Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir .....                     “Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması .....                     Niyə ermənilərdən geri qalırıq... .....                     Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq .....                     Gəlirimiz də artır... BORCUMUZ DA... .....                     Zəngəzurda yeni hərbi baza? .....                     Təhsil adı altında SOYĞUN... .....                     Kapital bank HƏR KƏSİ YORUR... .....                     Kasıb səhiyyə sisteminin VARLI BALALARI... .....                     Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir .....                     Rusiya ilə müharibədə buna diqqət etməliyik .....                     ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ .....                     “Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” .....                     Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... .....                     Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib .....                     “O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” .....                     Moskva rus ayısının jestləri ilə davranır .....                     Toy mövsümü açıldı: Bəs qızılın bazarı? .....                     Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? .....                     “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” .....                     Tramp İranla danışıqların dayandırılmasını əmr edib .....                     Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı .....                     Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı .....                     "Rufo Gəncinski"yə sui-qəsd oldu .....                     Mustafa Abbasbəyli vəzifəsindən azad olundu .....                     İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                     Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi .....                     Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib .....                     Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                 

Kürd referendumu İran və Türkiyəni birləşdirir
Tarix: 6-10-2017, 09:08 | Çap et
Kürd referendumu İran və Türkiyəni birləşdirir
Yaxın Şərqdə baş verən son hadisələr, xüsusən də Suriyadakı gərginlik, eləcə də İraqın şimalında kürdlərin referendum təşəbbüsü regionun nüfuzlu dövlətləri - İran və Türkiyəni ciddi şəkildə narahat edir. Heç kimə sirr deyil ki, Qərb bu layihəni ortaya atmaqla bölgədə növbəti bir gərginlik ocağı yaratmaq istəyir. Məhz bu təhlükə də iki əzəli rəqib - İran və Türkiyəni bir-biri ilə yaxınlaşdırmağa məcbur edir. Hər iki ölkə liderləri ilk gündən referendum təşəbbüsünü sərt şəkildə tənqid edərək, bunun regionda gərginliyə səbəb olacağını bildiriblər.

Müşahidəçilər hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri Yaxın Şərqdə müəyyən layihələr gerçəkləşdirmək istəyən ölkələrə bir mesaj kimi qəbul olunmalıdır. Və əsas da o qeyd edilir ki, Yaxın Şərqdəki vəziyyət region dövlətlərinin öz təhlükəsizliklərini təmin etmələrini zəruri edir. Düzdür, iki ölkə arasında ziddiyyətlər mövcuddur. Lakin mövcud durumda onların vahid mövqedən çıxış etmələrinə ehtiyac yaranıb. Yəni, bu onların öz maraqlarına xidmət edir. Bununla yanaşı, səfər Yaxın Şərqdə maraqları olan ölkələrə bir mesaj kimi qəbul olunmalıdır. Yəni region dövlətləri artıq öz maraqlarını qorumaq məcburiyyətində qalacaq və xarici müdaxilələrə qarşı vahid mövqe nümayiş etdirəcəklər. Hazırda yaranmış vəziyyət Türkiyə və İran ilə yanaşı, İraqı da onların ətrafında birləşdirir.

Prezidentlərin ikitərəfli görüşündə əsas xətt İraq Kürd Muxtariyyətində müstəqillik elan ediləcəyi halda, Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi olub. İran və Türkiyə prezidentləri bəyan ediblər ki, onların ölkələri bölgədəki sərhədlərin dəyişməməsi üçün müvafiq addımları atacaq. Prezident Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib ki, "biz regionda sərhədlərin dəyişdirilməsini qəbul etməyəcəyik”. O bildirib ki, "Türkiyə, İran və İraqın regiondakı strateji məqsədlərini müdafiə etmək üçün ciddi və zəruri tədbirlər görməkdən başqa seçimi qalmır”.

Referendumu qanunsuz adlandıran Ərdoğan deyib ki, bu sayaq hadisələr kürd regional hökumətinin təklənməsinə səbəb olacaq. O bildirib ki, "bundan sonra daha qətiyyətli addımlar atılacaq və Türkiyə ilə İranın atacağı çox ağır addımlar var”. Ərdoğan əlavə edib ki, rəsmi Ərbil "sərxoş” olduğu üçün nə etdiyini bilmir: "Referendumun keçirilməsinə zəmin yaradanlar bunun cəzasını çəkəcəklər. Bərzani geri addım atacaq, referendumu ləğv edəcək. Onsuz da referendum qanuni deyil. Bu işi özləri bitirməlidirlər. Əks təqdirdə, müəyyən vaxt ərzində qəti addımlar atmağa məcbur olacağıq”. İraq Kürd Regional Rəhbərliyində təşkil edilən müstəqillik referendumunun yalnız İsrail rəhbərliyi tərəfindən tanındığını xatırladan Ərdoğan İsrail kəşfiyyatı MOSSAD ilə razılaşma nəticəsində qəbul edilən qərarın legitim ola bilməyəcəyini vurğulayıb.

İran dövlət başçısı Həsən Ruhani də öz növbəsində bəyan edib ki, əsas məqsəd bölgədə sülh və sabitliyi bərpa etməkdir: "İraq və Suriyanın ərazi bütövlüyünə dəstəyimiz tamdır”. Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı bölgədə separatçılığa qarşı olduqlarını vurğulayıblar: "Ölkələrimiz separatçılığı qəbul etmir. İraq əhalisi dostumuzdur. İraqın şimalındakı bəzi qüvvələr separatçılıq edirlər. Terrorçuluğa qarşı mübarizə hər iki dövlətin əsl hədəfidir. Bunun adı İŞİD, PKK olsa da, ona qarşı birgə mübarizə aparacağıq”. Əlavə edib ki, İran Türkiyədə investisiya həyata keçirməyə hazırdır: "Biz də türk iş adamlarına lazımlı dəstəyi verəcəyik. İki ölkə arasındakı ticarət dövriyyəsini 30 milyard dollara qaldırmağı planlaşdırırıq. Sərhəd qapıları 24 saat xidmət edəcək. Hər iki ölkə ticarəti milli valyuta ilə aparacaq”. H.Ruhani bildirib ki, Türkiyə İranda karbohidrogen yataqlarına sərmayə qoymağa razılıq verib: "Turizmin inkişaf etdirilməsi barədə də razılıq əldə edilib”.

R.T.Ərdoğan deyib ki, iki ölkənin bankları qarşılıqlı şəkildə işləyəcək: "İran banklarının Türkiyədə, Türkiyə banklarının İranda şöbələri açılacaq. Enerji sektorunda əməkdaşlığımızı davam etdirəcəyik. Mədəniyyət və turizm nazirlərimiz öz aralarında əməkdaşlığı davam etdirəcəklər. Bu sahədə təcrübəmizi İranla bölüşməyə hazırıq. Turizm sektorundakı sərmayəçilərimizi İranda fəaliyyət göstərməyə təşviq edəcəyik”.

Yeri gəlmişkən, Ərdoğan İranın ali rəhbəri Əli Xameneyi ilə də görüşüb. Bu görüşdən sonra Xameneyi kürd referendumunu "bütün regiona xəyanət aktı” adlandırıb. Görüşdə Xameneyi İran və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, İranla Türkiyənin İslam dünyasının önəmli məsələlərində əməkdaşlıq və razılığının təsiredici və önəmli olduğunu qeyd edib. Ali dini lider İran və Türkiyə arasında iqtisadi əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıb: "Təəssüflər olsun ki, geniş potensiala baxmayaraq, son bir neçə ildə iqtisadi əməkdaşlığın səviyyəsi zəifləyib. Bu sahədə daha çox fəaliyyət və səy göstərmək lazımdır”. Xameneyi İraq Kürdüstanında keçirilən referendumu region üçün təhlükə adlandırıb: "İran və Türkiyə bu kimi hadisələr qarşısında mümkün olan bütün vasitələrdən istifadə etməlidir. İraq hökuməti də bu məsələdə ciddi qərar qəbul etməli və əməl etməlidir”. Görüşdə Türkiyə prezidenti İraq Kürdüstanı məsələsində İran, İraq və Türkiyənin birgə və eyni vaxtda addımlar atmasının zəruriliyini vurğulayıb.

Yeri gəlmişkən, kürd referendumu ilə bağlı Rusiya hələ də gözləmə mövqeyindədir. Kremlin bu neytrallığı isə onu deməyə əsas verir ki, Moskva kürd dövlətinin yaranmasında maraqlıdır. Məsələn, ötən gün prezident Vladimir Putin deyib ki, Moskva regiondakı vəziyyətin nəzarətdən çıxmaması məqsədilə kürd referendumu məsələsinə qarışmayacaq. Kreml İraqın ərazi bütövlüyünə tərəfdar olduğunu bəyan etsə də, onu faktiki olaraq parçalamağa yönələn kürd referendumunu pisləməyib. Putin Moskvada deyib ki, "bizim bəyanatlarımız ehtiyatlı və təmkinlidir və biz regiondakı situasiyanın qızışmasını və ya partlamasını istəmirik”.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Bu gün, 08:21
Gəlirimiz də artır... BORCUMUZ DA... - AXI NECƏ...
Bu gün, 08:16
Zəngəzurda yeni hərbi baza? - NƏ BAŞ VERİR?
Bu gün, 08:11
Təhsil adı altında SOYĞUN... - MÜRACİƏT
Bu gün, 08:09
Kapital bank HƏR KƏSİ YORUR... - Fərq etməz: müştərisən, ya yox...
Bu gün, 07:51
Kasıb səhiyyə sisteminin VARLI BALALARI... - REPLİKA
Bu gün, 07:45
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06
ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56
“Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... - DÖVLƏTƏ YOX!
Bu gün, 06:39
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib - KİV
Bu gün, 06:33
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31
Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28
Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23
“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20
Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12
Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11
Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı - Bakı-Tehran münasibətlərində müsbət dönüş
Bu gün, 02:08
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bu gün, 02:06
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Dünən, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Dünən, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Dünən, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Dünən, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Dünən, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Dünən, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Dünən, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru