Tramp faciə yerlərinə baş çəkəcək
Tarix: 3-10-2017, 08:38 |
Çap et
ABŞ prezidenti Donald Trump-ın ölkədəki iki faciə yerinə baş çəkəcəyi açıqlanıb. O, oktyabrın 3-də qasırğanın vurduğu Puerto-Riko adasında və kütləvi qətl törədilmiş Las-Veqas şəhərində olacaq.
Puerto-Riko adasındakı təbii fəlakətlə bağlı gördüyü tədbirlərə görə Trump tənqid olunur. Bu adanın sakinlərinin çoxu hələ də elektriksiz qalıb, telefon xidməti yoxdur, ərzaq, su, yanacaq çatışmazlığı var.
Trump Puerto-Rikonun ən böyük şəhəri olan San-Xuanın meri Carmen Yulin Cruz-la söz savaşına çıxıb. Mer hökuməti fəlakətə ləng reaksiya verməkdə suçlayıb. Trump-sa Twitter-də meri «zəif liderlik»də qınayıb.
Prezidentin səfəri zamanı onların görüşüb-görüşməyəcəyi bəlli deyil.