Pentaqonun Əl-Qaidə bəhanəsi qüvvədədir...
Tarix: 4-05-2021, 07:48 |
Çap et
“Əl-Qaidə terror şəbəkəsi bu qurumun lideri Üsamə bin Ladenin öldürülməsində 10 il sonra ABŞ və müttəfiqləri üçün təhlükə yaratmağa davam edir”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi brifinqində deyib.
Jurnalistlər Kirbidən terrorçuların ABŞ-la hər cəbhədə müharibə etməyə hazırlaşdıqları barədə yaydıqları açıqlamaya münasibət bildirməsi istənilib.
Pentaqon sözçüsü deyib ki, belə bir bəyanatı görməyib: “Dediyiniz bəyanatı görməmişəm. Prezident Co Bayden Amerika xalqını terror şəbəkələri və ekstremist təhlükəsindən qorumağa davam etmənin borcumuz olduğunu çox açıq şəkildə bildirib”.
O, əlavə edib ki, heç kim Əl-Qaidənin yox olduğunu düşünmür: Bu şəbəkə hələ də təhlükədir.
Hələ də bu təhlükəyə diqqət yetirməliyik”.
Lakin buna baxmayaraq, Kibri vurğulayıb ki, terror şəbəkəsindən gələn təhdid son 20 ildə miqyası və gücü baxımından xeyli azalıb.