlərini öyrənib.

Moskva ətrafında yaşayan və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əfruz Niftili deyib ki, hazırda onlara qarşı hər hansı təzyiq yoxdur: “Əslində qərib ölkədə yaşayıb, fəaliyyət göstərirsənsə, onsuz da təzyiq altındasan. Çünki digər dövlətlərdə olduğu kimi, Rusiya da ilk növbədə öz vətəndaşlarını düşünür. Bizim bəxtimiz onda gətirib ki, ruslar daha çox elitar işlərə meyllidirlər”.

“Misal üçün, hüquq-mühafizə orqanlarında çalışmaq, vəkillik, müəllimlik, həkimlik - bu cür işlər onlar üçün daha cəlbedicidir. Bu səbəbdən ticarətə çox da meyl etmirlər. Lakin bizneslə məşğul olan bacarıqlı ruslar sürətli kareyra yolu keçirlər. Onlara xüsusi güzəştlər edilir. Banklar kredit ayırırlar, bir sözlə, hər bir şərait yaradılır. Lakin Rusiya hökuməti kadr çatışmazlığı problemini həll edə bilmir. Görünən odur ki, bundan sonra da edə bilməyəcək. Bu, elə də asan məsələ deyil”, - deyə həmsöhbətimiz bildirib.

Niftilinin sözlərinə görə, ən böyük arzuları Azərbaycana qayıtmaqdır: “Mütəmadi olaraq vətənə gəlib-gedirik. Ən böyük arzumuz isə öz ölkəmizdə yaşamaq, çalışmaqdır. Çox təəssüf ki, bu arzumuzu həyata keçirə bilmirik. Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Bir səbəb bizim uzun müddət kənarda qalmağımız və bu səbəbdən ölkə bazarına bələd olmamağımızdırsa, digər səbəb Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa real şəraitin olmamasıdır”.

Moskva şəhərində yaşayan Atatürk Kamallı da sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun dediyinə görə, burada elitar sahələrdə təmsil olunmaq asan məsələ deyil: “Çünki bu vəzifələrə rusları və uzun müddətdir burada yaşayan digər xalqların nümayəndələrini təyin edirlər. Moskva meriyasının rəsmisinin açıqlaması ilə tanış oldum. Onlar ilk dəfə deyil ki, belə fikir səsləndirirlər. Təbii ki, Rusiya hökumətinin imkanı olsa, miqrantları sıxar, onları geri dönməyə təşviq edərdi. İndiki halda isə bunu etsələr, böyük işsizlik problemi yaşayarlar”.

Həmyerlimiz Rusiyada normal şərait qura bildiklərini qeyd edib: “Biz buraya gələnə qədər uzun müddət Azərbaycanda yaşamışıq. Əgər öz potensialımızı ölkəmizdə reallaşdıra bilsəydik, təbii ki, buralara qədər gəlib çıxmazdıq. Şükürlər olsun ki, özümüzü də, ailəmizi, eyni zamanda Azərbaycanda yaşayan valideynlərimizi də maddi cəhətdən təmin edə bilirik. Hazırkı vəziyyətimizdən şikayətçi deyilik. Ara-sıra miqrantlara qarşı müəyyən təzyiqlər olsa da, bu, intensiv xarakter daşımır. Bir daha söyləmək istəyirəm ki, bunu etmək üçün insan resursları çox azdır”.

Uzun müddət Sankt-Peterburqda yaşayan Barat İmaninin dediyinə görə, Rusiya miqrantlar məsələsindən təzyiq vasitəsi kimi istifadə edir: “İlk dəfə deyil ki, belə münasibət ortaya qoyurlar. Bundan öncə də belə açıqlamalar olub. Yəqin ki, bundan sonra da olacaq. Təbii ki, Rusiya hökumətinin imkanı olsaydı, bu təzyiqləri daha da artırardı. Lakin bu gün Rusiya iqtisadiyyatı həm də miqrantların hesabına ayaqdadır. Şimal qonşumuzda ciddi kadr çatışmazlığı hökm sürür və bu vəziyyət demək olar ki, bütün şəhərlərdə belədir. Hesab edirəm ki, miqrantların kütləvi şəkildə geri qaytarılması mümkün deyil. Belə olarsa, Rusiyada biznes sektoru faktiki olaraq çökər”.

Soydaşımız deyib ki, əvvəlki dövrlərdən fərqli olaraq artıq azərbaycanlılara münasibət də dəyişib: “Qabaqlar soydaşlarımıza daha çox bazarda çalışan, xırda ticarətçilər kimi yanaşırdılarsa, bu gün artıq belə deyil. Demək olmaz ki, çox ciddi fərq hökm sürür, lakin artıq münasibətlər əvvəlki kimi deyil. O səbəbdən ki, dünyada biznes yanaşması dəyişib, iş fəaliyyəti müasirləşib və bu, Rusiyada da özünü göstərir. Vaxtilə bazarlarda çalışan soydaşlarımız bu gün sahibkara çevriliblər və yaşadıqları şəhərlərin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər”.

Rusiyanın Norilsk şəhərində yaşayan və sürücü işləyən İlham Əhmədov isə bildirib ki, bu şəhərə giriş-çıxış üçün xüsusi icazə olmalıdır: “Norilsk şəhəri qapalı şəhər statusundadır. Bu şəhərə ancaq Rusiya vətəndaşları və xüsusi icazə olan şəxslər daxil ola bilərlər. Sənaye şəhəri olduğuna görə havaya böyük miqdarda zəhərli qaz buraxılır və insanların səhhətində ciddi problemlər yaranır. Orta yaş müddəti isə 50 ildir. Əksər soydaşlarımız bu uzaq Rusiya diyarında özləri işləsələr də, ailələrini Azərbaycanda saxlamağa üstün tuturlar. Bu yolla özlərini riskə atsalar da, övladlarını xəstəlik riskindən qorumağa çalışırlar”.

Həmsöhbətimizin sözlərinə görə, şəhərdə çoxlu sayda zavod və fabrik fəaliyyət göstərir: “Ən böyuk zavod Norilsk Nikel Zavodudur. Bu zavod Rusiya iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir və şirkətin sahibi Vladimir Potanin ölkənin ən zəngin iş adamlarındandır. Alıcılıq qabiliyyəti çox yüksəkdir, işləyən, zəhmət çəkən insanlar yaxşı pul qazanırlar. Məhz elə buna görə də o zəhəri udmağa, həyatını təhlükə altına atmağa razı olurlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ulu Öndər təmkin və anlayış nümunəsi idi..."
Bu gün, 12:10
“Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - Paşinyan etiraf etdi
Bu gün, 12:04
“Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar”
Bu gün, 10:08
“Narahat deyiləm” - Azər Həsrət
Bu gün, 10:06
Ağdamda dəhşət - 4 hərbçi öldü
Bu gün, 10:03
"Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub - SİYAHI
Bu gün, 09:46
Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu - Fitso
Bu gün, 09:35
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə məzar sahəsi satılır
Bu gün, 09:33
Bəs kimə təhsil eksperti demək olar? - ŞƏRH
Bu gün, 09:20
AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... - İLGİNC FAKTLAR
Bu gün, 09:12
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - TƏFƏRRÜAT
Bu gün, 09:00
Bu qiymətlərlə NƏ ETMƏLİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:46
Şərur xəstəxanası ACINACAQLI DURUMDA - MÜRACİƏT
Bu gün, 08:38
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Bu gün, 08:23
Simonyan niyə partladı... - AKTUAL
Bu gün, 08:20
Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Bu gün, 08:13
Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Bu gün, 08:09
Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Bu gün, 08:02
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Bu gün, 07:48
Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Bu gün, 07:46
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Bu gün, 07:33
Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Bu gün, 07:20
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Bu gün, 07:15
"Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Bu gün, 07:09
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Bu gün, 07:02
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Bu gün, 06:59
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Bu gün, 06:49
“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Bu gün, 06:46
"TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Bu gün, 06:43
Hər kəsin unutduğu xalq artisti...
Bu gün, 06:38
İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Bu gün, 06:32
İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Bu gün, 06:30
75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Bu gün, 06:27
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Bu gün, 06:25
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Bu gün, 06:18
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08
Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Dünən, 12:05
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Dünən, 11:56
Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Dünən, 11:51
"Bu yaşımda da ayağımdan çəkirlər?"
Dünən, 11:41
Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Dünən, 11:38
Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Dünən, 11:35
Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Dünən, 11:30
Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Dünən, 11:20
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Dünən, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru