Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                     Ölkədə insanların real gəlirləri artmır... .....                     Putinin son bəyanatının ən ciddi nəticəsi budur... .....                     ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı .....                     "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" .....                     Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... .....                     "4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" .....                     Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı .....                     Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT .....                     Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? .....                     Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... .....                     Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? .....                     Dərman bahalaşıb, yoxsa xəstə artıb? .....                     "Qızılbaş Group" MMC-nin vergi borcu var .....                     Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib .....                     Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR .....                     Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib .....                     Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib .....                     Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı .....                     Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? .....                     Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi .....                     Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi .....                     Ət bazarında xəstəlik təlaşı: .....                     Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı .....                     Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi .....                     “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? .....                     Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu .....                     “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? .....                     “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  .....                     İsrailə minlərlə ton hərbi texnika gətirildi .....                     “Avroviziya”-da qaydalar dəyişdi: .....                     258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə .....                     Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli .....                     “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” .....                     Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib .....                     Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? .....                     Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? .....                     Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı .....                 

NATO-nun Brüssel sammitinə Ukrayna və Gürcüstan dəvət olunmayacaq: - Alyansdan “hələ xətdə qal” mesajı
Tarix: 1-06-2021, 08:24 | Çap et
NATO-nun Brüssel sammitinə Ukrayna və Gürcüstan dəvət olunmayacaq:
İyunun 14-də Brüsseldə keçiriləcək NATO sammitinə Gürcüstan və Ukrayna dəvət olunmayacaq.

Ovqat.com xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq dünən keçirdiyi mətbuat konfransında bunu bəyan edib.

Onun sözlərinə görə, sammitdə yalnız NATO üzvlərinin iştirakı nəzərdə tutulur.

"Çünki bu görüş qısa olacaq. Ola bilsin ki, gələn dəfə tərəfdaşların dəvət edilməsi üçün daha çox vaxt ayrılacaq”, – deyə o, Ukrayna və Gürcüstan liderlərinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı sualları cavablandırarkən bildirib.

O, həmçinin alyansın tərəfdaşları ilə yüksək səviyyəli görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzvlüyü perspektivindən danışan NATO-nun baş katibi vurğulayıb ki, "müdafiə sektorunda islahatlar Avroatlantik inteqrasiyanın ən yaxşı üsuludur".

NATO-nun Baş katibi qeyd edib ki, NATO son illər Qara dənizdə həm üç üzv dövlətin, həm də Gürcüstan və Ukrayna kimi tərəfdaşların sayəsində iştirakını artırıb. "Biz məlumat mübadiləsi aparırıq, potensialımızı artırırıq, NATO – nun quruda, havada və dənizdə Qara dəniz regionunda olmasını təmin edirik", - deyə alyansın baş katibi vurğulayıb.

Kiyev niyə qurban verildiyini anlamır

NATO-nun bu qərarına Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sərt reaksiyası özünü çox gözlətməyib. Nazir Rusiyanın Ukraynaya qarşı aqressiv şəkildə hərəkət etdiyi bir vaxtda, 14 iyunda NATO sammitinə dəvət edilmədiklərini anlamadıqlarını söyləyib.

Məlumata görə, Dmitri Kuleba, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Helga Mariya Şmid ilə keçirdiyi mətbuat konfransında deyib:

“Müttəfiqlərimizin Transatlantik Birliyini müzakirə etmək üçün qapalı bir toplantı keçirmək istəklərini başa düşürük. Biz bunun nümunələrini, məsələn 2017-ci ildə Brüsseldə gördük. Ancaq Rusiyanın Ukraynaya və Qara dənizdəki NATO üzvlərinə qarşı aqressiv hərəkətləri olduğu (açığını deyim ki, Çexiyadakı hadisələrdən bəhs edirəm) bir vaxtda alyans necə qapalı iclas keçirir, niyə Ukraynanın daxil olmadığı bir formatda müzakirələr aparılır, biz bunu həqiqətən anlaya bilmirik”

Kulebanın anlamaqda çətinlik çəkdiyi mətləblərə gəlincə, xatırladaq ki, bir neçə ay əvvəl NATO üzvlərinin 14 iyunda sammitinin keçiriləcəyi elan olunmuş və Rusiyanın məsələsinə baxılacağı bildirilmişdi. Xüsusilə Ukrayna rəsmiləri ölkələrinin təhlükəsizliyini qarantiya altına almaq üçün sammitdə alyansa üzv olmaları barədə qərar qəbul olunmasını gözlədiklərini ən yüksək tribunalarsa səsləndirir və istəklərinin nəzərə alınacağına böyük ümid bəsləyirdilər. Lakin Rusiyanın 100 mindən çox əsgərin və hərbi texnikasını Ukrayna ətrafına toplaması və istənilən an döyüşə hazırlıq mesajlarını verməsi sonunda ABŞ prezidenti Co Baydenin geri çəkilməsi ilə nəticələnmişdi. Bayden rusiyalı həmkarına zəng edərək onu görüşə dəvət etməsi, ardınca da “Şimal axını-2” layihəsinə tətbiq olunan sanksiyaları ləğv etməsi Ağ evin Kreml qarşısında ciddi güzəştlərə getdiyi barədə qənaətlər yaratmışdı.

Bir çox ekspertlər ABŞ-ın bu addımını Çinlə apardığı rəqabət və iki nəhəng düşməninin birləşməsinin qarşısını almaq təşəbbüsü ilə əlaqələndirmişdilər. Həmin mülahizəyə görə, ABŞ bu məqsədlə daha zəif gördüyü Rusiyanın üzünü yenidən Avropaya yönəltmək üçün onun enerji mənbələrinin “qoca qitə”yə nəqlinə razılıq vermişdi.

Ağ evin bu mövqe dəyişikliyində Almaniyanın və Fransanın israrları da önəmli rol oynamışdır. Belə ki, Rusiyadan təchiz etdikləri qaz və neft xammallarına özlərinin enerji təhlükəsizliklərinin “olmazsa olmaz”ı kimi baxan bu ölkələr ABŞ-ın sanksiya qərarına tabe olmaq istəmir və müstəqil siyasət yürütməyə can atırdılar. Almaniya hökuməti ABŞ-la danışıqlarda “Şimal axını-2” layihəsinin lobbiçiliyi edir, Fransa isə açıq şəkildə NATO-nun “beyin ölümü” keçirdiyini və Avropanın yeni hərbi alyans yaratmasını təklif edirdi. NATO Nizamnaməsində önəmli qərarların konsensusla qəbul edilməsi şərti olduğundan hər iki dövlətin müxalifliyi ABŞ-ın Rusiyaya qarşı siyasətini, o cümlədən Ukrayna və Kiyevin alyans üzvlüyünə qəbul edilməsini müşkül hala gətirirdi. Nədən ki, Rusiya bunu özünün qırmızı cizgisi hesab edir və alınan qərara laqeyd qalmayacağını gizlətmirdi. Qərbi Avropa ölkələri isə ağrımayan başlarına dəsmal bağlamaq niyyətində deyildilər. Bu vəziyyətdə ABŞ-ın güzəştə getməsindən və Rusiyanı Çindən ayıraraq ən böyük təhlükə kimi gördüyü Uzaq Şərq nəhəngini təkləməyə qərar verməsindən başqa seçənəyi yox kimi idi.

Görünür, Stoltenberq də məhz bu səbəbdən, dünənki mətbuat konfransında “alyansın tərəfdaşları ilə yüksək səviyyəli görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini” gizlətməyib. “Alyansın tərəfdaşı” deyiləndə Ukrayna və Gürcüstan kimi NATO-ya üzv olmaq istəyən, amma Rusiya ilə ziddiyyətə getmək istənmədiyindən “hərbi strukturlarda islahatlar” bəhanəsi ilə “xətdə gözlədilən” ölkələr nəzərdə tutulur.

Heydər Oğuz,
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24
Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21
"Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17
Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:39
“Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Dünən, 17:34
Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 17:31
“Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Dünən, 17:24
“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  - Tatevin Hayrapetyan
Dünən, 16:36
İsrailə minlərlə ton hərbi texnika gətirildi
Dünən, 16:33
“Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Dünən, 16:27
258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Dünən, 16:24
Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Dünən, 16:16
“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Dünən, 16:14
Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Dünən, 16:10
Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Dünən, 16:06
Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Dünən, 16:02
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Dünən, 16:00
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Dünən, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Dünən, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Dünən, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Dünən, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Dünən, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Dünən, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Dünən, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Dünən, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Dünən, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Dünən, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru