Kataloniya parlamentinin sədri həbs olundu
Tarix: 10-11-2017, 09:38 |
Çap et
İspaniya məhkəməsi Kataloniya parlamentinin spikerini həbs edib
Karme Forkadel 150 min avro girov müqabilində azad oluna bilər.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, parlamentin digər üzvləri – Luis Korominas, Luis Qino, Anna Simo, Ramon Barrufet həftə ərzində 25 min avro ödəməlidir. Onlar hələlik azadlıqda qalacaqlar.
Forkadel və digər keçmiş 4 deputat girovun ödəməsi halında hər gün məhkəməyə gəlməlidir. Onlar İspaniya ərazisini tərk edə bilməzlər.