Ərdoğan Suriya ilə bağlı qərarını verdi
Tarix: 27-01-2017, 09:45 |
Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fərat qalxanı” hərəkatı ilə bağlı mühüm açıqlama verib.
Axar.az xəbər verir ki, prezident hazırki vəziyyətdə Əl Babdan irəli getməyəcəklərini bəyan edib:
“Koalisiyanı ABŞ idarə edir. Suriya və Liviyada indiyə qədər bizim gözlədiyimiz addım atılmayıb. Astana zirvəsi ilə danışıqlar başladı, Cenevrədə davam edəcək. Danışıqlarla nəyə nail olacağıq, onu indidən deyə bilmərəm, ancaq bu, düzgün addımdır və qısa müddətdə bəhrəsini verər”.
Ərdoğan Suriya böhranı ilə bağlı Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Trampla görüşəcəyini deyib:
“Bu mövzuda hörmətli Putinlə və Trampla danışmağı plnlaşdırıram. Trampla da üz-üzə danışmadan öncə, ola bilsin ki, bir telefon müzakirəsi də oldu.
Əl Babdakı vəziyyət məlumdur. Menbic və Rakka məsələsi var ortada. Bizim burada əli bağlı dayanmağımız mümkün deyil. Əl Babda rejimlə qarşı-qarşıya gəlmək ehtimalı da var. Cerablusda da belə olmuşdu. Ona görə də hazırki vəziyyətdə çox irəli getməmək lazımdır”.