"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı .....                     “Türk anakondası” İranı mühasirəyə alır .....                     ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib .....                     Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? .....                     SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ .....                     Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... .....                     Kəramətdən gözləntiniz nə idi? .....                     Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb .....                     Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... .....                     «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... .....                     Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                 

Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı – Moldova və Polşadan təslimiyyət mesajları
Tarix: 29-10-2021, 11:48 | Çap et
Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı
Daha qış soyuqları başlamamış Rusiya Şərqi Avropa ölkələrinə qarşı apardığı qaz müharibəsində ilkin qələbəsini qazanmış görünür. İlk təslimiyyətçi mesajlar isə Moldova və Polşadan gəlib.

Ovqat.com-un məlumata görə, Moldovanın Qərbyönümlü prezidenti Mayya Sandu dünən ölkənin Ali Təhlükəsizlik Şurasında etdiyi çıxışında rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Onun fikrincə, bu görüşün baş tutması üçün ilk növbədə müzakirə olunacaq məsələlər təsdiq edilməli, ölkədəki enerji böhranı və “Qazprom”la yeni müqavilə üzrə danışıqlar da gündəm mövzuları arasına salınmalıdır.

Çıxışında Kişinyovla Moskva arasında münasibətlərin “fəal inkişaf etdirilməsinin” vacibliyinə toxunan Sandu xanım vurğulayıb ki, son vaxtlar Moldovada qaz böhranı ilə bağlı Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak ilə çoxsaylı telefon danışıqları olub. Amma Moldova Prezidenti danışıqlarda konkret hansı razılıqların əldə olunduğuna dair heç bir fikir bildirməyib.

“Gələcəkdə biz ikitərəfli münasibətlərin həlli üçün əlimizdən gələni edəcəyik”, - deyə Sandu Rusiya ilə yaxınlaşmaq mesajı verib.

Xatırladaq ki, Mayya Sandu ötən il 16 oktyabrında Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlmişdi. O dövrdən bu günədək 1 ildən çox zaman keçir. Moldova Prezidenti isə bu müddət ərzində dünyanın bir sıra ölkələrində rəsmi səfərlərdə olsa da, hələ ki Moskvaya getməyib. Bu da, təbii ki, onun siyasi oriyentasiyasından qaynaqlanır.

Mayya Sandunun Moskva ilə münasibətləri normallaşdırmağa və bunun üçün Putinlə görüşməyə hazır olduğunu bildirməsinin zamanlaması da diqqətçəkicidir. Məlum olduğu kimi, “Qazprom”un Moldova ilə bağladığı qaz müqaviləsi sentyabr ayında bitib. Rusiya şirkəti yenidən müqavilə bağlamaq üçün 2 şərt irəli sürüb: əvvəla, yeni müqavilə hazırkı bazar qiymətlərinə uyğun bağlanacaq, ikincisi Kişinyov bu zamanadək “Qazprom”a borcunu qaytaracaq. Borc isə az deyil. Rus şirkətinin hesablamasına görə, Moldova ona 709 milyon dollar ödəməlidir. Qazın yeni qiymətlərinə gəlincə, hazırda Avropa bazarınındakı qiymətlərdən 15% güzəştlə Moldovaya qaz satacağını bildirən “Qazprom”un yeni tarifinə görə, Kişinyov min kubmetr qaz üçün 790 dollar ödəməlidir. Moldovanın illik qaz istehlakı isə təxminən 3 milyard kubmetrdir. Bu da hardasa bir illik qaz istehlakı üçün Kişinyovun 2 milyard 370 milyon dolları gözdən çıxarması deməkdir. Halbuki, bu zamanadək Moldova Rusiyadan qazın min kubmetrini 180 dollara alırdı - hardasa 4 dəfə ucuz qiymətə. Di gəl ki, bu məbləği belə, ödəyə bilmirdi.

İndiyədək ABŞ-ın LNG qazına və Norveçin “Baltic Pipe” boru kəmərinə ümid bağlayıb Rusiya ilə münasibətlərini gərginləşdirən, ən əsası isə Moskva ilə yollarını ayırmağa çalışan Şərqi Avropa və Balkan ölkələrinə “ağsaqqallıq” edən Polşa da xəyal qırıqlığına uğramış durumdadır. Məlumata görə, dünən Polşanın dövlət enerji şirkəti PGNiG “Qazprom”a müraciət edərək qazın qiymətini aşağı salmağı xahiş edib. “Bu yaxınlarda biz Avropanın topdansatış bazarında təbii qazın qiymətində görünməmiş artımın şahidi olduq. Bu fövqəladə vəziyyət Yamal müqaviləsi çərçivəsində qaz aldığımız qiymət şərtlərinə yenidən baxılmasına şərtləndirir. Fikrimizcə, PGNiG-yə verilən qazın qiymətini azaltmaq imkanları var”, - deyə PGNiG-nin prezidenti Pavel Mayevski rus şirkətinə yazdığı məktubda bildirib.

