“Rusiya iqtisadiyyatı məhv olur”
Tarix: 29-03-2017, 08:32 |
Çap et
Rusiya iqtisadiyyatı çökməyə davam edir.
Axar.az xəbər verir ki, bunu “Ruskiy Monitor” saytına açıqlamasında rusiyalı ekspert Slava Rabinoviç söyləyib. O, iqtisadiyyatın batmasının əhalidə narahatlıq və əsəb yaratdığını bildirib:
“Rusiya iqtisadiyyatı davamlı şəkildə çökür. İnvestisiyalar azalır, sənaye istehsalı aşağı düşür, avtomobil satışı çökür, əhalinin gəlirlərinin azalması davam edir. Bu gün Rusiya əyalətlərində vəziyyət paytaxtla müqayisə edilməyəcək dərəcədə bərbaddır”.