RUSİYANIN ERMƏNİSTANA GÖNDƏRDİYİ OLİQARX – Milyarder Abramyan seçkidə uğur qazanacaqmı?
Tarix: 25-05-2021, 16:39 | Çap et
 Ermənistanda qarşıdan gələn parlement seçkilərinə milyarder Ara Abramyan da qatıla bilər.
Bir neçə gün əvvəl, mayın 21-də rəhbəri olduğu “Rusiyadakı erməni icmasının” saytında onun adından müraciət də yayımlanıb. Müraciətində Ara Abramyan qeyd edir ki, nə hakimiyyət, nə də müxalifət ölkəni böhrandan çıxarmaq iqtidarında deyil: “Ölkə konstitusiyası mənim dövlətin seçkili orqanlarında vəzifə tutmağıma imkan verməsə də, bu, bizim böyük potensialımızın - təcrübə və biliyimizin vətəni xilas etmək üçün xidmətlərimizə maneə olmamalıdır”. Ara Abramyan 2016-cı il aprel hadisələrindən sonra da seçkilər yolu hakimiyyətə gələcəyini bildirmişdi.
Ermənistandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosiyan onun seçkilərdə ciddi bir nəticə əldə edəcəyinə inanmır. Şərhçi deyir ki, o, Rusiya icmasında yaxşı tanınan bir fiqurdur: “Onun Rusiya prezidenti Vladimir Putinlə, Kremllə çox yaxşı əlaqələri var. Onun Rusiyadakı erməni icmasının rəhbəri kimi əsas rolu Rusiyada yaşayan erməniləri qarşıdan gələn seçkilərdə daha da fəal etməkdir. Keçmişdə də Abramyan bir neçə dəfə hakimiyyətə gələcəyini demişdi, amma onun bu vədi heç vaxt gerçəkləşməyib. Ermənistan mediasında onun qarşıdan gələn seçkiyə də qatılacağı yazılır. Amma mən onun bu seçkidə elə də ciddi bir rolu olacağını düşünmürəm. Bu, sadəcə olaraq, seçki kampaniyasına Rusiya yönümlü elementlər qatacaq, amma seçkidə ciddi bir siyasi gücə çevrilə bilməyəcək. Xüsusilə də ona görə ki, Abramyan Ermənistanda elə də məhşur deyil”.
Riçard Giraqosiyan hesab edir ki, Rusiyanın qarşıdan gələn seçkidə müxalifəti dəstəkləməyəcəyi ehtimalı da Abramyanın şanslarını azaldır.
64 yaşlı Ara Abramyan sovet dönəmində, 1981-ci ildə SSRİ Elektron Sənayəsi Nazirliyində idarə müdiri vəzifəsində çalışıb. Onun özü “Kommersant” qəzetinə müsahibəsində deyib ki, sərvətini qiymətli daş-qaşların biznesindən əldə edib.
Riçard Giraqosiyan deyir ki, onun kimi şəxslər ABŞ-da kriminal, Azərbaycan və Ermənistan kimi ölkələrdə isə oliqarx kimi tanınır. Onun fikrincə, Abramyanın bu qədər sərvəti necə əldə etməsi şübhəlidir.
Təhlükəsizlik Aradırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Ara Abramyanın karyerasındakı yüksəlişi yaxından izləyib. Ekspert deyir ki, adi bir mühəndis kimi Elektron Sənayəsi Nazirliyində işə başlayan Abramyanın təhlükəsizlik xidməti ilə sıx əməkdaşlığı olub: “Rusiya xüsusi xidmət orqanları ilə münasibətləri kifayət qədər güclüdür. SSRİ dağılandan sonra bunu istiqamətləndiriblər Afrikaya. Afrikada neft sahəsində ilk işləri Qəzzafi ilə olub. Milyarda qədər pul qazanıb. Düzdür, Qəzzafi öləndə onun pulunun bir hissəsi itib. Onun məşhur bir ifadəsi vardı. Deyirdi ki, Qəzzafi ölkəsini itirdi, mənsə pullarımı”.
İlham İsmayılın fikrincə, Abramyan Rusiya nə deyirsə, onu edən, Rusiyanın siyasətini icra edən bir fiqurdur. Onun sözlərinə görə, milyarderin seçkiyə qatılmağı da Rusiyanın istəyi ilə baş verir. Əsas məqsəd Ermənistan parlamentində Rusiya xüsusi xidmət orqanları ilə əməkldaşlıq edənlərin sayının çox olmasıdır: “Seçkiyə bir aydan az vaxt qalıb. Yəqin ki, onun partiya yaratmaq, bunu qeydiyyatdan keçirməyə vaxtı çatmayacaq. Ona görə də, hansısa bir blokla seçkilərə gedəcək. Qalib gəlməsə də, əsas məqsəd parlamentə düşə bilməkdir”.
Azərbaycanla münasibətlərinə gəlincə isə, İlham İsmayıl düşünür ki, Rusiya münasibətləri necə istəsə, Abramayan da elə quracaq.
“AzPolitika.info”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30 |
|
|
|
| • Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19 |
|
|
|
| • Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02 |
|
|
|
| • Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58 |
|
|
|
| • Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52 |
|
|
|
| • Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
| • ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32 |
|
|
|
| • "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19 |
|
|
|
| • Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09 |
|
|
|
| • "4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56 |
|
|
|
| • Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51 |
|
|
|
| • Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42 |
|
|
|
| • Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38 |
|
|
|
| • Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32 |
|
|
|
| • Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24 |
|
|
|
| • Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21 |
|
|
|
| • "Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17 |
|
|
|
| • Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13 |
|
|
|
| • Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52 |
|
|
|
| • Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46 |
|
|
|
| • Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38 |
|
|
|
| • Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17 |
|
|
|
| • Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10 |
|
|
|
| • Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06 |
|
|
|
| • Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51 |
|
|
|
| • Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48 |
|
|
|
| • Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41 |
|
|
|
| • Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:39 |
|
|
|
| • “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Dünən, 17:34 |
|
|
|
| • Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 17:31 |
|
|
|
| • “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Dünən, 17:24 |
|
|
|
| • “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur” - Tatevin Hayrapetyan
Dünən, 16:36 |
|
|
|
| • İsrailə minlərlə ton hərbi texnika gətirildi
Dünən, 16:33 |
|
|
|
| • “Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Dünən, 16:27 |
|
|
|
| • 258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Dünən, 16:24 |
|
|
|
| • Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
| • “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Dünən, 16:14 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Dünən, 16:10 |
|
|
|
| • Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Dünən, 16:06 |
|
|
|
| • Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Dünən, 16:02 |
|
|
|
| • Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Dünən, 16:00 |
|
|
|
| • Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Dünən, 15:58 |
|
|
|
| • "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Dünən, 15:56 |
|
|
|
| • Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Dünən, 15:53 |
|
|
|
| • İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Dünən, 15:49 |
|
|
|
| • “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Dünən, 15:24 |
|
|
|
| • Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Dünən, 15:21 |
|
|
|
| • Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Dünən, 15:17 |
|
|
|
| • Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Dünən, 15:15 |
|
|
|
|