Analitiklər isə Pavel Mayevski qədər nikbin deyillər. Onların fikrincə, ötən il Stokholm arbitraj məhkəməsinə “Qazprom”u şikayət edən PGNiG indi öz “çoxbilmişliyi”nin bədəlini ödəyəcək. Zira həmin məhkəmənin qərarına əsasən, PGNiG 2014-cü ildə “Qazprom”la bağladığı müqavilədə göstərilən şərtlərlə deyil, bazardakı mövcud qiymətlərə görə qaz almalıdır. 2014-cü ildən ötən ilə qədər bazar qiymətləri ilə iki şirkət arasındakı müqavilənin şərtləri arasındakı fərq 1.5 milyard dollar idi və “Qazprom” həmin fərqi geri qaytarmışdı. MəntiqləŞ PGNiG-nin indi “Qazprom”dan imtiyazlı yanaşma gözləməyə haqqı yoxdur. Ona ediləcək ən böyük güzəşt Moldova kimi qazı uzağı 15% ucuz qiymətə almaq ola bilər.

Polşanın “Qazprom”dan aldığı qaz isə Moldova ilə müqayisədə daha çoxdur. Statistik məlumatlara görə, Polşa “Qazprom”dan 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər 5 milyard kubmetr qaz idxal edib. Bu il də qışı sağ-salamat çıxarmaq üçün, yəqin ki, eyni miqdarda qaz alacaq. Yeni tariflə hesablasaq, bu, 7 ay ərzində Polşanın qaz ehtiyacı üçün “Qazprom”a 3 milyard 950 milyon dollar ödəməsi mənasına gəlir: 5 milyard / 1000 X 790 = 3.950 milyard.

Əvvəlki müqavilə ilə Polşa “Qazprom”dan min kubmetr qazı 280 dollara alırdı. Ölkənin qış dövrü üçün qaz ehtiyacını köhnə tariflə hesablasaq, bu, 1 milyard 400 milyon dollar edər. İki tarif arasındakı fərq: 3.950 milyard – 1.400 = 2.55 milyard dollar. Belə çıxır ki, Varşava 7 illik “çoxbilmişliyi”nin bədəlini qarşıdakı 7 ayda artıqlaması ilə geri ödəməli olacaq.

Ukrayna və Baltik ölkələri də Rusiyanın qaz müharibələrinin növbəti qurbanları olmaq taleyi ilə üz-üzədirlər. Kiyev bu böhrandan çıxmaq üçün Rusiya ilə müharibəyə girməyi belə, gözə alıb. Təbii ki, bu niyyətin baş tutması üçün enerji böhranından təsirlənəcək digər ölkələr, eyni zamanda ABŞ və İngiltərə də həmin daşın altına əl qoymalıdırlar. Ukraynanın yaxın qonşuları ümidsiz şəkildə Rusiya ilə münasibətləri yoluna qoymaq barədə düşünürlər. ABŞ və İngiltərənin isə Kiyevə real dəstək verəcəkləri hələlik xeyli müəmmalı görünür.

Şərqi Avropa ölkələrinin bu qədər ağır vəziyyətə düşməsinin əsas səbəbi Qərb ölkələrinin onlara umduqları dəstəyi verməmələridir. Avropa İttifaqının genişlənmə proqramı çərçivəsində Qərbə üz tutan bu ölkələr daha sonra böyük dövlətlərin maraqlarının haçalanması, xüsusilə Rusiyaya münasibətlərinin dəyişilməsi nəticəsində indiki xaotik durumla üz-üzə qalıblar. Fransa və Almaniya Şimali Atlantika ittifaqı çərçivəsində ABŞ hegemonluğuna qarşı çıxır və Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. ABŞ isə Avropa ölkələrinin bu xəyanətini bağışlamaq istəmir və onlara rus təhlükəsinin nədən ibarət olduğunu xatırlatmaq üçün müxtəlif addımlarla enerji qiymətləri ilə oynayır.

Rusiya rəsmilərinin iddialarına inansaq, Avropada qaz qiymətlərinin bahalaşması da Moskvadan qaynaqlanmır. Belə ki, “Qazprom” indiyədək hər zamankı kvotası çərçivəsində, hətta ondan daha artıq Avropaya qaz ixrac edib. Bazardakı qıtlıqdan yaranan bahalaşmanın əsl günahkarları digər tədarükçülərdir. Belə anlaşılır ki, ABŞ və ona bağlı digər tədarükçülər Avropaya qaz nəqlini azaltdığından enerji bazarında bu cür acınacaqlı vəziyyət yaranıb.

Həqiqətən də ABŞ-ın yeni prezidenti Co Baydenin son zamanlar öz sələfi Trampdan tamamilə fərqli siyasət yürütdüyü hiss olunur. Bəzən elə təəssürat yaranır ki, Bayden bu zamanadək formalaşmış qlobal düzənini pozaraq, dünyanı xoasa sürükləyir. İstər Əfqanıstanda, istər Yaxın Şərqdə, istərsə də Avropada baş verən son proseslər bunun bariz nümunələridir. Mümkündür ki, Vaşinqton öz iradəsinə tabe olmamağın necə ağır nəticələnəcəyini keçmiş müttəfiqlərinə göstərir və onları özünə daha sıx bağlamağa ümid edir.

Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41
“Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38
ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31
SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07
Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01
Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44
Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40
«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Dünən, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Dünən, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Dünən, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Dünən, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Dünən, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru