Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi fiziki şəxs Elman Əlidadaş oğlu Mənsimov (VÖEN – 2901363522) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi Elman Mənsimovdan pelet sobaların istehsalı üçün lazım olan mal-materialı satın alacaq və qarşılığında 51 min 503 manat 44 qəpik ödəyəcək.













