Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı .....                     Ukraynanın Rusiyada əsas hədəfi: .....                     Neftçilərə verilən SÜD PULU da kəsildi .....                     Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                     Ölkədə insanların real gəlirləri artmır... .....                     Putinin son bəyanatının ən ciddi nəticəsi budur... .....                     ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı .....                     "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" .....                     Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... .....                     "4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" .....                     Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı .....                     Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT .....                     Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? .....                     Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... .....                     Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? .....                     Dərman bahalaşıb, yoxsa xəstə artıb? .....                     "Qızılbaş Group" MMC-nin vergi borcu var .....                     Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib .....                     Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR .....                     Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib .....                     Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib .....                     Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı .....                     Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? .....                     Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi .....                     Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi .....                     Ət bazarında xəstəlik təlaşı: .....                     Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı .....                     Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi .....                     “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? .....                     Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu .....                     “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? .....                     “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  .....                     İsrailə minlərlə ton hərbi texnika gətirildi .....                     “Avroviziya”-da qaydalar dəyişdi: .....                     258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə .....                     Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli .....                     “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” .....                     Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib .....                     Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır .....                 

ABŞ-dan Çinə Əfqanıstan “sürprizi” - bölgədə durum gərginləşir
Tarix: 20-05-2021, 08:33 | Çap et
ABŞ-dan Çinə Əfqanıstan “sürprizi”
ABŞ və NATO sülhməramlı kontingentinin Əfqanıstandan evakuasiyasına başlanmasından viran qalmış ölkədə gərginlik daha da şiddətlənib. Sabitlik və xoşbəxt həyatdan onillərdir uzaq düşən, normal yaşayışa həsrət qalan əfqanlar heç cür nicat tapa bilmirlər. Mərkəzi hökumətlə Taliban arasında bitməyən münaqişə, ölkənin terror yuvasına çevrilməsi, sərvətlərinin xarici qüvvələr tərəfindən istismar olunması nəticəsində əfqan xalqı yoxsul, səfil və ümidsiz yaşamaqdadır.

Hətta İraq, Liviya, Yəmən, Suriya kimi ölkələrdə də müəyyən qədər sabitlik yaranmaqdadır, amma Əfqanıstan heç cür qara zolaqdan çıxa bilmir. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Bayden administrasiyasının ABŞ qoşunlarını bu ölkədən çıxarmaq qərarı isə vəziyyəti daha da pisləşdirib. Elə bir gün yoxdur ki, Əfqanıstanda terror, atışma, ölüm-itim baş verməsin. Analitiklər də bu qənaətdədir ki, əgər NATO sülhməramlıları bölgəni tərk edərsə, ölkə tamamilə xaos və alov içində olacaq.

Lakin indi Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tutmağa, sülhə töhfə verməyə hazırlaşır. Xarici işlər naziri Van Yi əfqan həmkarı Məhəmməd Hənif Atmar və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə telefon danışıqlarında rəsmi Pekinin bu istəklərini dilə gətirib. O, Çinin Əfqanıstandakı münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına kömək etmək üçün diplomatik səylərini yeniləyərək müharibə edən əfqanlar arasında sülh danışıqları aparmağa hazır olduğunu açıqlayıb.

Pekin ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının xaosa gətirib çıxaracağından və ölkənin islamçı militantlara sığınacağa çevrilə biləcəyindən getdikcə daha çox narahatdır. Pekin həm Taliban, həm də Əfqanıstan hökuməti ilə sıx əlaqə saxlayır. Son günlərdə XİN rəhbəri Vaşinqtonu ABŞ-ın tələsik qoşun çıxarılması kimi xarakterizə etdiyi addıma görə daha çox tənqid edib və bunun Əfqanıstanda sülh prosesinə xələl gətirdiyini və regional sabitliyə mənfi təsir göstərdiyini iddia edib. Çinin narahatlığı başadüşüləndir. Çünki Əfqanıstanın şimal-şərqi ilə həmsərhəddir.

Pekin “qulağının dibində” qeyri-sabitliyin daha da dərinləşməsini arzulamır və bunu sərhədlərindən içəri daxil ola biləcəyi təhlükəsi kimi görür. Konspiroloqlar istisna etmirlər ki, Vaşinqtonun qoşunlarını Əfqanıstandan çıxarmaqda niyyəti həm də dünyada əsas rəqibi olan Çinin yaxınlığında onun üçün təhlükə saxlamasıdır. Ona görə Pekin proseslərə qarışmaq, Əfqanıstanda sülhün təmin olunmasına dəstək vermək istəyir ki, təhlükəni beşikdə boğsun, sərhədlərinə terror yaxınlaşmasın, sızmasın. Çin yaxşı bilir ki, NATO qoşunları çıxandan sonra Əfqanıstan qarışacaq, Taliban daha da aqressivləşəcək.

Bayden keçən ay Əfqanıstandakı “əbədi müharibəni” bitirmə vaxtının gəldiyini elan etmişdi və orada qalan 2500 nəfər Amerika əsgərinin mayın 1-dən başlayaraq 11 sentyabr tarixinədək ölkəni tərk etməsinə dair sərəncam imzalamışdı. NATO müttəfiqləri də Baydenin qərarına uyğun olaraq ölkədən təxminən 7000 əsgərini çıxarır. Bəs Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tuta bilərmi? Xaraba Əfqanıstanda mümkün görünməyən sülhə Çin nə kimi töhfə verə bilər?

Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Çinin çoxdan iddiası var idi ki, Amerika Asiyadan çıxsın, onun siyasi-iqtisadi missiyasını özü yerinə yetirsin: “Amma hərbi missiyasını yerinə yetirmək istəməsi dünya üçün yeni gedişdir. Ordunun təminatı cəhətdən Çin Hindistandan daha potensiallıdır. Belə şəraitdə Çinin Əfqanıstana girişi Pekinin maraqlarına uyğundur. Çünki Talibanın islam qanadının Çində uyğurların yaşadığı bölgəyə sızmasından narahatdır. Ancaq inanmıram ki, Əfqanıstan Çinin öz ərazisinə girməsinə imkan versin”.

C.Nuriyev hesab edir ki, Baydenin qərarı da anlaşılandır: “Amerika prezidentinin qoşunlarını oradan çıxarmaq istəyi var. Daha istəmir ki, amerikalı əsgər başqa bölgədə ölsün və hərbi xərcləri də həddindən çoxdur. Onun boşalan yerinə isə Rusiya heç cürə girə bilməyəcək, əfqanlarda ruslara böyük nifrət var. Amma Əfqanıstan Çini də buraxacaqmı, çətin məsələdir. Taliban buna razılıq verəcəkmi?”

Siyasi şərhçinin fikrincə, Əfqanıstanda yaxın dövrdə sabitlik olması mümkünsüzdür: “Çünki ölkədə islam fundamentalizmi ilə sivil islam arasında güclü qarşıdurma var. Həmid Kərzainin prezident olduğu vaxtlarda ölkədə narkotik şəbəkəsi genişlənmişdi. İndi Əfqanıstanda ayrı cür yaşamaq mümkün deyil. Onlar narkotiki əksələr də, satmaq imkanları yoxdur.

Çünki ABŞ özü təşkil edirdi və satırdı. Əfqanıstanın heç bir sərvəti yoxdur, heyvandarlıqla dövlətin büdcəsini saxlamaq olmaz. Ona görə orada sabitlik olmayacaq və Taliban yeni işğal siyasəti həyata keçirəcək. Buradan Tacikistanın da problemləri çoxalacaq və Rusiyanın narahatlığı artacaq".

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Əfqanıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır: “ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib. ABŞ Əfqanıstanda qarşısına qoyduğu hədəflərə tam çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkədə dialoqa başlamaq məcburiyyətində qaldı.

Rəsmi Kabil hazırda Amerika ilə işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi. Tarix təkrarlana bilər. Taliban pusqudadır".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24
Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21
"Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17
Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:39
“Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Dünən, 17:34
Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 17:31
“Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Dünən, 17:24
“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  - Tatevin Hayrapetyan
Dünən, 16:36
İsrailə minlərlə ton hərbi texnika gətirildi
Dünən, 16:33
“Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Dünən, 16:27
258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Dünən, 16:24
Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Dünən, 16:16
“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Dünən, 16:14
Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Dünən, 16:10
Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Dünən, 16:06
Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Dünən, 16:02
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Dünən, 16:00
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Dünən, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Dünən, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Dünən, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Dünən, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Dünən, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Dünən, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Dünən, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru