Rasim Balayevdən sonra kim sədr olacaq? .....                     Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb .....                     Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan .....                     “Paşinyan Azərbaycanın kuklasıdır” .....                     Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti .....                     “Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq” .....                     Nazirin Paşinyanla söhbəti .....                     Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib .....                     Kiyev 9 mayda Kremli vuracaq? .....                     Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər .....                     İrəvan merindən ermənilərə çağırış: .....                     "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi .....                     805 manat hesab gəldi, restoranı tənqid etdi .....                     Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir .....                     Görəvdən alınan Vəliyev KİMDİR... .....                     Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub .....                     “Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb .....                     Ucarda Təhsil sektorunun müdiri dəyişdi .....                     İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var .....                     Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır .....                     Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı .....                     PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib .....                     Bu... Fransanın NEÇƏNCİ BANIDIR? .....                     AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: .....                     "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü .....                     Ermənistan müxalifətinin lideri: .....                     İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                 

Sarkisyan daşnaklarla koalision hökumət qurur - TƏHLİL
Tarix: 13-05-2017, 10:07 | Çap et
Sarkisyan daşnaklarla koalision hökumət qurur
Serj Sarkisyan rejimi Ermənistanda aprel seçkilərində yaşanan rəzalətdən sonra koalision hökumətin qurulması istiqamətində ilk addımını atıb. Gözlənildiyi kimi, hər zaman hakimiyyətin "əl buyruqçusu” rolunu oynayan daşnaklar yeni hökumətdə yer alacaq. Ermənistan prezidentinin iqamətgahında hakim Ermənistan Respublika Partiyası (ERP) və Daşnaksütyun Erməni İnqilab Federasiyası (DEİF) arasında koalisiyanın formalaşması ilə bağlı memorandumun imzalanması mərasimi keçirilib.

"Novosti Armeniya” yazır ki, ERP tərəfindən memorandumu partiyanın sədr müavini Armen Aşotyan, DEİF tərəfindən isə qurumun ali orqanının nümayəndəsi Aqvan Vardanyan imzalayıblar. Məlumat üçün bildirək ki, hakim respublikaçılar aprelin 2-də keçirilmiş parlament seçkisində 105 mandatdan 58-ni qazanıb. Bu, 50 faizdən çox olsa da, Respublika Partiyasının hökumət təşkil etməsi üçün başqa bir partiya ilə koalisiyaya girməsi zəruri idi. Daşnaksütyun Partiyasının malik olduğu 7 mandat hökumətin mandat sayını 63-ə çatdıraraq beşdə üç çoxluğu təmin etmiş olur. Ehtimal olunur ki, DEİF artıq əldə etdiyi 3 nazir portfelini özündə saxlayacaq və güman ki, həmin şəxslər öz vəzifələrinə yenidən təyin ediləcəklər. Hazırkı Ermənistan hökumətində Regional İdarəetmə, Təhsil və Ətraf mühitin qorunması nazirlikləri Daşnaksütyun partiyasının ixtiyarına verilib. Lakin aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksütyun daha bir nazir portfelini özünə götürməyə çalışır. Daşnaklar Sarkisyandan kifayət qədər geniş maliyyə xərclərinə malik olan əmək və sosial işlər və ya səhiyyə nazirliklərindən birini istəyir. Bundan başqa, ölkənin iki vilayətinin, Araqatsont və Şirak vilayətlərini qubernatorları da daşnakdır.

Beləliklə, tənəzzülü getdikcə daha sürətli xarakter alan Ermənistan koalision hökumət yaradılmasına daha çox maraq göstərir və artıq bu istiqamətdə ilkin addımlarını atıb. Lakin erməni mediası yazır ki, yeni koalisiya Ermənistan iqtisadiyyatını fəlakətli durumdan xilas etməyə qabil olmayacaq. Hazırda daşnaklar üçün əsas niyyət hökumətdə mümkün olduğu qədər daha çox vəzifə əldə etməkdir. Hətta iddialar səslənir ki, bu partiya müdafiə naziri vəzifəsini də ələ keçirə bilər. Amma daşnakların da ölkəni tənəzzüldən xilas etməsi mümkün sayılmır.

Hazırda bu tənəzzül getdikcə dərinləşir. Ermənistanda iri şirkətlər bu fonda kütləvi ixtisarlara başlayıb. Belə şirkətlər ağır iqtisadi situasiya qarşısında kütləvi ixtisarlara gedərək xərcləri azaltmağa çalışırlar. Son aylarda nə qədər adamın işdən çıxarıldığına dair dəqiq statistika açıqlanmasa da, Maliyyə Nazirliyinin apardığı monitorinq ölkədə qeydiyyatdan keçmiş 520 şirkətin əməkdaşlarının son bir ildə 3600 nəfər azaldığını təsdiq edib. Buna paralel olaraq ölkəni tərk edənlər də artır. Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatryan da etiraf edir ki, ölkədə mühacirət artıq bütün miqyasları keçərək ümummilli fəlakətə çevrilib və imkanı olan qaçır. Onun sözlərinə görə, kütləvi mühacirət və vətəndaşların ölkəni tərk etməsi nəticəsində yaxın 5-7 ildə Ermənistanın əhalisi yarıbayarı azala bilər.

Yeri gəlmişkən, yayılan xəbərlərə görə, müdafiə naziri Viqen Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün ictimai rəy formalaşdırılır. "Jamanak” qəzeti xəbər verir ki, Serj Sarkisyan üçün 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayının 9-dək bu vəzifəyə ən yaxşı və mümkün namizəd ölkənin müdafiə naziri Viqen Sarkisyandır: "Bu məqsədlə ictimaiyyətin belə böyük dəyişikliklərə hazır olması üçün böyük səylər göstərilir. Məhz bu səbəbdən Viqen Sarkisyan respublikaçıların siyahısında əvvəldə gələcək”. Nəşrin yazdığına görə, prezident səlahiyyətlərinin müddətinin bitməsinə, yəni 2018-ci ilin aprel ayına qədər partiyanın müxtəlif yürüşlər və ictimai tədbirlər keçirmək planları da var: "Həmin tədbirlər zamanı iştirakçılar Serj Sarkisyana hökumətə rəhbərlik etməsi, yəni ölkənin baş naziri olması üçün "yalvaracaqlar”. V.Sarkisyan 2018-ci il aprel ayının 9-dək öz vəzifəsindən imtina edəcək və prezident səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə keçəcək. Bu halda, Karen Karapetyan özü üçün müvafiq vəzifə tapa bilməsə, bu proqramı pozmaq üçün əlindən gələni etməli və ya böyük məvacibli "qazanc” üçün Rusiyaya qayıtmalıdır”.

Lakin məsələ ondadır ki, baş nazir Karen Karapetyan öz postunu tərk etmək niyyətində deyil. Erməni mətbuatı xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai” radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb. "2018-ci ildə baş nazir kimi qalmağa və respublikanın rəhbəri olmağa hazırsınızmı” sualına Karapetyan düşünmədən "bəli, hazıram” deyə cavab verib. Ekspertlər hesab edirlər ki, Sarkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq. "Haykakan jamanax” qəzeti yazır ki, onların arasında nəinki rəsmi, hətta işğüzar görüş belə keçirilmir.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rasim Balayevdən sonra kim sədr olacaq?
Bu gün, 18:07
Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb - İqnat
Bu gün, 18:05
Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan - “Danil”
Bu gün, 17:55
“Paşinyan Azərbaycanın kuklasıdır” - Zurabyan
Bu gün, 17:51
Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi
Bu gün, 17:49
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti - Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Bu gün, 17:46
“Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq” - Nəsib Nəsibli
Bu gün, 17:39
Nazirin Paşinyanla söhbəti - Müharibə və sülh arasında seçim edəcəyik
Bu gün, 17:37
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib - DETALLAR
Bu gün, 17:36
Kiyev 9 mayda Kremli vuracaq? – Moskva təşviş içində
Bu gün, 17:30
Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 17:29
İrəvan merindən ermənilərə çağırış: - Sülhə sahib çıxın
Bu gün, 16:09
"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO
Bu gün, 16:05
805 manat hesab gəldi, restoranı tənqid etdi - FOTO
Bu gün, 16:03
Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir - “The New Indian Express”
Bu gün, 15:58
Görəvdən alınan Vəliyev KİMDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:55
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 15:48
“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb
Bu gün, 15:44
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
Bu gün, 15:42
İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Bu gün, 15:36
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır - Ekologiya korlanır
Bu gün, 15:30
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Bu gün, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Bu gün, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Bu gün, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Bu gün, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru